Bakıdan Rusiyaya xəbərdarlıq!
20.08.2026 [10:45]
Rusiyanın informasiya və media məkanında Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasına son qoyulması məqsədilə təxirəsalınmaz və təsirli tədbirlərin görülməsi barədə gözləntimiz var
Xəbər verildiyi kimi, Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, istintaq zamanı müəyyən olunub ki, Rusiya vətəndaşları - “Moskva 24” telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, Rusiyada siyasi məsləhətçi və media eksperti kimi özünü təqdim edən Uralov Semyon Sergeyeviç və televiziya jurnalisti və müxbiri kimi fəaliyyət göstərən, Rusiyanın nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviç 2026-cı il iyulun 14-də “YouTube” platformasında “Semyon Uralov” adlı kanalda yayımlanan “Çistota ponimaniya” verilişində Azərbaycana qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etmələrinə əsaslı şübhələr müəyyən olunub.
Bundan başqa, həmin şəxslər 2026-cı il avqustun 13-də qeyd olunan kanalda yayımlanan verilişdə Azərbaycana qarşı zorakı üsullardan istifadə edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək, terrorçuluğa açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən olunub. Faktla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci maddələri (milli nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, həmin şəxslər Azərbaycanın hüdudlarından kənar olduqlarından axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycana təqdim olunması məqsədilə aidiyyəti dövlət qurumlarına Baş Prokurorluq tərəfindən müvafiq müraciətlər edilib, habelə onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlər görülüb.
Baş Prokurorluq bəyan edir ki, Azərbaycanın suverenliyinə, konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən qanunsuz əməllərə qarşı milli qanunvericiliyin və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq qətiyyətli hüquqi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.
Azərbaycandan qəti etiraz - dövlətin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə edilməsi qəbuledilməzdir
Baş verənlərlə bağlı isə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı son dövrlərdə Rusiya Federasiyasının media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb.
Xüsusilə, avqustun 13-də “Çistota ponimaniya” layihəsi çərçivəsində yayımlanan verilişdə ölkəmizə, xalqımıza və Azərbaycan Respublikasının rəhbərliyinə qarşı səsləndirilən ifadələrə diqqət çəkilib. Bununla yanaşı, avqustun 7-də “Sputnik” radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin “Rusiyanın terrorçu və ekstremistlər siyahısına” daxil edilməsi ilə bağlı səsləndirilən cəfəngiyyat, avqustun 9-da “YouTube” platformasında, avqustun 16-da isə “Spas” telekanalında Azərbaycanın rəhbərliyinə qarşı yenidən təhqir məzmunlu materialın yayımlanması və təxribatçı fikirlərin səsləndirilməsi xatırlanıb.
Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə edilməsinin, Azərbaycan xalqına və Azərbaycan rəhbərliyinə qarşı fiziki zorakılıq xarakterli çağırışların səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb.
Azərbaycan tərəfinin dəfələrlə sözügedən fəaliyyətlərin qarşısının alınmasına dair çağırışlara və məsələnin müxtəlif siyasi səviyyələrdə müzakirə edilməsinə baxmayaraq, analoji ritorikanın daha sərt formada davam etməsinin ciddi narahatlıq doğurduğu bildirilib.
Görüşdə Rusiyanın informasiya və media məkanında Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasına son qoyulması məqsədilə təxirəsalınmaz və təsirli tədbirlərin görülməsi barədə gözləntimiz bir daha qarşı tərəfin diqqətinə çatdırılıb.
Mətbuat Şurası bəyanat yaydı
Məsələ ilə bağlı Azərbaycanın Mətbuat Şurası da bəyanat yayıb. Bəyanatda bildirilib ki, Rusiyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli və təhqiramiz materiallar və fikirlər paylaşılmaqdadır.
