Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Xərçəngin təkrarlanmasının qarşısını alan yeni vaksin sınaqdan keçirilib

Xərçəngin təkrarlanmasının qarşısını alan yeni vaksin sınaqdan keçirilib

20.08.2026 [19:58]

Yüksəkriskli melanoma xəstələri üçün hazırlanmış fərdiləşdirilmiş yeni vaksin klinik sınaq zamanı xərçəngin təkrarlanmasının qarşısını almaqda ümidverici nəticələr göstərib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, “Merck & Co” və “Moderna” şirkətləri tərəfindən hazırlanan “Intismeran” vaksini dəri xərçənginin bir növü olan melanoma səbəbindən əməliyyat keçirmiş yüksəkriskli xəstələrə verilib. Vaksin xərçəngin müalicəsində artıq istifadə edilən “Keytruda” immunoterapiya preparatı ilə birlikdə tətbiq olunub. İlkin nəticələr bu müalicənin xəstələrin xərçəngsiz qaldığı müddəti uzatdığını göstərir. Lakin bu təsirin nə qədər davam etdiyi hələ məlum deyil.

Xərçəng üzrə mütəxəssislər nəticələri mühüm irəliləyiş kimi qiymətləndirsələr də, ehtiyatlı olmağa çağırırlar. Belə ki, sınağın tam nəticələri hələ açıqlanmayıb və müstəqil ekspertlər tərəfindən elmi qiymətləndirmədən keçirilməyib. Sınaqlar uğurla başa çatsa belə, müalicənin istifadəyə verilməsi üçün tənzimləyici qurumların təsdiqi tələb olunacaq. Bundan sonra preparatın Böyük Britaniyanın Milli Səhiyyə Xidmətində istifadəyə verilməsi üçün əlavə təsdiq prosesindən keçməsi lazım gələcək.

Paylaş:
Baxılıb: 44 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Əfsanəvi maestro

20 Avqust 09:05

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

Ötən 7 ayda...

19 Avqust 11:05

Analitik

3 aydan sonra...

19 Avqust 10:45

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31