Hari Saltzman: Azərbaycan nadir dini tolerantlıq modelinə malik ölkədir
01.07.2017 [10:16]
İyunun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ölkəmizdə yaşayan yəhudilərin vəziyyəti ilə tanış olmaq, İsrail-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsinə çalışmaq məqsədilə Azərbaycanda səfərdə olan “Bney Bris” yəhudi təşkilatının prezidenti Hari Saltzmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
DQİDK-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə komitə sədrinin birinci müavini Səyyad Salahlı, “Bney Bris” təşkilatının icraçı direktoru Daniel Mariaşin, BMT və Əlaqələndirmə Məsələləri üzrə direktoru Devid Maykls, eləcə də Direktorlar Şurasının üzvləri, Avropa Yəhudiləri Bakı dini icmasının baş ravvini Şneor Siqal iştirak ediblər.
Mübariz Qurbanlı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdəki dinlər və etnik qruplar arasındakı münasibətlər Ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəmlənib, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayədarıdır. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğuna, dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır.
Qeyd olunub ki, milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına böyük önəm verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bir sıra məscid və ziyarətgahların, xristian və yəhudi abidələrinin təmir və bərpasına xüsusi diqqət göstərir.
Azərbaycanın İsraildən sonra yəhudilərin ən sıx məskunlaşdığı ölkə olduğunu vurğulayan komitə sədri ölkəmizdə 7 sinaqoqun, yəhudi məktəblərinin fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki, dövlət tərəfindən dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədilə mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə vəsaiti ayrılır. Maliyyə vəsaitinin ayrılması ilə bağlı növbəti Sərəncam bu yaxınlarda imzalanıb ki, həmin Sərəncamla Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 250 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 100 min manat maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub.
“Bney Bris” beynəlxalq təşkilatının fəaliyyəti barədə məlumat verən Hari Saltzman bildirib ki, bir əsrdən çox tarixə malik təşkilatın əsas vəzifəsi dini müxtəlifliyi təbliğ etmək, ayrı-ayrı dinlərin nümayəndələrinin tolerantlıq mühitində yaşaması üçün işlər görməkdir.
Qonaq nadir dini tolerantlıq modelinə malik olan ölkə kimi Azərbaycanda yəhudilərin ibadəti və dini adət-ənənələrini qoruması üçün şərait yaradılmasından, yəhudilərə hörmət və qayğı göstərilməsindən məmnun olduğunu bildirib.
Görüşdə ikitərəfli əməkdaşlıq, Azərbaycan və yəhudi xalqlarının qardaşlığını gücləndirə biləcək ortaq layihələr haqqında müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25

