/ / Siyavuş Novruzov: Həmsədrlərin ikinci bəyanatı Azərbaycanın artan beynəlxalq nüfuzunun nəticəsidir
Siyavuş Novruzov: Həmsədrlərin ikinci bəyanatı Azərbaycanın artan beynəlxalq nüfuzunun nəticəsidir
08.07.2017 [13:11]
“Ermənistan daim müharibə qanunlarına əməl etmədən dinc sakinlərə atəş açır, bu məqsədlə iri çaplı silahlardan da istifadə edir. Alxanlı kəndinin atəşə tutulması nəticəsində azyaşlı uşaq da daxil olmaqla, iki nəfərin ölməsi və bir nəfərin yaralanması bir daha Ermənistan rəhbərliyinin xislətini ortaya qoyur. Onlar üçün hədəfin uşaq, qoca, qadın olmasının bir fərqi yoxdur”.
Bunu APA-ya açıqlamasında Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində dinc sakinlərin ölümü və yaralanmasına münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov deyib ki, Ermənistan bu gün daha çox terrorçu dövlət kimi fəaliyyət göstərir, terror onların dövlət siyasətidir: “Adi kənd sakininə atəş açmaq heç bir beynəlxalq hüquq prinsiplərinə, müharibə qanunlarına uyğun deyil. Hətta Birinci və İkinci Dünya müharibələrində də bu cür hallara çox az rast gəlinib. Beynəlxalq təşkilatlar bunu görməli və reaksiyalarını ən sərt formada ortaya qoymalıdırlar. Bundan əvvəl də uşaq oyuncaqlarının içərisinə partlayıcılar qoyaraq çay vasitəsilə əhalinin yaşadığı məntəqələrə göndərilməsi nəticəsində bir neçə azərbaycanlı uşaq həlak olmuşdu. Su mənbələrinə kimyəvi maddələrin atılması halları da var. Bəşəriyyət əleyhinə olan bütün cinayət vasitələrindən Ermənistan Azərbaycana qarşı istifadə edib və etməkdə davam edir. Alxanlı ilə bağlı hadisə əslində Xocalı genosidinin başqa bir formasıdır. Qadına, azyaşlı uşağa silah tətbiq etmək insanlıq əleyhinə hərbi cinayətdir. Bu baxımdan BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çox sərt mövqe ortaya qoymalıdırlar. Bu bəyanatların əksəriyyətini oxuyanda belə qənaət hasil olur ki, iki tərəf arasında müharibə gedib, kimsə şəhid olub. Ancaq söhbət burada Azərbaycan ordusunun yerləşdiyi məntəqələrə deyil, dinc sakinlərə və yaşayış məntəqələrinə açılan atəşdən gedir. Ona görə də tərəfləri atəşkəsi pozmamağa çağırmaq düzgün yanaşma sayıla bilməz. Məgər Azərbaycan atəşkəsi pozub? Konkret olaraq bu bəyanatlarda göstərilməlidir ki, Ermənistan atəşkəsi pozub, məqsədli şəkildə Azərbaycan əhalisinə qarşı aparılan təxribat nəticəsində iki mülki şəxs dünyasını dəyişib. Əks halda, belə yanaşma nəinki münaqişəni həll etməyə, əksinə münaqişənin qızışdırılmasına xidmət edən addımlardır. Avropa ölkələrinin birində bir terror aktı baş verəndə az qala bütün müsəlmanları terrorçu adlandırırlar. Lakin erməni terrorundan bəhs etmirlər və tərəfləri atəşkəsi bərpa etməyə çağırırlar”.
S.Novruzovun fikrincə, ATƏT-in Minsk qrupu həmsədrlərinin ikinci dəfə bəyanat yayaraq baş vermiş hadisəyə dair daha obyektiv mövqe ifadə etməsi həm də Azərbaycan dövlətinin artan beynəlxalq nüfuzunun, gücünün, haqlı mövqeyinin, öz mənafelərini lazımi şəkildə müdafiə etmək imkanlarının və bacarığının etiraf olunması deməkdir. Həmsədrlər bildiriblər ki, iyulun 4-də baş verən bu ciddi insidenti sülh səylərini və qarşıdan gələn danışıqları poza bilən təxribatçı əməl kimi nəzərdən keçirirlər: “Həmsədrlərin ikinci bəyanatında təxribatların Ermənistan tərəfindən törədildiyi, bu ölkənin Cenevrə konvensiyalarının, digər beynəlxalq qanunvericilik aktlarının tələblərini və danışıqlar prosesini pozduğu görünür. Ancaq bu bəyanatda daha açıq formada göstərilməli idi ki, bu, erməni terrorudur və dinc sakinlərə qarşı Ermənistan tərəfindən atılan addımdır. Azərbaycan indiyə qədər sərhəd bölgəsində yaşayan ermənilərə, erməni kəndlərinə atəş açıb, silah tətbiq edibmi? Naxçıvan, Tovuz, Qazax, Gədəbəy və digər bölgələrimizlə sərhəddə çoxlu sayda erməni kəndləri var. Bu vaxta qədər Azərbaycan ordusu tərəfindən dinc sakinlərə qarşı silah tətbiq olunubmu? Amma ermənilər tərəfindən dinc sakinlərə qarşı mütəmadi belə addımlar atılıb və bu da həmsədrlərin bəyanatında əksini tapmalı idi. Konkret işğalçını, terrorçunu, cinayətkarı öz adı ilə göstərmək lazımdır”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57

