İlham Əliyev seçicilərin 86 faizinin səsini qazanıb
12.04.2018 [11:23]
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mətbuat konfransı keçirib
Aprelin 11-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, Məzahir Pənahov 5641 seçki məntəqəsində prezident seçkiləri ilə əlaqədar səsvermə keçirildiyini bildirib. O deyib ki, seçki məntəqələrinin 92 faizindən çoxundan - 5201-dən səsvermənin nəticələrinə dair məlumatlar Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinə daxil olub. Həmin məlumatlar araşdırılarkən 3 milyon 712 min 120 səs etibarlı sayılıb. Bu səslər namizədlər arasında aşağıdakı kimi bölünüb:
Əliyev İlham Heydər oğlu - 3 milyon 192 min 522 səs (86 faiz);
Əlizadə Araz Məmməd-Mübariz oğlu - 51 min 738 səs (1,39 faiz);
Hacıyev Hafiz Ələmdar oğlu - 56 min 153 səs (1,51 faiz);
Həsənquliyev Qüdrət Müzəffər oğlu - 112 min 915 səs (3,04 faiz);
Quliyev Fərəc İbrahim oğlu - 43 min 546 səs (1,18 faiz);
Məmmədov Sərdar Cəlal oğlu - 112 min 78 səs (3,02 faiz);
Nurullayev Razi Qulaməli oğlu - 27 min 706 səs (0,75 faiz);
Oruc Zahid Məhərrəm oğlu - 115 min 462 səs (3,11 faiz).
Beləliklə, etibarlı səslərin 86 faizini qazanan İlham Heydər oğlu Əliyev prezident seçkilərində böyük üstünlüklə liderlik edir.
MSK sədri deyib ki, hələlik çox az məntəqədən məlumatlar alınmayıb. Bunlar əsasən ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərən məntəqələrdir. Ölkə daxilində bəzi köçkün seçiciləri əhatə edən məntəqələrdən məlumatların seçki dairələrinə çatdırılması ilə bağlı müəyyən problem yarandığına görə həmin məlumatlar gecikir. Səhər saatlarında məntəqələrin 100 faizindən alınan nəticələr ictimaiyyətə çatdırılacaq.
Səsvermənin çox sakit, Azərbaycan seçicilərinin konstitusion hüquqlarını reallaşdırmaq üçün bütün standartlara cavab verən şəraitdə keçirildiyini bildirən Məzahir Pənahov qeyd edib ki, səsvermə zamanı heç bir xoşagəlməz hala yol verilmədi. Bu, Azərbaycan ictimaiyyətinin seçki mədəniyyətinin kifayət qədər yüksək olmasının göstəricisidir. Baxmayaraq ki, seçkilərdə 6 siyasi partiyanın namizədləri, ümumilikdə, 8 namizəd mübarizə aparırdı. Bütün proseslər qanunvericiliyin tələbinə uyğun həyata keçdi. Məntəqə, dairə seçki komissiyaları öz vəzifələrinin öhdəsindən çox yüksək səviyyədə gəldilər. Gün ərzində təhlükəsizliyin təmin edilməsi baxımından da heç bir problem yaşanmadı. Azərbaycan polisi öz fəaliyyətini Seçki Məcəlləsinin tələbinə uyğun qurduğu üçün bununla bağlı Mərkəzi Seçki Komissiyasına heç bir narazılıq daxil olmadı.
Müvafiq dövlət qurumlarının seçkilərin hazırlanmasında Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlığını qeyd edən Məzahir Pənahov onlara minnətdarlığını bildirib. O, həmçinin deyib ki, həm komissiyalar, həm çoxsaylı müşahidəçilər, həm də namizədlərin səlahiyyətli nümayəndələri qanunvericiliyin tələbinə riayət etdilər. Kütləvi informasiya vasitələri də öz növbəsində gün ərzində ölkənin bütün bölgələrindən seçki prosesi ilə bağlı ətraflı, operativ məlumatlar yaydılar.
Sonra MSK sədri jurnalistlərin suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40

