Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Özbəkistanın ziyouz.uz portalı Alxanlıda törədilmiş faciə ilə əlaqədar məqalə verib

Özbəkistanın ziyouz.uz portalı Alxanlıda törədilmiş faciə ilə əlaqədar məqalə verib

07.07.2017 [09:42]

Daşkənddəki ziyouz.uz portalı Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilmiş qanlı faciə ilə əlaqədar özbək dilində məqalə yer alıb.
Materialda bildirilir ki, erməni silahlılarının iyulun 4-də axşam saatlarında Alxanlı kəndinə hücumu, 1966-ci ildə doğulmuş Sahibə Quliyeva adlı nənə və iki yaşlı nəvə Zəhra Quliyevanın qətlə yetirilməsi, Sərvinaz Quliyevanın isə ağır yaralanması beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır. Dinc əhalinin o cümlədən iki yaşlı uşağın qətlə yetirilməsi heç bir etik qaydalara sığmır.
Materialda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilir, deyilir ki, 1989-1993-cü illərdə Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ və ona bitişik 7 rayonu işğal edib. 1994-cü ildə atəşkəs elan edilsə də ermənilər daim Azərbaycanın mövqelərini atəşə tutur, əsgərlər və dinc əhali həlak olur.
Bildirilir ki, BMT Təhlükəsizlik Şurası işğalçı qoşunların Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə əlaqədar 4 qətnamə qəbul etsə də Ermənistan hələ də buna məhəl qoymur.

Paylaş:
Baxılıb: 529 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31