Toxumçuluq təsərrüfatına yeni kənd təsərrüfatı texnikaları və avadanlıqları təqdim olunub
05.04.2017 [09:58]
Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində ayrılan qrand hesabına aprelin 4-də “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Açıq Səhmdar Cəmiyyətinin toxumçuluq təsərrüfatına yeni kənd təsərrüfatı texnikaları və toxumçuluq laboratoriyası avadanlıqları təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua bu münasibətlə keçirilən tədbirdə iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “Naxçıvan Muxtar Respublikasında əhalinin 70 faizi kəndlərdə yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Bu səbəbdən də muxtar respublikada kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Hər il müasir meliorasiya-irriqasiya sistemləri qurulur, bu hesaba yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Kənd təsərrüfatı texnikaları torpaq mülkiyyətçilərinə verilir, kənd təsərrüfatı təmayüllü istehsal müəssisələrinin fəaliyyəti dəstəklənir. Aydın məsələdir ki, toxumçuluğu inkişaf etdirmədən aqrar sahədə məhsuldarlığı artırmaq mümkün deyil. Ona görə də toxumçuluq təsərrüfatlarının inkişafı diqqətdə saxlanılır və əkin sahələrinin becərilməsində yeni innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Çin Xalq Respublikası tərəfindən qrand hesabına muxtar respublikanın toxumçuluq təsərrüfatına yeni texnikaların və avadanlıqların verilməsi bu sahənin inkişafı üçün əhəmiyyətlidir”.
Ali Məclisin Sədri deyib: “Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikası arasında əlaqələr müxtəlif istiqamətlərdə inkişaf və davam etdirilir. Təhsil, rabitə və yeni texnologiyaların tətbiqi sahəsində həyata keçirilən qarşılıqlı layihələr məmnunluq doğurur. Bu əlaqələrin davamı olaraq Çin Xalq Respublikasından gətirilən 33 adda 80 kənd təsərrüfatı texnikası, eləcə də toxum laboratoriyası iki min hektar sahədə yeni metodlarla əkin və becərmə işlərinin aparılmasına öz töhfəsini verəcəkdir”.
Ali Məclisin Sədri Çin Xalq Respublikası ilə əlaqələrin inkişafından məmnunluğunu bildirib, Naxçıvan Muxtar Respublikasında toxumçuluq təsərrüfatının inkişafına göstərdiyi dəstəyə görə Çin Xalq Respublikasının hökumətinə və əhalisinə dərin minnətdarlıq edib. Həmçinin Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikası arasında əlaqələrin inkişafında Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin, şəxsən səfirin əvəzsiz rolunu qeyd edib, etibarlı tərəfdaşlığa və əlaqələrin inkişafında xüsusi roluna görə səfirə və səfirliyin əməkdaşlarına da təşəkkürünü bildirib.
Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vətəni Naxçıvanda olmaqdan və muxtar respublika ilə əlaqələrin inkişafından məmnunluğunu bildirib. Qeyd olunub ki, bu gün Çin Xalq Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələr inkişaf etdirilir. Toxumçuluq təsərrüfatının inkişafı üçün yeni texnika və avadanlıqların təqdim olunması da bir daha təsdiq edir ki, Çin Xalq Respublikası əlaqələrin genişləndirilməsində maraqlıdır. Səfir Çin Xalq Respublikasından gətirilən yeni texnika və avadanlıqların təqdimatına görə minnətdarlıq edib.
Sonra toxumçuluq təsərrüfatı üçün gətirilmiş maşın, aqreqat və avadanlıqların təhvil-təslim aktı imzalanıb.
Ali Məclisin Sədri texnika və avadanlıqların qurulmasında iştirak edən və texniki heyətə təlim keçən çinli mütəxəssislərə hədiyyələr təqdim edib.
Yeni alınan texnikalara və toxumçuluq laboratoriyası avadanlıqlarına baxış zamanı bildirilib ki, Çin istehsalı olan 5 kombayn, 5 traktor, hər birinin tutumu 10 ton olan 4 yük maşını, 5 toxumsəpən, 5 filtr təmizləyici, avtobus, hidravlik ekskavator, yanacaq tankeri, toxumörtən, diskli kotan və dırmıqlar, 5 gübrəsəpən, 5 toxumtəmizləyən, 2 elevator, 80 tonluq elektron tərəzi, eləcə də digər maşın və avadanlıqlar yüksək iş imkanlarına malikdir. Yeni alınan elektro-termostatik inkubator, isitmə və qurutma sobası, mikroskop və digər avadanlıqlar hesabına toxumçuluq laboratoriyasında yüksək məhsuldarlığa malik, xəstəliyə, ziyanvericilərə və yerli iqlim şəraitinə dözümlü toxum sortları yetişdiriləcək, toxumların genofonduna və seleksiyasına nəzarət olunacaqdır.
Yeni alınan texnika və avadanlıqların ehtiyat hissələri də toxumçuluq təsərrüfatının anbarına təhvil verilib.
Ali Məclisin Sədri əlaqələrin bundan sonra da müxtəlif sahələrdə inkişaf etdiriləcəyinə əminliyini bildirib, həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayıb və investisiya imkanlarını diqqətə çatdırıb.
Səfir Naxçıvanda istehsal olunan məhsulların öz keyfiyyəti ilə seçildiyini və bu məhsulların Çin bazarlarına çıxarılmasında maraqlı olduqlarını bildirib.
Xəbər lenti
Hamısına baxİdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45

