Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Sabah”ın legioneri Azərbaycan futbolunun tarixinə düşüb

“Sabah”ın legioneri Azərbaycan futbolunun tarixinə düşüb

20.08.2026 [16:25]

“Sabah” klubunun serbiyalı futbolçusu Velko Simiç UEFA Çempionlar Liqasında ardıcıl 5-ci oyunda qol vurub.

AZƏRTAC xəbər verir ki, o, pley-off mərhələsinin “Hapoel” (Beer-Şeva, İsrail) ilə səfərdəki ilk oyununda (1:2) fərqlənib.

Yarımmüdafiəçi bunadək II təsnifat mərhələsinin “KuPS” (Finlandiya) ilə hər iki matçında (1:0, 2:0), ardınca isə III təsnifat mərhələsinin “Orxus” (Danimarka) ilə görüşlərində (1:2, 4:0) də rəqib qapısına yol tapmışdı.

Simiç bununla da Azərbaycan futbolu tarixinə klublarımızın heyətində Çempionlar Liqasında ardıcıl 5 matçda qol sevinci yaşayan ilk oyunçu kimi düşüb. Bunadək şərikli rekord “Qarabağ”ın hücumçularına məxsus idi. Redon Cica 2023/2024, Juninyo 2024/2025-ci illər mövsümündə ardıcıl 4 qarşılaşmada azarkeşləri sevindirib. Cica I və II təsnifat mərhələlərində 4 oyunda 5, Juninyo II və III təsnifat mərhələlərindəki 4 görüşdə 6 qol vurub.

Qeyd edək ki, Velko Simiç imza atdığı rekord seriyanı növbəti qarşılaşmalarda uzada da bilər.

Paylaş:
Baxılıb: 50 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Əfsanəvi maestro

20 Avqust 09:05

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

Ötən 7 ayda...

19 Avqust 11:05

Analitik

3 aydan sonra...

19 Avqust 10:45

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31