“Nezavisimaya qazeta” Yerevanın sifarişini korlayıb
25.08.2017 [10:19]
Rusiyada çıxan “Nezavisimaya qazeta”da bu günlərdə “Qərb Azərbaycanın İŞİD ilə mübarizəsinə etimadsızlıq bildirib” (“Запад вынес борьбе Азербайджана с ИГ вотум недоверия”) sərlövhəli məqalə dərc olunub. Bu materialın müəllifi, “sensasiya” yaratmaq iddiasında olan Artur Priymak adlı birisi bildirir ki, Türkiyənin Suriya ilə sərhədində İŞİD döyüşçüləri olması ehtimal edilən beş nəfər saxlanılıb, onlardan üçü azərbaycanlıdır.
AZƏRTAC xəbər verir ki, “Kaspi” qəzetinin müxbiri Roman Temnikov Rusiyanın “Vestnik Kavkaza” adlı nəşrində “Nezavisimaya qazeta” “Yerevanın sifarişini korlayıb” (“Независимая газета” провалила подряд из Еревана”) sərlövhəli məqaləsində qeyd edir ki, “bu əhvalatda müəllif üçün ən əhəmiyyətli məqam - hələlik məhkəmələri olmamış və İŞİD-ə mənsubluğu sübut edilməmiş saxlanılmış şəxslərin milliyyəti və Türkiyənin həmin hissəsində demək olar ki, hər gün baş verən belə bir hadisənin olması (yəni, sərhədi keçməyə cəhd göstərməkdə şübhə doğuran şəxslərin axtarışı və tutulması) faktıdır”.
Roman Temnikov yazır ki, terrorçuların milliyyəti olmur, əks halda Priymak bütün dünyaya car çəkməli olardı ki, Suriyada həm onun öz ölkəsinin - Rusiyanın, həm də Aİ üzvü olan bir sıra dövlətlərin və ABŞ-ın vətəndaşları dəfələrlə saxlanılıb. Belə çıxır ki, Qərb tez-tez elə özü barəsində “etimadsızlıq rəyi” yayır. R.Temnikov vurğulayır: “Lakin görünür, jurnalistin qəbul etdiyi sifariş məhz azərbaycanlılara aiddir. Buna görə də Priymak gözlənilən qonorarın ləzzətini əvvəlcədən duyaraq dərhal “çoxdan gözlədiyim bu azərbaycanlıları mənim yanıma gətirin” deyə qışqırıb və sifarişi çox həvəslə yerinə yetirməyə başlayıb”.
Müəllif dezinformasiyanın köklərini təhlil edərək yazır: “Priymak əməkçilər şəhəri Sumqayıtın məşhurluğunu “erməni talanları” ilə əlaqələndirərək növbəti səfehliyi ilə oxucuları şoka salır. Budur, məsələnin kökü! Əgər söhbət İŞİD barədədirsə, “erməni talanları”nın buna nə aidiyyəti var?” Bu halda Priymak erməni xüsusi xidmətlərinə qulluq edən bədnam Fəxrəddin Aboszodanın bu məsələni şərh etməsi üçün ona müraciət edib və bununla da hər şey aydın olub”.
R.Temnikov bu qənaətə gəlir: “Ermənistan təbliğat-təşviqat maşınının izləri aşkar görünür”.
Məqalədə Sumqayıtda belə adlandırılan “erməni talanları”nın əsas təşəbbüskarı olmuş, həmin günlərdə zərər çəkmiş 26 ermənidən 7-sini şəxsən qətlə yetirmiş erməni Eduard Qriqoryan haqqında məlumatlar verilir. Bu talanların təşkilatçısı isə Mixail Qorbaçovun sifarişi ilə SSRİ DTK olub. Bu barədə 1980-1992-ci illərdə SSRİ Baş Prokurorluğu yanında Xüsusi Əhəmiyyətli İşlər üzrə böyük müstəntiq Vladimir Kaliniçenko bütün dünyaya ətraflı məlumat verib.
Sumqayıtlı başkəsən Eduard Qriqoryan həbs ediləndən sonra Femidadan uzaqlaşdırılıb, sonradan həbsdən azad edilib və hazırda Moskvanın Sergiyev-Posad rayonunda yaşayır.
Məqalədə vurğulanır: “Özünə hörmət edən müəllif, ən başlıcası, özünə hörmət edən nəşr onun “otuz quruşa” satdığı Vətənin əhalisinin sayını belə bilməyən insandan müsahibə almaq üçün ona müraciət edə bilərmi?!”
