Nazirlər Kabinetinin növbəti iclası keçirilib
09.05.2019 [10:17]
Mayın 8-də Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan Baş Nazir Novruz Məmmədov Azərbaycan musiqisinin beşiyi, ölkəmizin əsrarəngiz gözəlliyə malik guşələrindən biri hesab edilən Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğalından 27 il ötdüyünü bildirib. “İşğal nəticəsində Azərbaycanın füsunkar təbiətə malik bu şəhərindəki zəngin tarixi-mədəni abidələr, muzeylər dağıdılıb. Nüfuzlu beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətini pisləyən qərar və qətnamələrinə, dünyanın aparıcı dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə baxmayaraq, işğal hələ də davam edir. Dövlətimizin başçısı İlham Əliyevin də hər zaman qeyd etdiyi kimi, Azərbaycan heç vaxt indiki vəziyyətlə barışmayacaq və ərazi bütövlüyünü bərpa edəcək”, - deyə Baş Nazir vurğulayıb.
Xalqımızın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü qeyd etdiyini bildirən Novruz Məmmədov deyib ki, Ümummilli Liderimizin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində daim yaşayır və yaşayacaq. Baş Nazir deyib: “Bu gün müstəqillik yolunda uğurla addımlayan və gündən-günə inkişaf edən Azərbaycanın qazandığı böyük nailiyyətlər məhz ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir. Hər birimiz bugünkü firavan həyatımıza, xoş gələcəyimizə görə əbədiyaşar liderimizə borcluyuq”.
Sonra Novruz Məmmədov iclasın gündəliyi barədə məlumat verib.
Bildirilib ki, iclasın gündəliyinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icra vəziyyəti və yeni layihənin müzakirəsi, həmçinin “Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbul planlarının tərtibi təcrübəsi və 2019-2020-ci tədris ili üçün tələbə qəbulu planının tərtib edilməsi” haqqında məsələlər daxil edilib.
Baş Nazir deyib ki, 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işinin əlaqələndirilməsi məqsədilə komissiya yaradılıb. Prezident İlham Əliyev də ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni mühüm vəzifə kimi müəyyənləşdirib. Dövlətimizin başçısı bununla bağlı qarşıya ciddi vəzifələr qoyub. Bu sahədə mühüm uğurların əldə olunduğunu vurğulayan Novruz Məmmədov qeyd edib ki, qazanılan nailiyyətlərdə müvafiq Dövlət proqramlarının mühüm rolu olub.
Azərbaycan dövlətinin təhsilin inkişafına xüsusi diqqət ayırdığını deyən Baş Nazir qeyd edib ki, son 15 ildə dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin 8 dəfə artırılması, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsi Prezident İlham Əliyevin təhsilə göstərdiyi böyük qayğının təcəssümüdür. Əsas məqsəd ölkəmizdə keyfiyyətli təhsil sisteminin qurulması, yüksəkixtisaslı, zəngin dünyagörüşlü kadrların yetişdirilməsindən ibarətdir.
Sonra daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun, təhsil naziri Ceyhun Bayramovun gündəlikdəki məsələlərlə bağlı məruzələri dinlənilib.
İclasda mövzularla bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52

