Dmitri Savelyev: Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
22.01.2019 [10:07]
“Mən şəxsən öz adımdan və Azərbaycan parlamenti ilə qarşılıqlı fəaliyyət göstərən deputat qrupu adından 1990-cı ilin yanvarında baş vermiş müdhiş faciə ilə bağlı başsağlığı vermək istərdim”, - deyə Rusiya-Azərbaycan parlamentlərarası qrupun rəhbəri Dmitri Savelyev Azərbaycanın Moskvadakı səfirliyində “Qara Yanvar” qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdəki çıxışında bildirib.
AZƏRTAC xəbər verir ki, deputat bir həftə əvvəl Bakıya səfəri zamanı Şəhidlər xiyabanını ziyarət etməsindən, həlak olanların başdaşılarında əks olunan simalarına diqqətlə baxmasından danışıb. “Onlar günahsız insanlar - kişilər, qadınlar, uşaqlar idi. Onlar həm azərbaycanlılar, həm ruslar, müxtəlif millətlərin nümayəndələri, Sovet İttifaqının vətəndaşları idilər. Onlar həmin gecə eyni amalla ədalətsizliyə qarşı etiraz etmək üçün çıxmışdılar”, - deyə deputat xatırladıb.
D.Savelyev hələ də bu hadisələrə lazımi siyasi qiymət verilmədiyini qeyd edib: “Əfsuslar olsun ki, bu dəhşətli fakta, SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun əməllərinə lazımi qiymət verilməyib. Mən fikirləşirəm, Sovet İttifaqının o vaxtkı lideri belə cinayətkar əmri necə verə bilərdi? Bu, xalqa qarşı cinayətkarlıqdır. Hazırda isə Nobel mükafatı laureatı Mixail Qorbaçov yaşayır və sağ-salamatdır. Əgər o vaxt dahi Heydər Əliyev Sovet İttifaqının rəhbəri olsaydı, bu, heç vaxt baş verməzdi. Yəqin ki, Sovet İttifaqı qorunub saxlanılardı, başqa bir ölkəyə çevrilə bilərdi”.
Siyasətçi vurğulayıb ki, hazırda bizim iki müstəqil dövlətimizə güclü liderlər rəhbərlik edir. Onlar buna bənzər faciələrə heç vaxt imkan verməzlər. “Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq. Nə qədər ki, biz sizinlə bunu xatırlayırıq, dövlətlərimizin ərazisində bu cür faciələr heç vaxt baş verməyəcək”, - deyə D.Savelyev bildirib.
Xəbər lenti
Hamısına baxMüsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21

