Bakıda Həştərxan Biznes Mərkəzinin təməli qoyulub
20.12.2017 [09:53]
Dekabrın 19-da Bakıda Həştərxan Biznes Mərkəzinin təməli qoyulub.
AZƏRTAC xəbər verir ki, təməlqoyma mərasimində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Milli Məclisin deputatları, digər rəsmi şəxslər, iş adamları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycan ilə Həştərxan vilayəti arasında qədim ticari-iqtisadi və humanitar əlaqələr mövcuddur. Bu gün Bakıda təməlini qoyduğumuz Həştərxan Biznes Mərkəzi ölkələrimiz arasındakı əməkdaşlığın inkişafına yeni impuls verəcək.
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin qeyd edib ki, bu biznes mərkəzi ölkələrimiz, o cümlədən ayrı-ayrı regionlar arasında ticari-iqtisadi əlaqələrin möhkəmlənməsi işinə xidmət edəcək.
Həştərxanda da Azərbaycan Biznes Mərkəzinin inşa olunduğunu vurğulayan qubernator deyib ki, bu, vilayətdə logistik qovşağın yaradılmasına, iş adamlarımız arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcək.
Həştərxanda bir neçə layihənin reallaşmasına verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən qubernator Aleksandr Jilkin başa çatmaqda olan 2017-ci ildə Rusiya ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsinin daha da artdığını və bu dinamikanın qarşıdan gələn ildə də davam edəcəyinə əminliyini vurğulayıb.
Sonra Bakıda Həştərxan Biznes Mərkəzinin təməli qoyulub.
Həştərxan Biznes Mərkəzinin ümumi sahəsi beş min kvadratmetrdən çox olacaq. Beş mərtəbədən ibarət olacaq bu çoxfunksiyalı binada sərgi-ticarət, konfrans, fitnes zalları fəaliyyət göstərəcək, ofis otaqları, mini otel yaradılacaq.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17

