Bəyannamənin qəbulu ilə başa çatan Forumda 150-dən çox məruzə dinlənilib
27.10.2018 [10:45]
“Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu oktyabrın 26-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, Forumun Bəyannaməsi qəbul edilib.
Foruma yekun vuran mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, iki gün davam edən beynəlxalq tədbirdə 90-dan çox ölkədən və 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndə iştirak edib. 2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir. Forumda müasir dünyamızı narahat edən vacib məsələlər müzakirə edilib. Beynəlxalq tədbirdə dinlənilən bütün məruzələr çap olunacaq.
Qeyd edilib ki, Forumda BMT baş katibinin iki müavini, ISESCO, IRCICA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Parlamentlərarası Birlik, BMT-nin iqtisadi və sosial Şurası kimi təşkilatların rəhbərləri, UNESCO, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, MDB İcraiyyə Komitəsi rəhbərlərinin müavinləri iştirak ediblər. Tədbirə, həmçinin Sudanın vitse-prezidenti, Rusiya və Slovakiyanın Baş nazirlərinin müavinləri, Sloveniya, Uruqvay, Rusiya, Misir, Belarus, İtaliya və Estoniya parlamentlərinin sədr və sədr müavinləri, Gürcüstan, Monteneqro, Özbəkistan, Bolqarıstan, Türkiyə, Sudan, Tacikistan, Qazaxıstan, Ukrayna, Əfqanıstan, Filippin və Bolqarıstandan nazir və nazir müavinləri Qazaxıstan, Türkiyə, Tacikistan və Özbəkistandan ombudsmanlar, habelə 15 ölkədən 40-dan çox deputat, 46 ölkənin diplomatik nümayəndəliklərinin başçıları, çoxsaylı şirkət rəhbərləri, elm xadimləri, ekspertlər qatılıblar.
Prezident İlham Əliyevin Forumun açılışında söylədiyi nitqin çox böyük maraq doğurduğunu söyləyən nazir bildirib ki, iştirakçılar xüsusilə Azərbaycandakı iqtisadi inkişaf, tolerantlıq barədə geniş məlumatlar əldə ediblər. Forumun Bakıda keçirilməsi Azərbaycanın tolerantlıq modelinin dünyaya təqdim olunması baxımından xüsusi əhəmiyyət kəsb edib.
VI Bakı Beynəlxalq Humanitar Forumunda çox ciddi məsələlərin müzakirə edildiyini söyləyən Ə.Qarayev deyib ki, ümumilikdə 2 gün ərzində müxtəlif sessiya və panellərdə 150-dən çox məruzə dinlənilib. Forum gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayıb. İki gün ərzində bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yolları araşdırılıb.
Nazir vurğulayıb ki, Forumda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminə də toxunulub, bütün iştirakçılar birmənalı şəkildə Azərbaycanın haqq işini dəstəkləyiblər.
Ə.Qarayev deyib ki, bu il “Bakı Prosesi”nin 10 illiyidir. Bu proses müxtəlif mədəniyyətləri vahid bir platforma ətrafında birləşdirməyi bacarıb. Bu təşəbbüs dünyanın nüfuzlu beynəlxalq qurumları tərəfindən dəstəklənir. “Bakı Prosesi”nin uğurlu olmasını rəqəmlər də sübut edir. Ötən müddət ərzində bu proses çərçivəsində təşkil olunan tədbirlərə 170-dən çox ölkə qatılıb. Bu, bir daha göstərir ki, Bakı dünyanı düşündürən məsələlərin müzakirə edildiyi vahid məkana çevrilməkdədir.
Bütün qonaqlara minnətdarlığını bildirən nazir onları gələn il keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət edib.
Xəbər lenti
Hamısına baxMüsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21

