/ / Millət vəkili: ABŞ-ın Ermənistana səfər edən vətəndaşlarına xəbərdarlığı bu ölkədə gərginliyin həddən artıq yüksək olması ilə bağlıdır
Millət vəkili: ABŞ-ın Ermənistana səfər edən vətəndaşlarına xəbərdarlığı bu ölkədə gərginliyin həddən artıq yüksək olması ilə bağlıdır
14.12.2018 [09:37]
Birləşmiş Ştatların Yerevandakı səfirliyi tərəfindən Ermənistana səfər edən ABŞ vətəndaşlarına təhlükəsizlik riskləri ilə bağlı xəbərdarlıq Ermənistandakı sosial-siyasi gərginliyin həddən artıq yüksək olması ilə bağlıdır. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin faktiki olaraq baş tutmaması, sadəcə saxtalaşdırma vasitəsilə yeni parlamentin əvvəlcədən hazırlanmış siyahı üzrə elan edilməsi, seçicilərin səssiz etiraz üsulu ilə seçkini boykot etməsi onsuz da çoxsaylı problemi olan cəmiyyəti sosial partlayış həddinə yaxınlaşdırıb: “Belə vəziyyət ciddi qarşıdurma və daxili terrorla daha da şiddətlənə bilər ki, bunun üçün də Ermənistanda ciddi əsaslar və təcrübə var. İşğalçı ölkədə parlamentin gülləbaran edilməsindən başlamış ən müxtəlif terror növlərinə son illərdə rast gəlinib. Çünki bu, cəmiyyəttin səciyyəvi keyfiyyətlərindən biri - terrora meyilli olması, yaxud problemi radikal zorakı metodlarla həll etməyə istəkli olması ilə bağlıdır. Belə olan halda, əlbəttə, ciddi ölkələr öz vətəndaşlarınıı xəbərdar etməlidirlər”.
Deputatın sözlərinə görə, ABŞ-ın ardınca bir sıra başqa sivil ölkələrin də bənzər qərarlar qəbul edəcəyini ehtimal etmək olar: “Ancaq, əlbəttə, məsələnin sosial tərəfləri ilə bərabər siyasi tərəfləri də var. Heç vaxt siyasi müvazinəti qoruya bilməyən və ciddi siyasi dairələrdə “küçə siyasətçisi” imicini qazanan Nikol Paşinyan seçkidən dərhal sonra yenə növbəti anlaşılmaz bəyanatlar verməyə başladı. Onlardan biri də NATO-ya üzvlüyün Ermənistan üçün prioritet olmaması ilə bağlı idi. Həm seçkinin saxtalaşdırılması, həm də birdən-birə Qərb əleyhinə belə bir fikrin səsləndirilməsi kimi məsələlər, görünür, ABŞ-ın belə bir xəbərdarlıqetmə qərarını siyasi zərurətə çevirib. Ona görə biz bundan sonra da Ermənistanda daha ciddi qarşudurmaları müşahidə edə biləcəyik - bu, həm daxili, həm də dövlətlərarası müstəvidə mümkün ola bilər”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38

