/ / Kaliforniya Senatında Sumqayıt hadisələri ilə bağlı keçirilən dinləmələrdə erməni lobbisi ifşa olundu
Kaliforniya Senatında Sumqayıt hadisələri ilə bağlı keçirilən dinləmələrdə erməni lobbisi ifşa olundu
02.03.2018 [09:51]
ABŞ-ın Kaliforniya ştatının paytaxtı Sakramento şəhərində erməni lobbisinin təşkilatçılığı ilə Kaliforniya Ştat Senatında Sumqayıt hadisələrinin 30 illiyinə, Kaliforniya ştatı ilə Ermənistan arasında iqtisadi əlaqələrin təşviqinə və Türkiyədən Kaliforniya sərmayələrinin çıxarılmasına həsr olunan dinləmələr keçirilib.
Təxminən 1 milyonadək erməninin yaşadığı Kaliforniyadakı erməni lobbisinin aramsız səylərinə və ayrı-ayrı senatorlara böyük məbləğlərdə pul xərcləməsinə baxmayaraq, Kaliforniya Ştat Senatının 40 üzvündən yalnız ikisi (həyat yoldaşı erməni olan senator Skot Vilk və erməni lobbisinin çoxdankı havadarı senator Entoni Portantino) tədbirə qatılıb.
Dinləmələr haqda xəbər aldıqdan dərhal sonra Kaliforniyada fəaliyyət göstərən Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin və Amerika Azərbaycan Mədəniyyət Cəmiyyətinin fəal üzvləri, o cümlədən Həmid Azəri, Samir Lütvəliyev, Anar Usubov və digərləri tədbirə qatılıblar.
Tədbirdə Azərbaycanda yaşadığını və Sumqayıt hadisələrinin canlı şahidi olduğunu iddia edən erməni lobbisinin nümayəndəsi ölkəmiz əleyhinə böhtan xarakterli çıxış edərək, 1988-ci ilin Sumqayıt hadisələrini özlərinin uydurduğu versiyada təqdim edib. Senator Portantino və Vilk də ona dəstək verərək erməni lobbisinə yarınmağa çalışıblar.
Dinləmələrdən sonra prosedur qaydalarına uyğun olaraq şərh və suallar verilib. Azərbaycan icmasının gənc üzvlərindən biri senator Portantinoya müraciət edərək deyib: “Siz Sumqayıt hadisələrindən danışdınız. Halbuki bu hadisələri törədənlər məsuliyyətə cəlb edilib. Onlardan biri də Qriqoryan adlı erməni idi. Ancaq 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda dinc azərbaycanlılara qarşı həyata keçirilmiş insanlıq əleyhinə dəhşətli cinayətin günahkarları indiyədək cəzasız qalıblar. Siz niyə çıxışınızda bu faktları qeyd etmirsiniz? Xocalı qətliamı ilə bağlı dinləmələr keçirəcəksinizmi?” O, senatoru məsələyə birtərəfli yanaşmamağa çağırıb. Bu cür sualı gözləməyən senator Portantino pərt şəkildə məsələni araşdıracağını bildirib.
Digər icma nümayəndəmiz çıxışında əslən Qarabağdan olduğunu, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlının öz doğma yurdlarından didərgin düşdüyünü, hüquqlarının kobud şəkildə pozulduğunu qeyd edərək, “Siz öz torpaqlarına qayıtmağı gözləyən bir milyon insana nə deyə bilərsiniz?” sualını ünvanlayıb. Senator Portantino suala cavab verməkdən yayınıb.
Sonra daha bir soydaşımız, nüfuzlu Kaliforniya Berkli Universitetinin tələbəsi çıxış edərək deyib: “Biz sizə sorğu ünvanlayaraq Azərbaycan icmasından da bir nümayəndənin bu dinləmələrə dəvət olunması və erməni nümayəndə ilə yanaşı çıxış etməsini xahiş etmişdik. Mənim sualım budur ki, hər iki tərəfin fikirlərini dinləmək əvəzinə, siz niyə məsələyə birtərəfli yanaşaraq yalnız erməni tərəfinə söz vermisiniz?”
Daha bir icma nümayəndəmiz isə deyib: “Siz qırğınlar törətmiş avtoritar rejimlərdən danışdınız. Lakin hazırda Ermənistanda hakimiyyətdə olan rejimi qeyd etmədiniz. Halbuki Ermənistanı bu gün idarə edən və siz, senator, Ermənistana səfərləriniz zamanı görüşdüyünüz o insanlar vaxtilə yüz minlərlə dinc azərbaycanlıya qarşı qırğınlar törətmiş şəxslərdir. Burada yaşayan və fəaliyyət göstərən erməni lobbisi və Ermənistan vətəndaşları sizə bu cür yalan məlumatlar çatdırırlar və siz, senator, bütün Kaliforniyanı təmsil edən rəsmi nümayəndə kimi bu yalanları sorğulayacaq ilk şəxs olmalısınız. Biz, Kaliforniya sakinləri bundan çox məyusuq. Biz azərbaycanlılar sizin dəstəklədiyiniz Ermənistan tərəfindən qırğına məruz qalmışıq. Ancaq siz həqiqətlərə göz yumursunuz, qarşı tərəfi dinləmək, doğruları öyrənmək istəmirsiniz. Mən buna çox təəssüf edirəm və sizə görə çox utanıram”.
Çıxış edən digər icma üzvləri, o cümlədən Xocalı soyqırımı şahidi Anar Usubov senatorları məsələyə birtərəfli yanaşmamağa çağırıblar. Onlar Ermənistan-Azərbaycan münaqişəsi, Xocalı soyqırımı haqqında faktlar irəli sürərək, Azərbaycanın haqq səsini çatdırıblar. Dinləmələrdə iştirak edən, ABŞ-dakı radikal erməni lobbisinin aparıcı təşkilatları olan Amerika Erməniləri Milli Komitəsinin və Amerika Erməni Assambleyasının rəhbər şəxsləri söz alaraq E.Portantinonu düşdüyü pis durumdan çıxarmağa çalışsalar da, əksinə, dolaşıq fikirləri ilə özlərini bir daha ifşa ediblər.
Senator E.Portantino icma üzvlərimizin ünvanladığı suallara çıxışlardan sonra cavab verəcəyini bildirsə də, tədbirin sonuna kimi səssiz qalaraq heç bir münasibət bildirməyib və ümumu sözlərlə dinləmələri yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

