TANAP-ın açılışı: “Enerjinin İpək yolu”nun geosiyasi əhəmiyyəti
15.06.2018 [07:55]
Azərbaycan müstəqil dövlət kimi bir sıra beynəlxalq layihələrin təşəbbüskarıdır. Onların sırasında TANAP ayrıca yer tutur. Çünki bu layihədən öncə gözlər “Nabucco” adlanan enerji layihəsinə dikilmişdi. Ancaq Qərb ölkələrinin günahı ucbatından “Nabucco”dan imtina edildi. O zaman Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkiyədə yeni layihənin həyata keçirilməsi ilə bağlı müzakirələr aparıldı. İki qardaş ölkə rəhbərliyi TANAP adlanan layihəni hazırlamaq qərarına gəldilər. O zaman buna qarşı da inamsızlıq yaratmağa və onun qeyri-real olduğu fikrini aşılamağa çalışanlar tapıldı. Lakin Azərbaycan və Türkiyə liderlərinin siyasi qətiyyəti nəticəsində proses dayanmadı. İyunun 12-də isə Əskişəhərdə TANAP-ın açılış mərasimi baş tutdu! Bu hadisənin geosiyasi və tarixi əhəmiyyəti üzərində dayanmağa böyük ehtiyac duyuruq.
Geosiyasi reallıq və siyasi iradə: Azərbaycan-Türkiyə əməkdaşlığının enerji aspekti
Türkiyənin Əskişəhər şəhəri iyunun 12-də tarixi bir gün yaşadı. Orada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna dövlət başçısı Petro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuciç və Şimali Kipr xalqının lideri Mustafa Akıncı Trans-Anadolu qaz boru kəməri layihəsinin açılışını etdilər. Təntənəli mərasimdə çıxış edən ölkə rəhbərləri bu layihənin geosiyasi, iqtisadi və mədəni töhfələrindən bəhs etdilər. Ekspertlərin marağına səbəb olan açılış mərasimində ifadə edilən fikirlər söhbətin kifayət qədər ciddi bir prosesdən getdiyini təsdiq edir.
Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev tarixi və geosiyasi əhəmiyyətli bir sıra maraqlı məqamları vurğulayıb (bax: Prezident İlham Əliyev: TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür / AZƏRTAC, 13 iyun 2018).
Öncə Azərbaycan Prezidenti Türkiyənin dünyada oynadığı geosiyasi rolu vurğulayıb. Bakı Ankaranın hər bir uğuruna sevinir. Hazırda Türkiyə dünya çapında böyük gücə çevrilib və “dünya gündəliyini müəyyən edən” ölkələrdən biridir. “Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir” (bax: əvvəlki mənbəyə). Prezident İlham Əliyevin Türkiyənin qlobal geosiyasi nüfuzunun artmasını ifadə etməsi əhəmiyyətli məqamdır.
Bu, ilk növbədə, Türkiyənin dünyada söz sahibi olan ölkələr sırasına daxil olmasının Azərbaycanı çox məmnun etdiyini ifadə edir. Yalnız ona görə yox ki, Türkiyə Azərbaycana qardaş dövlətdir. Burada daha çox Türkiyənin qarşılıqlı faydalı əməkdaşlıq kursu yeridən ölkə kimi uğur qazana bilməsi önə çəkilir. Başqalarına əzələ nümayiş etdirib və ya hədə gəlib nəyəsə nail olmaq yolunun sonu puçdur. O, bütövlükdə bəşəriyyəti faciəyə aparır. Bu səbəbdən həmin kursu seçən ölkələrin uğuru davamlı ola bilməz.
Türkiyə isə öz ədaləti və qarşılıqlı faydalı əməkdaşlıq siyasəti ilə dünya miqyasında nüfuzunu yüksəldən dövlətdir. Və buna Azərbaycan çox sevinir, çünki Azərbaycan da bərabərhüquqlu, faydalı əməkdaşlığa dayanan inkişaf kursu seçib. Bu mənada “Türkiyənin gücü bizim gücümüzdür” və “bizim gücümüz birliyimizdədir”. Əlbəttə, qarşılıqlı faydalı əməkdaşlığı inkişafın əsas punktu hesab edən ölkələrin birləşməsi gərəkdir. Bu, bəşəriyyəti ədalətsiz ikili standartlar siyasətindən xilas edə və insanlara rifah gətirə bilər.
Deməli, Azərbaycan Prezidenti məsələyə çox geniş və əhəmiyyətli bir mövqedən yanaşır. Prezident İlham Əliyev uzaqgörən dövlət xadimi kimi Azərbaycan-Türkiyə əlaqələrini dövlətçilik prizmasından qlobal gerçəkliklər kontekstində qiymətləndirir. Burada rasional və ədalətli yanaşma özünü göstərir. Azərbaycan münasibətləri keçici emosional faktorlar üzərində deyil, ciddi dövlətçi prinsiplər əsasında beynəlxalq hüquqa uyğun qurmaqdadır. Həm də məhz bu səbəbdəndir ki, “Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir” (bax: əvvəlki mənbəyə).
Azərbaycanın dövlət başçısının bu geniş geosiyasi baxış bucağı altında TANAP-ı tarixi bir layihə kimi Azərbaycanla Türkiyənin növbəti zəfəri olaraq qiymətləndirməsi çox əhəmiyyətlidir və tam qəbul ediləndir. “Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür” (bax: əvvəlki mənbəyə).
