Bakıda “Fəlakətin azaldılması üzrə Asiya Konfransı 2017” işə başlayıb
03.10.2017 [10:02]
Oktyabrın 2-də Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN), Asiya Fəlakətlərin Azaldılması Mərkəzinin (AFAM) və Yaponiya Nazirlər Kabinetinin təşkilatçılığı ilə “Fəlakətin azaldılması üzrə Asiya Konfransı 2017” işə başlayıb.
AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək konfransın açılış mərasimində çıxış edən Asiya Fəlakətlərin Azaldılması Mərkəzinin sədri professor Masanori Hamada tədbirin təşkilinə və qonaqpərvərliyə görə Fövqəladə Hallar Nazirliyinə minnətdarlığını bildirib. Son illər Asiyada baş verən təbii fəlakətlərdən danışan M.Hamada qeyd edib ki, AFAM-ın qarşıdakı 20 il üçün tədbirlər planının dəqiq müəyyənləşdirilməsinə ehtiyac var.
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov konfransın təşkilində dəstəyinə görə AFAM-a və Yaponiya Nazirlər Kabinetinə təşəkkür edib, tədbirin işinə uğurlar arzulayıb.
Zəlzələ, sunami, daşqın kimi bir sıra təbii fəlakətlərin insan fəaliyyətindən qaynaqlandığını deyən K.Heydərov bildirib ki, sənayenin sürətli inkişafı ətraf mühit üçün ciddi təhlükələr yaradıb. Eyni zamanda, iqlim dəyişikliyi vaxt ötdükcə daha təhlükəli xarakter alır: “Vulkan, meşə yanğınları, zəlzələ, torpaq sürüşmələri ölkəmiz üçün xarakterik hallardır. Eyni zamanda, ölkəmizdə texnogen fəlakətləri artıran amillər də var. Fəlakət risklərinin səmərəli idarə olunması vacibdir. Bunun üçün beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Hər hansı dövlət təkbaşına fövqəladə halların qarşısını almaq gücündə deyil. Bütün ölkələrin güclərini birləşdirməsi və təcrübə mübadiləsi aparması vacibdir. Bu baxımdan FHN beynəlxalq əməkdaşlığın inkişafında maraqlıdır”.
Nazir diqqətə çatdırıb ki, dünyanın 180 ölkəsi ilə birlikdə Azərbaycan da AFAM-ın 2015-2035-ci il proqramına qoşulub. Fəlakət risklərini səmərəli idarə etmək üçün fəaliyyətlərimizi əlaqələndirməliyik. Bütün bunları nəzərə alaraq, təbii və texnogen fəlakətlərə qarşı effektiv mübarizə aparmaq üçün FHN bütün təşəbbüslərə qoşulmağa hazırdır.
Yaponiya Baş nazirinin müavini Mamoru Maekava qeyd edib ki, fəlakət risklərinin azaldılması üçün müvafiq strategiyalar hazırlanmalıdır. Yaponiyada fəlakət risklərinin azaldılması üçün müvafiq tədbirlər planı var. M.Maekava diqqətə çatdırıb ki, gələn il AFAM-ın yaranmasının 20 ili tamam olur. Biz AFAM-ın fəaliyyətinin daha uğurlu olacağına inanırıq.
Asiya-Sakit Okean üzrə Regional Mərkəzin (UNISDR) proqram rəhbəri Timoti Vilkoks birgə fəaliyyətin və əməkdaşlığın əhəmiyyətini vurğulayaraq deyib: “Təbii fəlakətlər zamanı sərhədlər aradan qalxır, ölkələr bir-birinə yardım edirlər. Biz bu sahədə AFAM çərçivəsində də uğurlar əldə etmişik. 2018-ci ildə regional su platforması və fəlakət risklərin azaldılması üzrə forum keçiriləcək. Bu tədbirlər də əhəmiyyətlidir”.
Sonra konfransda FHN-in fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili baş idarəsinin xilasetmə işinin təşkili idarəsinin rəisi Cəlil Quliyev “Azərbaycanda son 10 ildə fəlakətlərə cavab vermə və risklərin azaldılması siyasəti” mövzusunda xüsusi hesabatla çıxış edib.
C.Quliyev 2005-ci ildə yaradılan FHN-in qarşısında ciddi vəzifələr qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün FHN-in Böhran Vəziyyətlərinin İdarəetmə Mərkəzi və 9 regional mərkəzi fəaliyyət göstərir. Xilasedicilər ən müasir texnika və vasitələrlə təmin olunub.
FHN ilə müvafiq nazirlik və qurumlar arasında əməkdaşlığı tənzimləyən qarşılıqlı fəaliyyət planlarının hazırlandığını söyləyən C.Quliyev əhalinin maarifləndirilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü, “112 - qaynar xətti”nin fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, su hövzələrində xilasetmənin səmərəliliyinin artırılması üçün müasir infrastruktur yaradılıb. Eyni zamanda, bu istiqamətlərdə xarici ölkələrin təcrübəsi də öyrənilir.
Konfrans işini sessiyalarla davam etdirib.
Xəbər lenti
Hamısına baxSiyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02

