“Könüllülər Parlamenti”nin plenar iclası keçirilib
22.02.2019 [09:37]
Fevralın 21-də Milli Məclisdə “Könüllülər Parlamenti”nin plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, parlamentin sədri Kamran Əliyev iclası açaraq Milli Məclisin və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə 4 gün davam edən layihə çərçivəsində “Könüllülər Parlamenti”nin komitə iclaslarının keçirildiyini deyib. Bu iclaslarda müxtəlifyönümlü məsələləri əhatə edən bir sıra qanun layihələri hazırlanıb, onların müzakirəsi aparılıb, təkliflər irəli sürülüb.
Plenar iclasda gündəliyə daxil edilmiş qanun layihələrini komitə sədrləri Nicat Şükürlü, Könül Xələfzadə, Namiq Ağayev, Elvin Əhmədzadə, Vüsal İsgəndərov, Könül Sərkərnamazova, Müşfiq Bağırzadə təqdim ediblər.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən “Nağdsız hesablaşmalar haqqında” qanuna bir sıra dəyişikliklər təklif edilib. Müzakirələr zamanı dəyişikliklərə müsbət münasibət bildirilib və qanun layihəsi qəbul olunub.
Gənclər və idman komitəsinin hazırladığı “Xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi haqqında” qanun layihəsi ətrafında geniş fikir mübadiləsi aparılıb və qanun qəbul edilib.
Aqrar siyasət komitəsində hazırlanan “Aqrar islahatın əsasları haqqında” qanuna edilən dəyişikliklər də məqbul sayılıb və qəbul olunub.
Mədəniyyət komitəsinin hazırladığı “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanunda da bir sıra aktual məsələlər öz əksini tapıb. Könüllü deputatlar sənədi təsdiq ediblər.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin hazırladığı “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” qanuna dəyişikliklərin edilməsi barədə, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təqdim etdiyi “Təbii ehtiyatlar və enerji resurslarından istifadəsi haqqında”, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində hazırlanan “Kibertəhlükəsizlik haqqında” qanun layihələrinin isə daha da təkmilləşdirilməsi tövsiyə olunub.
“Könüllülər Parlamenti”nin sədri iclasa yekun vuraraq gənclərin təşəbbüsü ilə həyata keçirilən bu layihənin əhəmiyyəti barədə danışıb, tədbirin müvəffəqiyyətlə başa çatması münasibətilə iştirakçıları təbrik edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

