/ / Ukrayna qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində Azərbaycanın təcrübəsindən istifadədə maraqlıdır
Ukrayna qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində Azərbaycanın təcrübəsindən istifadədə maraqlıdır
31.08.2017 [10:36]
Avqustun 30-da Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilər və Daxili Köçürülmüş Şəxslərin Məsələləri üzrə nazir müavini Georgi Tukanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub.
AZƏRTAC xəbər verir ki, görüşün məqsədi Ukraynada qaçqın və məcburi köçkünlərin dəstəklənməsi və müvafiq sahədə normativ-qanunverici bazanın yaradılması ilə bağlı Azərbaycanın təcrübəsinin öyrənilməsi olub.
Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövlətinin gördüyü işlər barədə danışıb. Qonaqların diqqətinə çatdırılıb ki, bu gün etnik təmizləməyə, əraziləri işğala məruz qalan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə hazırda bir milyon iki yüz mindən çox qaçqın və məcburi köçkün var. Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük didərgin yükünə sahib ölkələrdən biridir. Hazırda Dövlət Komitəsində qaçqınlar və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı kitab hazırlanır. Bu kitabda bütün proseslər, 25 il ərzində baş verən hadisələr öz əksini tapıb.
Əli Həsənov qeyd edib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev şəxsən qaçqınların və məcburi köçkünlərin problemləri ilə yaxından maraqlanırdı, onlara hər zaman diqqət və qayğı ilə yanaşırdı. Ulu öndərin bu istiqamətə gördüyü işlər Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən böyük səylə davam etdirilir. Azərbaycan dövləti öz yurdlarından didərgin düşmüş soydaşlarımızın problemlərinin həllini hər zaman bir nömrəli vəzifə hesab edib. Bu problemlərin həlli istiqamətində Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlər xüsusi önəm kəsb edir. Ümummilli liderin qaçqın və məcburi köçkünlərə daimi diqqət və qayğısı, çadır düşərgələrinin ləğvi istiqamətində atılan ilk addımlar sonrakı işlər üçün təməl olub. Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial, mənzil-məişət problemlərinin həlli ilə bağlı beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılıb, bu istiqamətdə dövlət proqramı təsdiq edilib. Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir və oxşar problemlə üzləşən ölkələr üçün nümunə göstərilir. Azərbaycan dövləti bir milyondan çox qaçqın və məcburi köçkününün bütün problemlərini özü həll edir.
Komitə sədri vurğulayıb ki, Azərbaycanda sabitlik hökm sürür, siyasi, iqtisadi və sosial inkişaf var. Buna görə də ölkəmizə miqrant axını mövcuddur.
Əli Həsənov qonaqları Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ağır nəticələri barədə ətraflı məlumatlandırıb. O deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu gün Azərbaycanın ən başlıca problemidir.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycan və erməni xalqları arasındakı problemi erməni millətçiləri, şovinistləri, faşist Köçəryan-Sarkisyan rejimi yaradıb.
Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilər və Daxili Köçürülmüş Şəxslərin Məsələləri üzrə nazir müavini Georgi Tuka ölkəmizdə gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək dəyərləndirib. O bildirib ki, ölkəsi qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması, onların hüquqlarının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq hüququn normaları çərçivəsində normativ hüquqi sənədlərin hazırlanıb tətbiqi sahəsində Azərbaycanın qazandığı təcrübədən yararlanmağa xüsusi əhəmiyyət verir.
Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko da iştirak edib.
Qeyd edək ki, nümayəndə heyəti səfər proqramı çərçivəsində Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) baş çəkəcək, həmçinin məcburi köçkünlərlə görüşüb onların həyat şəraiti ilə yaxından tanış olacaq.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