Bəyanatda bildirilib: “Hesab edirik ki, bu, sivil jurnalistika prinsiplərinə, etik normalara və insani dəyərlərə tamamilə ziddir. Təəssüf ki, Rusiyanın informasiya məkanında belə hallar ardıcıl şəkildə müşahidə edilir. Azərbaycan Mətbuat Şurası bu kimi halları Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin ruhuna, həmçinin media əlaqələrinə tamamilə zidd hesab edir.
Ayrıca qeyd etmək istərdik ki, Azərbaycan mediası həmişə qonşu ölkələr, o cümlədən Rusiya ilə bağlı məsələlərə həssas münasibəti ilə seçilib, peşə prinsiplərindən kənar fikir və iddialara yer verməyib.
Buna görə də Rusiyanın informasiya müstəvisində belə xoşagəlməz halların yaşanması Azərbaycan ictimaiyyətində dərin təəssüf və əsaslı narazılıq doğurmaqdadır.
Azərbaycan Mətbuat Şurası baş verən halları qətiyyətlə pisləyir. Şura, eyni zamanda, Rusiyanın media ictimaiyyətinə, bütövlükdə cəmiyyətinə müraciət edərək, Azərbaycan-Rusiya media əlaqələrini, ümumən xalqlar arasında dostluq münasibətlərini pozmağa yönəlmiş hallarla bağlı ciddi tədbir görülməsinə çağırır.
Mətbuat Şurası bir daha bəyan edir ki, Azərbaycan dövlətinə, xalqına və onun görkəmli nümayəndələrinə qarşı təhqiramiz fikirlər və təhdid xarakterli iddialar yolverilməzdir.
Rusiya informasiya məkanının sərt qanunvericilik tənzimlənməsi şəraitində belə materialların sistemli şəkildə ortaya çıxması Rusiya Federasiyasının dövlət siyasəti səviyyəsində onların təsdiqinə bərabərdir. Mətbuat Şurası belə ifadələrə yol verən şəxslərə hüquqi məsuliyyət daşıdıqlarını bir daha xatırladır”.
Rusiyanın mövqeyi: Bu şəxslərin fikirlərinin Rusiyanın hökumət siyasəti ilə heç bir ortaqlığı yoxdur
Rəsmi Moskvanın məsələyə reaksiyasını isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova səsləndirib. O bildirib ki, Azərbaycanın Baş Prokurorluğunun rusiyalı jurnalistlərin axtarışda olması ilə bağlı açıqlamaları Moskvanın Bakıya münasibətdə mövqeyini əks etdirmir. Onun sözlərinə görə, bu şəxslərin fikirlərinin Rusiyanın hökumət siyasəti ilə heç bir ortaqlığı yoxdur. “Hesab edirik ki, Rusiya-Azərbaycan münasibətləri mövcud ikitərəfli hüquqi baza, ilk növbədə 2022-ci il fevralın 22-də Moskvada ən yüksək səviyyədə imzalanmış Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamə əsasında inkişaf etməlidir”, - nəşr M.Zaxarovanın sözlərini sitat gətirib. Yeri gəlmişkən, Rusiyanın nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev vəzifəsindən istefa verib. O, bu barədə “Telegram” kanalında yazıb.
Kimlər diasporumuzun fəaliyyətindən narahatdır?
