/ / Kiyevdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin nümayəndələri ilə Ukrayna Milli Qvardiyasının rəhbər heyəti arasında görüş keçirilib
Kiyevdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin nümayəndələri ilə Ukrayna Milli Qvardiyasının rəhbər heyəti arasında görüş keçirilib
09.04.2019 [09:46]
Azərbaycanın Ukraynadakı səfirliyində Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) nümayəndələri ilə Ukrayna Milli Qvardiyasının rəhbər heyəti arasında səfirliyin mühafizəsi mövzusunda işgüzar görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Ukraynada, xüsusən paytaxt Kiyevdəki ictimai-siyasi vəziyyət, kriminogen durum, eləcə də əməliyyat şəraitinə təsir edə biləcək digər məqamlar müzakirə olunub, iki qurum arasındakı əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.
Azərbaycan ilə Ukrayna arasında təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın mövcud olduğunu deyən səfir Azər Xudiyev bildirib ki, ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri getdikcə güclənməkdədir. İstər ikitərəfli münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlarda Azərbaycan və Ukrayna bütün sahələrdə bir-birini dəstəkləməkdədir.
XDMX-nin idarə rəisi, polkovnik Ceyhun Qəmərli qeyd edib ki, Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi 2014-cü ilin iyulundan etibarən Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin əməkdaşları tərəfindən mühafizə olunur. Elə həmin tarixdən Ukrayna Milli Qvardiyası ilə əlaqələr və işgüzar münasibətlər yüksək səviyyədədir. Təhlükəsizlik məsələlərində də qarşılıqlı əlaqələr uğurla inkişaf edir.
Ukrayna Milli Qvardiyası qərargahının rəisi vəzifəsini icra edən general-mayor Aleksandr Oleşenko, müavini general-mayor İqor Timoşenko çıxışlarında birgə fəaliyyətin səmərəliliyindən, əməkdaşlığın inkişaf perspektivlərindən danışıblar.
Görüşdə Ukrayna Milli Qvardiyasının 5 illik yubileyi münasibətilə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundovun Ukrayna Milli Qvardiyasının komandanına ünvanladığı təbrik məktubu oxunub. Eyni zamanda qeyd olunub ki, XDMX rəisinin müvafiq əmri ilə iki qurum arasındakı əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Ukrayna Milli Qvardiyasının komandanı, general-polkovnik Y.V.Allerov “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.
General-mayor A.Oleşenko bildirib ki, Ukrayna Milli Qvardiyası komandanının əmri ilə hərbi əməkdaşlığın inkişaf etdirilməsindəki xidmətlərinə görə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik V.Ə.Axundov “Ukrayna Milli Qvardiyasının Ordeni” ilə təltif olunub. Eyni zamanda, XDMX Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin bir neçə hərbi qulluqçusu Milli Qvardiyanın “Əməkdaşlıq sahəsində” döş nişanı ilə təltif edilib.
Görüşdə Azərbaycanın Ukraynadakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri, polkovnik İlqar Ağayev və səfirlik kompleksinin mühafizə rəhbəri, mayor Ceyhun Yaqubov da iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

