/ / Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə Romada elmi tədbirlər təşkil olunub
Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə Romada elmi tədbirlər təşkil olunub
30.05.2019 [10:05]
Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev tədbirlərdə çıxış edib
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyaya səfəri çərçivəsində Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibətilə Romada təşkil olunmuş elmi-akademik tədbirlərdə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Hikmət Hacıyev tədbirlərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salaraq həmin dövrdə atılmış mühüm addımlardan, ölkəmizin dövlət müstəqilliyini bərpa etdikdən sonra keçdiyi tarixi yol və inkişaf strategiyasından bəhs edib.
İtaliyanın beynəlxalq münasibətlər sahəsi üzrə ixtisaslaşmış aparıcı beyin mərkəzlərindən olan İtaliya Beynəlxalq Təşkilat Cəmiyyətində (SIOI - Societa Italiana per l’Organizzazione Internazionale) “Azərbaycanın xarici siyasəti: imkanlar və çağırışlar” adlı konfransında İtaliyanın sabiq xarici işlər naziri və SİOİ-nin prezidenti Franko Frattini Azərbaycanın regionda sülh və sabitliyin qorunub saxlanılmasına verdiyi töhfələrdən, əldə etdiyi nailiyyətlərdən bəhs edib, ölkəmizin multikulturalizm nümunəsi kimi artan rolundan danışıb.
Azərbaycan ilə İtaliya arasında yüksək səviyyəli siyasi dialoq, strateji tərəfdaşlıqdan söz açan F.Frattini mövcud siyasi, iqtisadi, mədəni və digər sahələrdə çoxşaxəli əlaqələrə toxunub.
Tədbirdə çıxış edən Hikmət Hacıyev Azərbaycanın xarici siyasət istiqamətləri və prioritetləri, əldə olunmuş nailiyyətlər, ölkəmizin iştirakı ilə həyata keçirilən beynəlxalq və regional enerji və nəqliyyat layihələri və təşəbbüslərdən söz açaraq ölkəmizin regional səviyyədə siyasi dialoqa, iqtisadi inkişafa, əməkdaşlığa, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışıb.
Çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan H.Hacıyev ölkəmizin prinsipial mövqeyini iştirakçıların diqqətinə çatdırıb.
Konfrans sual-cavabla davam etdirilib.
H.Hacıyev habelə, İtaliyanın aparıcı universitetlərindən olan Roma Sapienza Universitetində Azərbaycanşünaslıq fəaliyyətinin rəhbəri, professor Daniel Pommierin müəllifi olduğu “Azərbaycanın beynəlxalq tarixi (1919-1920)” adlı kitabın təqdimat mərasimində də çıxış edərək Azərbaycan diplomatiyasının keçdiyi tarixi yol, ölkəmizin xarici siyasətinin prioritetləri barədə məlumat verib.
Kitab Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və Roma Sapienza Universitetinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə çap olunub. Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin 1919-1920-ci illəri əhatə edən xarici siyasəti, həmin dövr ərzində Azərbaycan nümayəndə heyətinin Paris Beynəlxalq Sülh Konfransında iştirakı və həmin illərdə Azərbaycan-İtaliya münasibətlərindən bəhs olunur.
Tədbirdə, eləcə də Roma Sapienza Fondunun sədri Antonello Biagini, universitetin professorları Giovanna Motta, Fabio Grassi və kitabın müəllifi Daniel Pommier Vincelli də çıxış ediblər.
Xəbər lenti
Hamısına baxHadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04