Maraqlıdır ki, Rusiyanın bəzi mətbuat orqanlarının mövqeyi isə Zaxarovanın fikirləri ilə ziddiyyət təşkil edir. Məsələn, Rusiyanın “Svobodnaya Pressa”(SP) nəşri Azərbaycan diasporunun Rusiyada güclənməsindən, təsir imkanlarının artmasından narahatlığını ifadə edən yazı nəşr edib. “SP” iddia edir ki, Azərbaycan diasporunun nümayəndələri siyasi və ictimai sahəyə də yayılıb. Nəşrin diqqət çəkdiyi məqamlardan biri diaspor nümayəndələrimizin Azərbaycan yazıçılarının toplantısını təşkil etməsi və Rusiya mediasında “Azərbaycan məsələsinin” işıqlandırılması ilə bağlı tənqidlər səsləndirməsidir. Məqalədə Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Kirill Kabanovun fikirlərinə də yer verilir. Kabanov iddia edir ki, Azərbaycan diasporlarının rəhbərləri Rusiyanın iqtisadiyyatına təsir imkanlarını artırıb və sonradan siyasi proseslərə də müdaxilə etməyə başlayıblar. Kabanovun sözlərinə görə, Moskva üçün əsas problem iqtisadi məsələlərdən daha çox siyasi təsir cəhdləridir. O, Azərbaycanın xarici siyasətində Rusiyadan uzaqlaşaraq Türkiyə və Qərbə yaxınlaşdığını iddia edir. Politoloq Vadim Truxaçev isə daha sərt mövqe nümayiş etdirərək Rusiyada fəaliyyət göstərən azərbaycanlı diaspor strukturları ilə bağlı viza rejiminin tətbiq edilməsini təklif edir. O, Azərbaycanın xarici siyasətində əsas istiqamətlərin Türkiyə, Böyük Britaniya və müəyyən mənada ABŞ olduğunu bildirir. Məqalədə Azərbaycan diasporlarının Rusiyanın iri şəhərlərində biznes sahəsində ciddi mövqelər əldə etdiyi də iddia olunur. Nəşr bunu Rusiya hakimiyyətinin uzun müddət diqqətdən kənarda saxladığı proses kimi təqdim edir.
Məqalədən belə aydın olur ki, son baş verənlər Rusiyada Azərbaycan diaspor strukturlarına qarşı daha genişmiqyaslı hücumların yeni başlanğıcıdır. Çünki Moskva ilə Bakı arasında son dövrdə müəyyən diplomatik təmasların və münasibətlərin normallaşdırılması cəhdlərinin olmasına baxmayaraq, diaspor məsələsində Rusiyanın mövqeyində sərtləşmə müşahidə olunur...
Simonyanların, solovyovların və zatulinlərin davamçıları...
Qeyd edək ki, Azərbaycan bölgə dövlətləri ilə yaxın qonşuluq əlaqələrinin gücləndirilməsində, strateji əməkdaşlığın ən üst səviyyəyə qaldırılmasında və geniş əməkdaşlıq platformalarının qurulmasında maraqlı olduğunu hər zaman önə çəkib. Bundan başqa, Azərbaycan hər zaman münasibətlərdə ədalət və beynəlxalq hüquq müstəvisinə riayət prinsiplərinə üstünlük verir - Bakı münasibətlərin qarşılıqlı şəkildə məhz bu kontekstlər üzrə inkişafında maraqlı olduğunu ortaya qoyur. Azərbaycan Rusiya ilə münasibətləri də analoji komponentləri üzərində qurur. İki dövlət arasında geniş diapazonlu, çoxşaxəli və fərqli sahələr üzrə mühüm əlaqələr mövcuddur. Bu münasibətlər həm geosiyasi, həm də geoiqtisadi cəhətdən hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir.
Ölkəmiz heç vaxt radikal, kəskin münasibətlərə üstünlük verməyib, tam əksinə, bizim prioritetimiz münasibətlərdə qarşılıqlı əməkdaşlıq, yaxın qonşuluq olub. Təəssüfləndirici haldır ki, zaman-zaman baş verənlər bunun tam əksini özündə əks etdirir - Simonyan, Solovyov, Zatulin və digər bu kimi ermənipərəstlərin sırasına yeni adlar əlavə olunur. Bu adıçəkilən “siyasət” və “media” adamları baş verənləri yalnız öz maraqları çərçivəsində izah etməyə çalışırlar, Azərbaycanın yürütdüyü müstəqil siyasəti həzm edə bilmirlər. Onlar hətta bölgədə Azərbaycanın strateji planı əsasında sülh şəraitinin formalaşması, sabitliyin yaranması prosesinin mühüm bir mərhələyə qədəm qoyması ilə barışa bilmirlər. Bu isə nəticə etibarı ilə bölgədə xoşagəlməz münasibətlərin yaranmasına yol açır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45

