AŞPA ölkəmizə qarşı ikili standartla yanaşır
14.10.2017 [09:42]
Qurum “demokratik prinsiplər”dən deyil, şəxsi mülahizələrə əsaslanan subyektiv maraqlardan, erməni təəssübkeşliyindən çıxış edir
Xəbər verildiyi kimi, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) həmməruzəçilər Stefan Şennak və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə 14403 saylı, həmçinin belçikalı parlamentari Alen Desteksin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” 14397 saylı qətnamələr qəbul edilib. Əksər ekspertlərin də vurğuladıqları kimi, anti-azərbaycançı maraqların təsiri altında AŞPA-nın bu cür qətnamələr qəbul etməsi birmənalı şəkildə ölkəmizə qarşı aparılan ikili standart siyasətinin açıq nümayişi sayıla bilər. Belə ki, ermənipərəst dairələrin subyektiv mülahizələri əsasında hazırlanan və xüsusi məqsəd daşıyan bu sənədlərin qəbul edilməsi ölkəmizə qarşı nümayiş etdirilən növbəti qərəzli və ədalətsiz mövqedən xəbər verir. Qeyd edilməlidir ki, Azərbaycanın AŞPA-nın tamhüquqlu üzvü olmasından 16 il keçir və ötən dövrdə bu qurum zaman-zaman anti-azərbaycançı mövqedən çıxış edib, Azərbaycana münasibətdə ikili standartlar tətbiq edib. Bunun nəticəsidir ki, Azərbaycan bu təşkilatda ardıcıl şəkildə müəyyən lobbi qruplarının və xüsusilə də erməni təəssübkeşlərinin təzyiqi ilə üzləşib. Son dövrlərdə ölkəmizə qarşı aparmağa çalışdığı “qara-piar” kampaniyası ilə yenidən diqqət mərkəzinə düşən bu təşkilat bir daha əlində bayraq etdiyi “demokratik prinsiplər”dən deyil, şəxsi mülahizələrə əsaslanan subyektiv maraqlardan, erməni təəssübkeşliyindən çıxış edir.
Öz növbəsində məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə baş verənlərin bir daha Avropa Şurasında müəyyən dairələrin Azərbaycana qarşı qərəzli mövqe tutduğunu göstərdiyini bildirib. Millət vəkili qeyd edib ki, bir sessiya ərzində hansısa bir ölkə ilə bağlı iki təhrikedici qərarın qəbul edilməsi yolverilməz məsələdir. Azərbaycan Avropa Şurasının nizamnaməsinə ciddi riayət edən, insan hüquqlarının qorunması üçün maksimum addımlar atan bir ölkədir: “Görünür, Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsi Avropada müəyyən dairələri narahat edir. Bu baxımdan Avropa Şurasının vasitəsilə Azərbaycana qarşı vaxtaşırı ittihamlar və qərəzli fikirlər səsləndirilir. Bu cür yanaşma yolverilməzdir və Azərbaycan bunu birmənalı şəkildə qəbul etmir, bildirir ki, ancaq qarşılıqlı hörmət, ölkəmizdə gedən proseslərə obyektiv qiymət verilməsi etimad körpüsünün yaranmasına səbəb ola bilər. Nəzərə alınmalıdır ki, Azərbaycanın bugünkü uğurları heç də Avropa Şurasında üzvlüklə qazanılmayıb. Azərbaycan öz müstəqilliyini möhkəmləndirmək, dövlət quruculuğunu məhz xalqın mənafeyinə uyğun həyata keçirmək üçün maksimum addımlar atır. Cənab Prezidentimizin bildirdiyi kimi, Azərbaycan Avropa Şurasından çıxmaqla nə qazanacaq, nə də itirəcək. İtirən isə belə halda yalnız Avropa Şurası ola bilər”.
