/ / Fransa hökumətinin məsləhətçisi: Azərbaycanda dini icmalar arasındakı qardaşlıq münasibətləri böyük dəyərdir
Fransa hökumətinin məsləhətçisi: Azərbaycanda dini icmalar arasındakı qardaşlıq münasibətləri böyük dəyərdir
25.04.2019 [09:57]
Aprelin 24-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Fransa hökumətinin Azərbaycanda səfərdə olan dini işlər üzrə məsləhətçisi Jan-Kristof Paskal ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, A.Paşazadə bu yaxınlarda Parisin Notr-Dam kilsəsində baş vermiş yanğından təəssüf hissi keçirdiyini, bu məşhur və möhtəşəm tarixi abidənin tezliklə bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacağına ümidvar olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan dindarları bu işə maddi və mənəvi dəstək verməyə hazırdırlar.
QMİ sədri Azərbaycan dövlətinin beynəlxalq müstəvidə dinlərarası və sivilizasiyalararası əməkdaşlıq prosesinə verdiyi əməli töhfələrdən bəhs edib. Multikulturalizmin ölkəmizdə dövlət siyasəti olduğunu bildirən Şeyxülislam Allahşükür Paşazadə dövlətimizin başçısının bu istiqamətdə ardıcıl siyasi iradə nümayiş etdirdiyini, qlobal əhəmiyyətli multikulturalizm və həmrəylik ideyalarını irəli sürdüyünü xüsusi qeyd edib. A.Paşazadə 2017-ci ilin sonunda QMİ-nin nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin də bu mərama xidmət etdiyini vurğulayıb.
Azərbaycanın multikultural dövlət modelinin beynəlxalq aləmdə tanıdılmasına xidmət edən və dünyanın bir çox dövlətlərində keçirilmiş beynəlxalq konfranslar barədə məlumat verən QMİ sədri bu xüsusda iyun ayında Avstriyanın paytaxtı Vyanada keçiriləcək, Fransa təmsilçilərinin də qatılacağı növbəti beynəlxalq forumdan bəhs edib.
A.Paşazadə bildirib ki, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadiləsinin aparılması üçün ənənəvi məkana çevrilən Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyalar arasında əməkdaşlığın genişlənməsinə, eləcə də qarşılıqlı etimad mühitinin formalaşdırılması işinə böyük töhfələr verməkdədir. Azərbaycan Prezidentinin Sərəncamı ilə bu il noyabrın 14-15-də “Dünya dini liderlərinin II Bakı sammiti” keçiriləcək. Şeyxülislam 2010-cu ildə dünya dini liderlərinin Bakıda keçirilmiş ilk sammitinin davamı olacaq bu tədbirin qloballaşan dünyanın müasir çağırışlarının, aktual problemlərinin həllinə Azərbaycan dövlətinin daha bir dəyərli töhfəsi olacağına ümidvar olduğunu bildirib.
Bakıya ilk dəfə 1998-ci ildə səfər etdiyini xatırladan fransalı qonaq ötən müddət ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini bildirib. Azərbaycandakı dini icmalar arasında müşahidə etdiyi səmimi qardaşlıq münasibətlərinin böyük dəyər olduğunu bildirib.
Görüşdə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez də iştirak edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

