/ / Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə gənc rəssamların sərgisi təşkil olunub
Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə gənc rəssamların sərgisi təşkil olunub
08.05.2019 [09:44]
Əli Əhmədov: Ulu Öndər Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsinə göstərdiyi böyük diqqət və qayğı nəticəsində ölkəmizdə çox istedadlı yaradıcı insanlar formalaşıb
Mayın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə gənc rəssamların sərgisi təşkil olunub.
Sərginin açılışı mərasimində çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov gənc rəssamların sərgisinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmasının əhəmiyyətli olduğunu bildirib. Əli Əhmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda bütün sahələrin inkişafına diqqət göstərib: “Ümummilli Lider Heydər Əliyev hələ sovet dövründə də bütün sahələrdə olduğu kimi, mədəniyyət və incənət sahəsinin inkişafına xüsusi diqqət göstərib, yaradıcı insanlara qayğı ilə yanaşıb. Bu dövrdə Heydər Əliyevin yaradıcı insanlara, mədəniyyət sahəsinə göstərdiyi böyük dəstək və qayğı heç zaman unudulmur. Həmin dövrdə atılan addımlar mədəniyyət sahəsinin gələcək inkişafı üçün etibarlı zəmin yaratdı. Sovet dövründə formalaşmış mədəniyyət adamları Ulu Öndərimizin bu sahəyə olan diqqətini yaxşı xatırlayırlar. O dövrdə yaradıcı insanların keçmiş SSRİ-nin ən yüksək ali dövlət mükafatlarına layiq görülməsi xalqımız tərəfindən məmnunluqla qarşılanırdı. Yazıçı, rəssam, şair, musiqiçilərimiz keçmiş SSRİ-nin ən ali dövlət mükafatı olan Sosialist Əməyi Qəhrəmanı ordeni ilə təltif olunurdular. Bu təltiflərin sayına görə Azərbaycan digər ittifaq respublikalarından öndə idi. Bu da Heydər Əliyevin sayəsində mümkün olurdu. Burada diqqət çəkən məqam odur ki, insanların əməyinə yüksək qiymət verilirdi. Onlar da xalqa xidmət edirdilər, bu diqqət onlara gələcək işlərində stimul verirdi”.
Əli Əhmədov qeyd edib ki, müstəqillik illərində də Ulu Öndər Heydər Əliyev mədəniyyət və incəsənət sahəsinə daim önəm verirdi, yaradıcı insanlarla tez-tez görüşürdü: “Ulu Öndər Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsinə göstərdiyi böyük diqqət və qayğı nəticəsində ölkəmizdə çox istedadlı yaradıcı insanlar formalaşıb. Onların əsərləri dünya miqyasında tanınır. Bu fakt bilavasitə ölkəmizin təbliğatında da mühüm rol oynayır. Belə insanlardan biri də məşhur rəssam Sakit Məmmədovdur. Bu sərgidə onun yetişdirdiyi gənc rəssamların əsərləri təqdim olunur”.
Sərginin YAP-da keçirilməsinin əhəmiyyətindən danışan Əli Əhmədov deyib ki, bu fakt gənc rəssamların və onların əsərlərinin daha geniş şəkildə tanınmasına xidmət edəcək. Eləcə də YAP gənc incəsənət adamlarının yaradıcılıq işlərinin bundan sonra da təbliğ olunması üçün dəstək verməyə hazırdır. “Yeni Azərbaycan Partiyasının inzibati binasında bu sərginin keçirilməsi də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə böyük ehtiramın ifadəsidir. Digər tərəfdən, bu tədbir, YAP-la gənc rəssamların, mədəniyyət və incəsənət adamlarının əməkdaşlığı kimi nəzərdən keçirilə bilər. Biz Ulu Öndərin tövsiyələrini rəhbər tutaraq mədəniyyət və incənətə dəstək göstərməyə çalışırıq. Bu sərgi də gənc rəssamların tanıdılması və təbliğ olunması baxımından əhəmiyyətlidir. Sərgidə əsərləri təqdim olunan gənc rəssamların böyük gələcəyi var. Bu sərgi onların daha da tanınmasına dəstək verəcək. İnanıram ki, gələcəkdə böyük, məşhur rəssamların arasında onların da adı olacaq”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
YAP Sədrinin müavini gənc rəssamlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

