/ / Bəhruz Quliyev: Ermənistanın tələbləri Avrasiya İqtisadi Birliyində təmsil olunan ölkələr tərəfindən rədd edilir
Bəhruz Quliyev: Ermənistanın tələbləri Avrasiya İqtisadi Birliyində təmsil olunan ölkələr tərəfindən rədd edilir
24.08.2017 [09:51]
Türkiyənin Avrasiya İqtisadi Birliyi (AİB) ilə gömrük sazişi bağlamaq üçün irəli sürdüyü təşəbbüsün bu ölkənin Ermənistanla sərhədlərinin açılmasına heç bir aidiyyəti yoxdur. Bunu Trend-ə siyasi ekspert Bəhruz Quliyev son günlərdə sözügedən mövzu ətrafında Ermənistanın ictimai-siyasi xadimlərinin, dövlət rəsmilərinin Türkiyə qarşısında sərhəd qapılarının açılmasına hesablanmış şərtlər irəli sürəcəklərinə münasibət bildirərkən deyib.
Ekspertin fikrincə, Ermənistan hakimiyyəti onsuz da öz qonşuları ilə münasibətlərində düşmən mövqeyi sərgiləyir: “Yalnız Türkiyə və Azərbaycan deyil, eyni zamanda, Gürcüstana və İrana, hətta Rusiyaya və başqa postsovet ölkələrinə qarşı da bu ölkənin müəyyən torpaq iddiaları mövcuddur. Ermənilərin “dənizdən dənizə böyük Ermənistan” planı əsasında hazırlanmış xəritəyə nəzər salsaq, biz bu iddiaları aşkar şəkildə görə bilərik. Eyni zamanda, bu gün Ermənistanın konstitusiyasında, o cümlədən dövlət gerbində Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı kimsəyə sirr deyil. Bu baxımdan, Türkiyənin regiondakı mühüm iqtisadi-siyasi rolunu nəzərə alsaq, həmçinin Rusiyanın məlum təşəbbüsü dəstəkləməsinə, müsbət cavab verməsinə diqqət yetirsək, Ermənistan siyasi rəhbərliyinin tələblərinin yolverilməz olduğunu vurğulaya bilərik. Ümumiyyətlə, Ermənistan rəhbərliyinin tələbləri AİB-də təmsil olunan ölkələr tərəfindən rədd edilir”.
B.Quliyev digər bir faktoru - Ermənistanın sözdə müstəqil dövlət olmasını, eyni zamanda, siyasi, iqtisadi və hərbi cəhətdən bilavasitə Rusiyadan asılı olmasını xatırladaraq bildirib ki, Türkiyənin AİB-ə üzvlüyü sırasında həlledici sözü Ermənistan deyil, Rusiya və orada təmsil olunan digər ölkələr deyəcək: “Sirr deyil ki, Rusiyadan başqa Qazaxıstan, Belarus kimi ölkələr də güclü Türkiyənin bu ittifaqa qoşulmasına açıq dəstək göstərirlər. Belə olan halda, ermənilərin siyasi şantaj xarakterli bəyanatlarını, xüsusilə, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın sərsəm iddialarını reallaşa biləcək tələb kimi qəbul edə bilmərik”.
Siyasi ekspert Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hələ baş nazir olduğu dövrdə, 2009-cu ildə Bakıya rəsmi səfərini və Azərbaycan parlamentindəki çıxışını xatırladaraq bildirib ki, məhz həmin dönəmdə də siyasi kuluarlarda bənzər iddialar səslənməsinə baxmayaraq, Ərdoğan Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmayacağı təqdirdə Ermənistanla sərhəd qapılarının açılmayacağını qəti şəkildə bəyan etmişdi: “Tam əminliklə deyə bilərəm ki, Türkiyə Ermənistanla sərhədlərini açmayacaq. Yalnız Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapdıqdan sonra qardaş ölkə həmin məsələni gündəmə gətirə bilər. Bu səbəbdən, hesab edirəm ki, Ermənistanın siyasi rəhbərliyinin bu və ya digər tipli bəyanatlar səsləndirməsi bu ölkədəki despot rejimə qarşı narazı olan xalq kütləsinin susdurulmasına yönəlmiş fikirlərdir, daha dəqiq isə daxili publikaya yönəldilən uğursuz siyasi gedişdir. Çünki Ermənistan iqtidarı çox yaxşı bilir və anlayır ki, onların tələblərinə əməl olunmayacaq və Türkiyə qısa zamanda AİB-ə üzv olaraq regionun iqtisadi inkişafına töhfələrini verəcək”.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31

