/ / Musa Quliyev: Azərbaycanda qeyri-neft sektorunun inkişafı strateji düşüncə ortaya qoyulmaqla həyata keçirilir
Musa Quliyev: Azərbaycanda qeyri-neft sektorunun inkişafı strateji düşüncə ortaya qoyulmaqla həyata keçirilir
19.04.2017 [10:00]
Prezident İlham Əliyevin Sədrliyi ilə aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi çox vacib bir tədbirdir. Dövlətimizin başçısının söylədiyi kimi, Azərbaycan öz inkişafının yeni qeyri-neft dövrünə qədəm qoyub. Bu proses kifayət qədər uğurla planlaşdırılmış strateji düşüncə ortaya qoyulmaqla dünya və Azərbaycan reallıqları nəzərə alınmaqla həyata keçirilir.
Bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev AZƏRTAC-a açıqlamasında bildirib.
“Prezidentin dəfələrlə sahibkarlarla görüşü olub. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları qəbul olunub. Dəfələrlə sahibkarlığın inkişafı üçün dövlət yardımları olub, güzəştlər, imtiyazlar müəyyənləşdirilib. Bu gün dövlətimizin məqsədyönlü şəkildə apardığı tədbirlərin nəticəsində Azərbaycanda qeyri-neft sektoru uğurla inkişaf edir. Dünyada iqtisadi böhranın ağırlaşması, hərbi-siyasi vəziyyətin gərginləşməsi, neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində bir çox ölkələrdə dərin iqtisadi böhranlar yaşanır. Amma Azərbaycan bu böhrandan kifayət qədər az itkilərlə çıxıb. Bu da Azərbaycan Prezidentinin strateji, uzaqgörən siyasətinin əyani nümunəsi və nəticəsidir”, - deyə deputat vurğulayıb.
Müşavirədə dövlətimizin başçısının sahibkarların, dövlət qurumlarının qarşısında mühüm vəzifələr qoyduğunu vurğulayan M.Quliyev deyib: “Dövlətimizin başçısı qarşıya çox mühüm vəzifələr qoydu. Bunlardan biri aqrar sektorun inkişaf etdirilməsindən ibarətdir. Belə ki, ənənəvi üzümçülük, pambıqçılıq, baramaçılıq, tütünçülük, bağçılıq, xüsusilə fındıqçılıq kimi sahələrin inkişafına təkan verilməlidir. Bu məhsulların istehsalının artırılması nəticəsində Azərbaycana daha çox xarici valyuta gələcək. Yerli məhsullarımız Azərbaycan brendi altında dünya bazarlarına çıxacaq.
Müşavirədə Azərbaycan Prezidenti ərzaq təhlükəsizliyi məsələsini də ön plana çəkdi, Azərbaycan əhalisinin keyfiyyətli və ölkə daxilində istehsal olunan ərzaqla tam təmin olunmasını, eyni zamanda, ixracı əvəz edəcək məhsulların Azərbaycanda istehsalını qarşıya hədəf qoydu. Azərbaycan brendinin dünyada təbliği, xarici bazarlara çıxması üçün sahibkarların, hökumət strukturlarının vəzifələrini müəyyənləşdirdi. Azərbaycanda demoqrafik proseslər, əhalinin urbanizasiya siyasətinin uğurla həyata keçirilməsi, regionlarda, kənd yerlərində yaşayan insanların məşğulluğunun təmini, onlara yüksək əməkhaqqının verilməsi məsələsi də müşavirədə diqqət mərkəzində oldu”.
Deputat bildirib ki, müşavirədə aqrar sektorla yanaşı, turizm, nəqliyyat, kommunikasiya, informasiya texnologiyaları sahələrinin daha da inkişafı və bütövlükdə Azərbaycanın qeyri-neft sektorunda ixrac potensiallı sahələrinin tərəqqisi ön plana çəkilib. Qarşıya qoyulan məsələləri reallaşdırdıqca Azərbaycan vətəndaşları öz sosial, mədəni, iqtisadi həyatında hökumətin apardığı bu uğurlu siyasəti əyani şəkildə hiss edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48

