/ / Amina Mohammed: Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində Azərbaycanın atdığı addımlar təqdirəlayiqdir
Amina Mohammed: Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində Azərbaycanın atdığı addımlar təqdirəlayiqdir
17.07.2019 [09:37]
ABŞ-ın Nyu-York şəhərində səfərdə olan Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov BMT Baş katibinin birinci müavini xanım Amina Mohammedlə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Baş Nazirin müavini qlobal problemlərin həllində iştiraka töhfə verməyə yüksək səy göstərən, habelə beynəlxalq tərəfdaşlığa əhəmiyyət verən ölkə olaraq Azərbaycanın qarşıdakı illərdə də bu cür əməkdaşlıq əlaqələrinin yaradılmasını və möhkəmləndirilməsini əsas prioritet kimi müəyyənləşdirdiyini bildirib. 1992-ci ildə BMT-yə üzv olduqdan sonra təşkilatın müxtəlif qurumları ilə səmərəli əməkdaşlığın davam etdiyini, bu əməkdaşlıq çərçivəsində bir sıra mühüm sənədlərin imzalandığını diqqətə çatdıran Baş Nazirin müavini ölkəmizin 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyə qoşulması ilə BMT ilə əməkdaşlıqda yeni səhifə açıldığını vurğulayıb. O, Azərbaycan Respublikasının Minilliyin İnkişaf Məqsədlərinə nail olunmasında qazandığı təcrübəyə istinad edərək Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında da ön sıralarda olmağı planlaşdırdığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda Gündəliyə bir qlobal inkişaf proqramı kimi geniş maraq var və bütün tərəfdaşlar DİM-lərin ölkə üçün uyğunluğunu qəbul edirlər. Bütün dövlət qurumları DİM-lərin öz fəaliyyət istiqamətlərinə inteqrasiya olunmasına dəstək göstərməyə hazırdır. Bu baxımdan hökumət milli prioritetlərə uyğunlaşdırılmış DİM-lərə nail olunması üzrə əlaqələndirici qismində çıxış etməklə, bütün maraqlı tərəfdaşların Gündəliyin səmərəli icrasına yönəldilmiş təşəbbüslərinə əhatəli dəstəyi təmin edəcək. Eyni zamanda, yeni Azərbaycan 2030 strategiyasının hazırlanması və DİM-lərin bu strategiyaya inteqrasiyası nəzərdə tutulub.
Görüşdə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu və 1 milyondan çox soydaşımızın yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyü, bütün bunların ölkədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında çətinliklər yaratdığı diqqətə çatdırılıb. BMT-nin Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilmədiyi vurğulanıb.
Xanım Amina Mohammed Azərbaycanda DİM-lərdən irəli gələn öhdəliklərlə bağlı vəzifələrin kompleks əlaqələndirilməsi və icrası üçün yüksək səviyyəli Milli Əlaqələndirmə qurumunun yaradılmasını, qısa müddət ərzində DİM-lərə inteqrasiya istiqamətində görülən işləri, habelə regionda və MDB məkanında ilk ölkə olaraq Azərbaycan tərəfindən ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda ikinci Könüllü Milli Hesabatın təqdim olunmasını yüksək qiymətləndirib. O, DİM-lərin ümumilikdə icrası istiqamətində ölkə tərəfindən atılan addımların təqdirəlayiq olduğunu söyləyib. Dayanıqlı inkişafa nail olunmasında sülh və sülhpərvər institutların yaradılmasının əhəmiyyətini vurğulayan Baş katibin müavini Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi üçün BMT-nin hər zaman Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib.
Baş Nazirin müavini Əli Əhmədov 2020-ci ildə keçirilməsi planlaşdırılan Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda iştirak etmək üçün Baş katibin müavinini Bakıya səfərə dəvət edib. Dəvət xanım Amina Mohammed tərəfindən müsbət qarşılanaraq təsdiq edilib.
Xəbər lenti
Hamısına baxGündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58

