/ / Rusiyanın “Vestnik Kavkaza” agentliyinin saytında Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun məqaləsi dərc olunub
Rusiyanın “Vestnik Kavkaza” agentliyinin saytında Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun məqaləsi dərc olunub
16.10.2018 [08:48]
Rusiyanın “Vestnik Kavkaza” analitik informasiya agentliyinin saytında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun Prezident İlham Əliyevin dövlət başçısı vəzifəsində 15 illik fəaliyyətinə həsr edilmiş “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, oktyabrın 15-də Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 15 illiyi tamam olur. Əli Həsənovun bu münasibətlə yazdığı məqalədə İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətindən söhbət açaraq oxucuların diqqətinə çatdırır ki, dövlətimizin başçısının 15 illik prezidentliyi dövründə daxili ictimai-siyasi sabitlik daha da möhkəmlənib, əhalinin təhlükəsizliyi, insanların əsas hüquq və azadlıqları, ölkənin əmin-amanlığı təmin edilib, vətəndaşların rifah halı getdikcə yüksəlib.
Müəllif vurğulayır ki, Azərbaycan son 15 ildə əsas daxili inkişaf parametrləri üzrə region ölkələri içərisində birinci üçlükdə öz yerini möhkəmləndirib. Ölkədə vətəndaş cəmiyyəti təsisatlarının müstəqilliyinin və maliyyə imkanlarının artırılmasına böyük əhəmiyyət verilir, planlı sosialist iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid prosesinin başa çatması təmin edilir. Qeyri-neft sənayesi ardıcıl şəkildə inkişaf etdirilib, ölkə ərazisində çoxsaylı sənaye parkı və məhəllələri, texnoparklar yaradılıb.
Əli Həsənov qeyd edir ki, aqrar sektorda həyata keçirilən islahatlar ölkə iqtisadiyyatında bu sahənin ardıcıl inkişafına zəmin yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilib, “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı olub. Həmçinin Azərbaycanın Rusiya Federasiyası, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib.
İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycanın dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulduğunu diqqətə çatdıran Əli Həsənov xatırladır ki, 2010-cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti yaradılıb, 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”, 2014-cü ildə ikinci - Yer səthini müşahidə edən “Azersky” peyki, bu ilin sentyabrında isə daha bir telekommunikasiya peyki - “Azerspace-2” orbitə çıxarılıb.
Məqalədə qeyd edilir ki, son 15 ildə ölkənin sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənib, Prezident İlham Əliyevin təşəbbüsü ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş ciddi tədbirlər görülüb, ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi islahatlar aparılıb, şəhid ailələrinə və müharibə əlillərinə dövlət hesabına 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox minik avtomobili verilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldüyünü bildirən Əli Həsənov qeyd edir ki, dövlətimizin başçısının milli maraqlara söykənən xarici siyasəti nəticəsində Azərbaycan müstəqil mövqeyi ilə seçilən dövlət kimi tanınıb, beynəlxalq nüfuzu getdikcə yüksəlib. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, Qoşulmama Hərəkatına üzv qəbul edilib. Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin, dini etiqad azadlığının, konfessional və etnik müxtəlifliyin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanılmasını və inkişafını təmin edib. Ölkədə bədən tərbiyəsi və idman sahəsində böyük uğurlar qazanılıb.
Əli Həsənov məqaləsinin sonunda yazır: “Dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 15 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənmiş, Ona ən güclü dayaq olmuşdur. Prezident İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər xalqı Öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaqdır”.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

