Avropa Parlamentinin ikili standartlarının daha bir nümunəsi
30.01.2019 [10:05]
Yaxud AP və digər beynəlxalq qurumlar Ermənistanda jurnalist və siyasətçinin ölümünü görməzdən gəlirlər
Məlum olduğu kimi Yerevanın Nubaraşrn təcridxanasında saxlanılan Haynews.am sartının rəhbəri və “Erməni qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini Mqer Yeqiazaryan dünyasını dəyişib. Məlumat üçün bildirək ki, M.Yeqiazaryan siyasi fəaliyyətinə görə hakimiyyətin hədəfində olub və qondarma ittihamlarla həbs edilib. O, ötən il dekabrın 5-dən həbsxanada aclıq elan etmişdi.
Ermənistan mətbuatı yazır ki, artıq ölkə daxilində bu hadisəyə görə baş nazir Nikol Paşinyanın istefası tələbi də səsləndirilir. Məlumatlarda o da bildirilir ki, M.Yeqiazaryan siyasi fəaliyyətinə görə hakimiyyətin hədəfində olub və qondarma ittihamlarla həbs edilib. M.Yeqiazaryanın ölümündə indiki hakimiyyətin, xüsusilə baş nazir N.Paşinyanın günahlandırılması da səbəbsiz deyil. Bu hadisənin 10 günə yaxın gizlədilməsi, bununla belə onun aclıq aksiyası keçirdiyi müddət ərzində hakimiyyətin müvafiq qurumları tərəfindən heç bir reaksiyanın verilməməsi və aksiyanı dayandırmaq, ən azından onun ölümünün qarşısını almaq üçün məcburi tədbirlər görülməməsi bu qəbildən olan haqlı narazılıqlardandır.
Həbsxanada aclıq aksiyası elan edən siyasətlə, eyni zamanda, jurnalist fəaliyyəti ilə məşğul olan bu şəxsin ölümünə görə erməni mətbuatı tərəfindən N.Paşinyan ciddi tənqid atəşinə tutulsa da, baş nazir susmağı üstünlük verir. Bunun müqabilində Paşinyan keçirdiyi son toplantıların birində konkret şəkildə olmasa da, üstüörtülü olaraq onun siyasətinə qarşı hər hansı şəkildə etiraz edənlərə və aksiya keçirənlərə, onun əleyhinə yazanlara xəbərdarlıq etməkdən də çəkinməyib. N.Paşinyanın özünü arxayın aparmasına səbəb isə çox güman ki, Avropa Parlamenti (AP) başda olmaqla, Qərbdəki bir sıra beynəlxalq qurumların Ermənistan hakimiyyətinin qanunsuz əməlləri qarşısında səssiz qalmasıdır.
Ermənistanda haqqında məhkəmə qərarı olmayan bir vətəndaşın, habelə siyasət və jurnalist fəaliyyəti ilə məşğul olan bir şəxsin ölümünə göz yumulmasına baxmayaraq, Qərbin, o cümlədən Azərbaycanda baş verən adi məişət hadisəsinə də reaksiya verən bəzi avropalı siyasətçilərin və qurumların susması, təbii ki, təəccüb doğurur. Ən azı ona görə ki, bu yaxınlarda M.Hüseynovun məsələsi ilə bağlı dayanmadan bəyanat verən Qərb siyasətçiləri, beynəlxalq təşkilatların nümayəndələri, beynəlxalq QHT-lər və mətbuat orqanları Ermənistanda baş verənlərin üstündən sükutla keçməyi üstün tuturlar. Bu isə başda AP olmaqla bir sıra beynəlxalq qurumların ikiüzlü siyasətindən xəbər verir.
Məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsnin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib ki, Avropadan Ermənistanda baş verən hadisələrə reaksiya göstərilməməsi, bizim üçün bu prinsipcə, təəccüblü deyil. Çünki biz bunu uzun illərdir müşahidə edirik. Onun sözlərinə görə, bütün Avropa strukturları, beynəlxalq təşkilatlar Ermənistanın keçmiş rəhbərliyinin fəaliyyətinə də göz yumublar: “Amma Azərbaycan daim müxtəlif beynəlxalq təşkilatların hədəfində olub və ölkəmizdə baş verən hər hansı bir siyasi proses həmişə mikroskop altında araşdırılıb”.
