Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın xarici işlər naziri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Azərbaycanın xarici işlər naziri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib

22.09.2017 [10:24]

BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirlərinin qeyri-rəsmi iclası keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Ramil Həsənov təşkilatın gündəliyində duran cari məsələlər haqqında məlumat verib.
İclasda çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığın və dayanıqlı siyasi dialoqun gücləndirilməsində TDƏŞ-in oynadığı xüsusi rolu qeyd edib.
Görüşdə TDƏŞ-in yüksək səviyyəli görüşlərinin keçirilməsi, müvafiq sənədlərin ratifikasiyası, TDƏŞ-in BMT Baş Assambleyasında müşahidəçi statusu və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı, təşkilat çərçivəsində sahəvi əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Nazir Elmar Məmmədyarov, eyni zamanda, Türk Şurası və Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Ankarada beynəlxalq konfransın təşkil edilməsinə görə TDƏŞ-in katibliyinə təşəkkür edib və sözügedən tədbirdə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun məzmunlu çıxışını yüksək qiymətləndirib.

Paylaş:
Baxılıb: 501 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31