/ / Yaşar Əliyev: Xocalıda baş verənlər münaqişənin 30 illik tarixi ərzində ən iri kütləvi qətliamdır
Yaşar Əliyev: Xocalıda baş verənlər münaqişənin 30 illik tarixi ərzində ən iri kütləvi qətliamdır
23.02.2017 [10:07]
Fevralın 21-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının (BMT) iqamətgahında BMT Təhlükəsizlik Şurasının Avropada münaqişələrə dair açıq müzakirələr formatında iclası keçirilib.
İclasda BMT-nin baş katibi Antoniu Quterriş, ATƏT-in baş katibi Lamberto Zanyer, Avropa Xarici Siyasət Xidmətinin baş katibi Helqa Şmıdt, BMT Təhlükəsizlik Şurasının üzvləri, başqa dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etməsi və onun nəticələri, habelə BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair dörd qətnaməsinin siyasi və hüquqi əhəmiyyəti barədə iştirakçılara məlumat verib.
Azərbaycan səfiri Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı törətdikləri soyqırımının 25-ci ildönümü ilə əlaqədar deyib: “1992-ci ilin fevralında Xocalıda baş verənlər münaqişənin bütün 30 illik tarixi ərzində ən kütləvi qətliam olub. Xocalının şiddətli top atəşinə tutulması, daha sonra hücuma məruz qalması və işğal edilməsi nəticəsində yüzlərlə azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar, qocalar qətlə yetirilib, yaralanıb və ya girov götürülüb, şəhərin özü yer üzündən silinib. Bu dəhşətli cinayət BMT Təhlükəsizlik Şurası özünün sədrinin məktubunda Ermənistanı təşkilata üzv qəbul etməyi BMT Baş Məclisinə tövsiyə edəndən və bununla əlaqədar, “münaqişələrin sülh yolu ilə nizamlanması və zor tətbiq edilməməsi prinsiplərini özündə ehtiva edən Nizamnamənin məqsəd və prinsiplərinə Ermənistanın sadiq qalacağı barədə onun təntənəli öhdəliyini” xatırladandan bir aydan da az müddət sonra törədilib”.
Y.Əliyev bildirib ki Ermənistan beynəlxalq hüquqa nifrətini sistemli şəkildə nümayiş etdirməsinə baxmayaraq, cəzasız qalacağını hiss etməsəydi, Azərbaycan ərazilərinin hərbi işğalının davam etməsi mümkün olmazdı. Bu, Ermənistanın sülh prosesini davamlı pozmasında, nəticəyə istiqamətlənmiş danışıqlara başlamaqdan imtina etməsində, münaqişə zonasında daim vəziyyətin eskalasiyasına yönəlmiş provokasiyalar törətməsində, işğal edilmiş ərazilərdə hərbi iştirakını möhkəmləndirmək və bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişdirmək yolu indiki status-kvonu qüvvətləndirmək cəhdlərində təzahür edir.
Azərbaycanın daimi nümayəndəsi diqqəti Ermənistan tərəfinin növbəti provokasiyasına - Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda “konstitusiya referendumu” deyilən qanunsuz referendumun keçirilməsinə və müvəffəqiyyətsizliyə uğrayan bu aksiyanın beynəlxalq birlik tərəfindən pislənməsinə cəlb edib.
Diplomat vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olması cəbhə xəttində toqquşma və insidentlərin əsas mənbəyi, münaqişənin siyasi yolla nizamlanması yolunda başlıca maneədir. Ermənistan tərəfinin təhriki ilə 2016-cı ilin aprelində baş vermiş hərbi eskalasiya status-kvonun dayanıqsız olduğunu nümayiş etdirir.
Y.Əliyev bəyan edib ki, Azərbaycan təcavüz nəticəsində kobud şəkildə pozulmuş ərazi bütövlüyünə, vətəndaşlarının hüquq və azadlıqlarına ziyan vuran güzəştlərə heç vaxt getməyəcək.
O vurğulayıb ki, yalnız Ermənistan tərəfindən qanunsuz zor işlədilməsinin nəticələri aradan qaldırılacağı, onun silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması təmin ediləcəyi, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacağı və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdacaqları təqdirdə, sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq mümkündür. Bu şərtlərin yerinə yetirilməsi beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının tələbidir və heç bir yarımtədbirlə əvəzlənə, kompromis şəklində təqdim edilə, yaxud danışıqlar prosesində alver vasitəsi ola bilməz.
Venesuela (Qoşulmama Hərəkatının üzvü olan 120 dövlət adından) və Özbəkistanın (İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 57 ölkə adından) BMT yanında daimi nümayəndələri, Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın - GUAM-ın baş katibi, habelə bir sıra nümayəndə heyətlərinin daimi təmsilçiləri iclasda çıxış edərək, Azərbaycanı dəstəkləyiblər və onun mövqeyi ilə həmrəy olduqlarını bildiriblər. Onlar münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri, habelə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipi əsasında nizamlanmasının vacibliyini bəyan ediblər.
Bu fonda Ermənistan nümayəndəsinin standart saxta ittihamlarla dolu çıxışı, münaqişənin mahiyyətini təhrif etmək və ölkəsini günahsız qurban göstərmək cəhdlərinin cəfəngliyi bu ölkənin təcrid olunduğunu, reallıqdan uzaq düşdüyünü və artıq çoxdan heç kəs tərəfindən ciddi qəbul edilməyən arqumentlərinin perspektivsizliyini növbəti dəfə nümayiş etdirdi.
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59