Millət vəkili onu da qeyd edib ki, bir sıra məsələlərdə Avropada oturuşmuş ikili standartlar mövcuddur. Belə ki, onlara sərf edən situasiyada ölkə təriflənir, demokratik uğurlar qazandığı bildirilir. Digər halda isə ölkə siyasi təzyiqlər altında saxlanmağa çalışılır: “AŞPA-nın baş katibi Torbyorn Yaqland Ermənistanda uydurma 1915-ci il soyqırımı tədbirlərində iştirak edərkən Ermənistanı demokratiyanı və insan hüquqlarını qoruyan nümunəvi bir ölkə adlandırmışdı. Söhbət o ölkədən gedir ki, qonşu dövlətin torpaqlarını işğal altında saxlayır. Ölkənin prezidenti isə Xocalı soyqırımının bilavasitə iştirakçısı və törədənlərdən biri olub. O ölkədən söhbət gedir ki, orada jurnalistlər öldürülür, əhali həmin ölkədə yaşamağın qeyri-mümkün olduğunu bildirir və oranı durmadan tərk edir. Avropanın özündə də bu gün insan hüquq və azadlıqları ilə bağlı mühüm problemlər mövcuddur. Son dövrlərdə Kataloniyada baş verənlər zamanı insanlara qarşı zorakılığın tətbiq edilməsi, küçə aksiyası keçirən insanlara qarşı polisin zorakı davranışı və bu kimi hallar nədənsə Avropa Şurasını narahat etmir. Görünür, ortada tamam başqa maraqlar var ki, bunu açıq şəkildə deməkdən ehtiyat edirlər”.
Milli Məclisin deputatı Tahir Mirkişili də ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğunu, Azərbaycan Konstitusiyasının mühüm bir hissəsini insan hüquq və azadlıqlarının qorunması prinsiplərinin təşkil etdiyini söyləyib. Millət vəkili bildirib ki, bu gün Azərbaycan dünyada tolerantlıq mərkəzi, sülhpərvər bir ölkə kimi qəbul olunur. Bu baxımdan, AŞPA-nın qəbul etdiyi subyektiv mülahizələrə əsaslanan məlum qətnamələr ikili standartlara əsaslanır. T.Mirkişili vurğulayıb ki, hər zaman ökəmizə qarşı təzyiq kampaniyaları aparan anti-Azərbaycan mərkəzləri yenidən bu cür şər və böhtanlarla ölkəmizin müsbət imicinə xələl yetirməyə çalışır. Təəssüfləndirici haldır ki, beynəlxalq hüququ qoruduğunu deyən, demokratiyanın inkişafına xidmət göstərdiyini iddia edən bir qurum bu gün açıq şəkildə qərəzli mövqedən çıxış edir, Azərbaycanı istəməyən qüvvələrin təsirinə düşür: “Məlumdur ki, ölkəmiz bu gün nəinki yerləşdiyi regionun, eləcə də böyük bir coğrafiyanın aparıcı siyasi aktoruna çevrilib. Azərbaycanın siyasi üstünlüyü hər mənada nəzərə çarpmaqdadır. Prezident İlham Əliyevin apardığı qətiyyətli, milli maraqlara söykənən xarici siyasət kursu Azərbaycan həqiqətlərinin beynəlxalq tribunalardan səslənməsinə imkan yaradıb. Ölkəmizdə yaradılan demokratik şərait Azərbaycana gələn hər bir qonaq tərəfindən təsdiqlənir. Bu mənada AŞPA-nın bu tipdə qətnamələrlə bizə qarşı açıq təzyiq göstərməyə cəhd etməsi yolverilməz haldır. Azərbaycan artıq 25 ildən artıqdır ki, erməni təcavüzündən əziyyət çəkir, torpaqlarımız Ermənistan tərəfindən işğal edilib. Bir milyona yaxın azərbaycanlı öz ev-eşiklərindən didərgin düşüb. Görəsən, AŞPA bunun hesabatını niyə aparmır? Niyə işğalçı Ermənistanın qurumdan çıxarılması məsələsi, işğal altında olan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi gündəmə gətirilmir? İkinci bir tərəfdən, bu gün Avropanın özündə insan hüquq və azadlıqlarının qorunması məsələsində gərginliklər yaşanır. İrqi ayrı-seçkilik, separatizm meyilləri, zorakılıq halları artmaqdadır. Avropa Şurası bu məsələlərə diqqət ayırmalıdır. Azərbaycana qarşı qəbul olunan bu qətnamələr qeyri obyektivdir və əsassızdır. Əminəm ki, dünyada xaos və dağıdıcılıq tərəfdarlarının, erməni lobbisinin təsiri ilə aparılan belə kampaniyalar birmənalı şəkildə fiaskoya məhkumdur”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
23 Avqust 14:57
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35