Millət vəkili deyib ki, Avropanın və beynəlxalq strukturların Ermənistandakı cinayətlərə laqeydliyi, ilk növbədə, ənənəvi olaraq erməni lobbisinin oynadığı roldan asılı olub: “Bunu bir çox beynəlxalq strukturlarda erməni fitvası ilə fəaliyyətlərini davam etdirən siyasətçilərin təmsil olunması və onların bir çox siyasi proseslərdə açıq-aşkar həqiqətə göz yumması bir daha sübut edir. Əgər Avropa Parlamenti və digər qurumlar həbsdə olan bir jurnalistin ölümü qarşısında səssiz qalırsa, bu hal ilk növbədə onu deməyə əsas verir ki, beynəlxalq qurumlar Ermənistanda baş verən hadisələrə laqeyd yanaşır”.
Bu yaxınlarda M.Hüseynovun məsələsi ilə bağlı bəyanatlarla çıxış edən Qərb siyasətçiləri, beynəlxalq QHT-lər və media orqanlarının Ermənistanda siyasətçinin təcridxanada ölümü qarşısında susmasına gəlincə, S.Fətəliyeva deyib: “Fırıldaqçılıqdan soyğunçuluğa qədər Azərbaycanda hər hansı bir cinayət “siyasi” kimi qələmə verilə bilər. Əgər bu tipli hadisə Azərbaycanda baş versəydi, onda bunun nə dərəcədə rezonansa səbəb olacağını və bir dəqiqə ərzində beynəlxalq qurumların hansı bəyanatlar qəbul edəcəyini təsəvvür etmək çətin olmaz. Bir sözlə, olmayan bir məsələyə görə Azərbaycanı hədəfə götürən AP Ermənistanda baş verənlərə göz yumur”.
Deputat bildirib ki, beynəlxalq qurumlar Azərbaycana qarşı həmişə manipulyasiya və təzyiq yollarını axtarmağa çalışırlar.
“Avropada özünü demokrat, insan hüquqlarının keşikçisi sayan insanların və qurumların əsl mahiyyəti Ermənistanda baş verən hadisələrlə bir daha üzə çıxdı. Onların əsl xisləti ikiüzlülükdür”. Bu fikirləri isə Milli Məclisin deputatı Elman Nəsirov deyib. E.Nəsirov bildirib ki, Yerevanda bir siyasətçinin aclıq aksiyası keçirməsi və ölümü nə Ermənistan hakimiyyətini, nə də beynəlxalq insan hüquqlarından dəm vuran təşkilatları narahat edib: “Mehman Hüseynov məsələsi ilə bağlı Avropa Parlamenti tələsik toplanaraq, anti-Azərbaycan qətnaməsi qəbul etdi. Bu qətnamə Azərbaycanda guya demokratiya və insan haqları sahəsində çox ciddi pozuntuların olması ilə bağlı qərəzli, əsassız ittihamlarla dolu idi. Lakin Ermənistanda artıq jurnalist aclıq aksiyasının nəticəsi olaraq dünyasını dəyişir, aclıq aksiyası onun ölümü ilə yekunlaşır, amma bununla bağlı beynəlxalq təşkilatlardan, insan hüquqlarından dəm vuran qurumlardan səs çıxmır. Azərbaycan əleyhinə Avropa Parlamentində tələsik qətnamə qəbul edənlərdən biri bununla bağlı öz etirazını bildirmir, heç bir dinləmə keçirilmir. Avropa Şurası Parlament Assembleyası susmaqdadır, dünyanın qeyri-hökumət təşkilatları da müəmmalı şəkildə bu hadisəyə münasibət bildirmir. Onda sual yaranır ki, bu selektiv yanaşmanın kökündə nə dayanır? Təbii ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı mövqeyini həmin qurumlara çatdırır”.
Millət vəkilinin sözlərinə görə, ikili standartlar bu gün dünya siyasətinə sırınmaqdadır: “Bu yanaşmanın əsas səbəbi odur ki, müsəlman ölkəsi olan Azərbaycanın bu qədər inkişafını həmin qüvvələrin gözləri götürmür. Azərbaycan öz hədəflərinə çatır və müsəlman dünyasında sabitlik adası kimi tanınır. Ölkəmiz bu gün təhlükəsizlik məkanıdır. Bütün bu uğurların kökündə də Azərbaycanda xalq və hakimiyyətin birliyi dayanır. Bunları gözü götürməyən islamofob, ksenofob, irqçi qüvvələr Azərbaycanda Mehman Hüseynov amilindən siyasi təzyiq vasitəsi kimi istifadə etmək istəyirdi. Onların əsas xisləti, hesab edirəm ki, Ermənistandakı son hadisə ilə bir daha üzə çıxdı”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03