Növbəti mərhələ: yeni layihələrə aparan yol
Prezident İlham Əliyevin bu fikirləri işığında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın öz çıxışında ifadə etdiyi bir sıra tezisləri daha aydın dərk etmək imkanı yaranır. R.T.Ərdoğan TANAP-ı “Enerjinin İpək yolu” adlandırıb (bax: Muhteşem açılış / “Milliyet”, 13 iyun 2018). Sözlərinə davam edərək Türkiyə dövlət başçısı bunun Azərbaycanla Türkiyənin enerjini savaş yaradan amil kimi deyil, əməkdaşlıq, inkişaf, xalqların rifahına xidmət etmək imkanı olaraq görməsi nəticəsində həyata keçdiyini ayrıca vurğulayıb.
Həmin tezisdən çıxış edən R.T.Ərdoğan TANAP-ın yeni-yeni böyük layihələrin reallaşmasına təkan verəcəyini ifadə edib (bax: əvvəlki mənbəyə). Deməli, iki qardaş ölkə başladıqları bu faydalı əməkdaşlıq kursunu nümunə kimi daha geniş miqyasda tətbiq etməkdə qərarlıdırlar. Bunu bütövlükdə bəşəriyyətin sabitliyi və rifahı naminə etməkdə israrlıdırlar. Təsadüfi deyil ki, həm Türkiyə, həm də Azərbaycanın dövlət başçıları TANAP-ın regional əhəmiyyətini, çoxlu sayda xalqlara verəcəyi töhfəni mütləq şəkildə vurğulayıblar.
Azərbaycan və Türkiyə liderləri TANAP-ın həyata keçməsində qətiyyətli siyasi iradənin oynadığı böyük rolu vurğulayıblar. İki strateji tərəfdaş dövlətin rəhbərlərinin nümayiş etdirdikləri yüksək siyasi iradə bu layihəyə mane olmağa çalışanların yaratdıqları əngəlləri uğurla aradan qaldırıb. R.T.Ərdoğan bununla bağlı Prezident İlham Əliyevə xüsusi təşəkkürünü bildirib. Azərbaycan Prezidenti də Öz çıxışında R.T.Ərdoğanın yüksək xidmətlərini ayrıca vurğulayıb.
TANAP bütövlükdə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində konkret əhəmiyyət kəsb edir. “Cənub Qaz Dəhlizi” dörd elementdən ibarətdir: birincisi, “Şahdəniz-2” yatağı, ikincisi, Cənubi Qafqaz boru xətti, üçüncüsü, TANAP və dördüncüsü - TAP. Trans-Adriatik (TAP) qaz boru kəməri Türkiyə-Yunanıstan arasında inşa edilən boru xəttidir və onun 82 faizi artıq hazırdır. Bununla da Xəzərdən başlayan yol Avropaya qədər uzanır. Azərbaycan nefti, R.T.Ərdoğanın ifadəsi ilə desək, “Xəzər nefti Avropaya nəql edilir”. Bu prosesdə Azərbaycan və Türkiyə ilə yanaşı, bir neçə Avropa ölkəsi də iştirak edir. Açılış mərasimində isə Serbiya və Ukraynanın dövlət başçıları iştirak ediblər. Ukrayna Prezidenti Petro Poroşenko bu layihədən faydalanmaq istədiklərini ifadə edib. O, həm də bu kimi layihələrin bütövlükdə Avropanı enerji asılılığından xilas etdiyini söyləyib.
Bütün bunların fonunda TANAP-ın Avropa üçün oynadığı geosiyasi rol əhəmiyyətli görünür. Hər şeydən əvvəl, TANAP Avropanın enerji ilə təchizatını şaxələndirir. Müxtəlif qaynaqlardan alınan enerji riskli situasiyaların sayını azaldır. Bu mənada TANAP Avropanın enerji təhlükəsizliyində ciddi rol oynayır.
Bundan başqa, TANAP Avropa ilə Asiya arasında səmərəli əməkdaşlıq körpüsü funksiyasını yerinə yetirir. Onun verəcəyi töhfələr mütləq daha geniş miqyasda analoji əməkdaşlıq variantlarının işlənməsi zərurətini dünyaya sübut edəcək. Bu baxımdan TANAP həm də qlobal əməkdaşlıq üçün yeni bir motivasiyadır.
Nəhayət, ekspertlərə görə, TANAP daha çox sayda Avropa ölkəsini bu layihəyə qoşulmağa təhrik edir. TANAP-ın ilk mərhələdə nəql gücü 16 milyard kubmetr qazdırsa, üçüncü mərhələdə o, 31 milyard kubmetr səviyyəsinə çıxa bilər. Bu da bir layihə üçün geniş imkanlar deməkdir. Əgər Mərkəzi Asiyadan gələ biləcək enerji nəqli TANAP-a qoşulsa, daha güclü bir beynəlxalq layihə alınar. Bu da sözün əsl mənasında dünyanın enerji xəritəsində əsaslı dəyişiklik deməkdir. Dünya enerji nəqlinin diversifikasiyası nəticəsində xeyli təhlükəsiz enerji modelinə sahib olacaq.
Vurğulanan fikirlərin işığında Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışında ifadə etdiyi tezislər son dərəcə qiymətlidir: “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. “Cənub Qaz Dəhlizi”nin önəmi məhz bundadır - enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaqdır. “Cənub Qaz Dəhlizi” həm yeni yollar, həm də yeni mənbə layihəsidir. Bu, sözün əsl mənasında, enerji şaxələndirilməsi məsələsinə xidmət göstərir” (bax: Prezident İlham Əliyev: TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür / AZƏRTAC, 13 iyun 2018). Deməli, TANAP bir prosesin sonudursa, digərinin başlanğıcıdır. Azərbaycan-Türkiyə əməkdaşlığının əsl mahiyyəti də bundan ibarətdir!
Newtimes.az
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