Müəllif qeyd edir ki, Ermənistandan fərqli olaraq Azərbaycan monoetnik deyil, çoxmillətli ölkədir. Multikulturalizm və çoxəsrlik tolerantlıq fonunda bu müxtəliflik bizim dövlətimizin qürur mövzusudur. Bu baxımdan Ermənistanın, xüsusən qraf İvan Paskeviçin etiraf etdiyi kimi, İrəvan xanlığı Rusiya imperiyasına birləşdirilən anda yeni yaradılmış İrəvan quberniyasının əhalisinin 3/4 hissəsini təşkil edən yerli azərbaycanlı əhali Azərbaycan torpaqlarında süni şəkildə yaradılmış Ermənistan dövlətindən tamamilə qovulandan sonra (Mesrop Maştotsun efiyopiyalılardan plagiat yolu ilə köçürdüyü əlifbanı və eddesalılardan oğurlanmış xristianlığın birinci olaraq qəbul edilməsini saymasaq) öyünməyə heç bir əsası yoxdur. Bu gün həmin 75 faiz əhali sıfra enib - ölkədə bircə nəfər də azərbaycanlı qalmayıb. Eyni zamanda, Azərbaycanda təxminən 35 min etnik erməni hələ də sakitcə yaşayır və özlərinin etnik mənsubiyyətini gizlətmir.
Belə azadlığın bir göstəricisi də ABŞ yəhudi konqresinin nümayəndə heyətinin bu yaxınlarda Bakıda olmuş üzvlərinin belə bir bəyanatıdır ki, yəhudilər Bakıda özlərini İsraildə və Nyu-Yorkda olduğu kimi hiss edirlər.
Artur Priymak məqaləsində yazır ki, guya Azərbaycanda yaşayan etnik azlıqların nümayəndələri özlərinin etnik mənsubiyyətini gizlədirlər. Buna “Vestnik Kavkaza” nəşrində cavab verən Roman Temnikov yazır: “Görünür, məqalənin İrəvandakı sifarişçiləri, necə deyərlər, başqaları barəsində də özlərinə görə mühakimə yürüdürlər. Əgər onlar öz mənşələrinə görə utanırlarsa, onlara elə gəlir ki, ətrafdakı adamların hamısı həmin kompleksdən əziyyət çəkir. 2001-ci ildə İrəvandakı “Poplavok” kafesində Samtsxe-Cavaxetiya daşnaklarının liderlərindən biri Poqos Poqosyanın qətlə yetirilməsi barədə hay-küylü əhvalatı yada salaq. Poqosyanı ona görə öldürmüşdülər ki, o, Şarl Aznavur ilə birgə şam yeməyi yeyən Robert Koçaryana onun türk mənşəli olmasını camaatın içində xatırlatmışdı. Bu qətl “snund türkləri” Robert Koçaryan və onun qonağı kafeni tərk edəndən sonra o vaxtkı prezidentin şəxsi mühafizə dəstəsinin əməkdaşları tərəfindən törədilmişdi”.
“Nezavisimaya qazeta” Yerevanın sifarişini korlayıb” məqaləsinin müəllifi yazır: “Erməni bloqosferində və sosial şəbəkələrində məlumatlı adamlar həm Ermənistan prezidenti Serj Sarkisyanın, həm də onun arvadının bioqrafiyasının qaranlıq səhifələri barədə çoxdan açıq yazırlar. Sarkisyanın qaraçı mənşəli və onun arvadı Ritanın yezidlərlə qarışıq olması barədə yayılan məlumatlar getdikcə yeni-yeni təsdiqlər tapır. Dəqiq məlumdur ki, indiki prezidentin anası körpə yaşlarındaykən öz qaraçı valideynlərini itirib, sonra bir erməni ailəsi onu qızlığa götürüb və Dağlıq Qarabağa göndərib. Ermənistanın birinci xanımı Rita Sarkisyan dünyaya gəlməzdən əvvəl onun anası - prezidentin qayınanası qazanc dalınca Yerevana gedib və şübhə doğuracaq dərəcədə uzun müddət varlı bir yezidi kürdün ailəsində qulluqçu kimi işləyib. Ermənilərin ənənələrinə müvafiq olaraq “şam tutanlar” və sonradan hər yerdə şayiə yayanlar da tapılıb. Buna görə də ər-arvad xəyanətləri ilə bağlı olan Ritanın valideynlərinin evində baş vermiş ailə qalmaqalları barədə bu gün yalnız tənbəl adamlar bilmir”.
“Vestnik Kavkaza” nəşrində dərc edilmiş məqalədə vurğulanır: “Bir halda ki, Artur Priymak İŞİD terrorizmi ilə Azərbaycan arasında paralel aparmaq barədə Yerevandan sifariş alıb, onda heç olmasa öz ağalarına kütbeyin şəkildə başa salsın ki, onların beynəlxalq terrorizmə aidiyyəti tarixi faktdır. Barı qoy o, özünün görkəmli həmvətəni Oleq Kuznetsovun “XX yüzillikdə transmilli erməni terrorizminin tarixi” (“История транснационального армянского терроризма в ХХ столетии”) kitabı ilə tanış olsun. O, bu kitabdan “Daşnaksütyun” və “Qnçak” erməni siyasi partiyalarının, habelə ASALA təşkilatının terrorçuluq fəaliyyəti barədə çox şey öyrənə bilər. Necə deyərlər, öz gözündə tiri görmür, özgə gözündə tük axtarır”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21

