/ / Bakıda “Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür” adlı konfrans keçirilib
Bakıda “Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür” adlı konfrans keçirilib
23.08.2019 [09:36]
Avqustun 22-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi münasibətilə “Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Komitənin sədri Mübariz Qurbanlı Şeyxülislam Allahşükür Paşazadənin həyat və fəaliyyətindən danışıb.
Sonra “REAL” televiziyasının hazırladığı sənədli film nümayiş olunub.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Allahşükür Paşazadəni nüfuzlu ictimai xadim kimi səciyyələndirib. Əli Həsənov deyib ki, A.Paşazadə Azərbaycanın mənəvi həyatında özünəməxsus nümunələr yaradıb. Azərbaycan müstəqillik əldə etməzdən əvvəl şeyxülislamlıq müəyyən çərçivəyə alınmışdı. Dövlət müstəqilliyinin bərpasından sonra isə şeyxülislamlıq tamamilə yeni müstəviyə qədəm qoydu. Bu, ilk növbədə, Allahşükür Paşazadənin adı ilə bağlıdır. Azərbaycan müstəqilliyinin ilk illərindən böyük dövlətlərin marağında idi. A.Paşazadə həmin illərdə məsuliyyəti öz üzərinə götürdü və mənəvi birliyin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı. O, Azərbaycanda milli-mənəvi birlik modelini yaradıb. Onun bu istiqamətdəki xidmətləri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən xüsusi qiymətləndirilib.
QMİ sədrinin ölkəmizdəki dini konfessiyalar arasında münasibətlərin yüksək səviyyədə qorunub saxlanılmasında da birbaşa rol oynadığını bildirən Prezidentin köməkçisi qeyd edib ki, sadə insanlar bu nümunəni görüb digər dinlərin nümayəndələrinə hörmət və ehtiramla yanaşırlar. İslam dini müdrik dindir. Onu xurafatdan uzaqlaşdırıb düzgün təqdim edilməsi də Şeyxülislam Allahşükür Paşazadənin xidmətidir. O, çətin zamanda xalqın qarşısına çıxaraq prinsipial mövqe ortaya qoyub. Bu gün bütün dünyada böyük hörmətə malik olan A.Paşazadə Azərbaycandakı tolerant mühiti beynəlxalq aləmdə tanıdır. Şeyxülislam, eyni zamanda, sülh missiyası həyata keçirən diplomatdır və İslam dövlətləri arasında münasibətlərin möhkəmləndirilməsində də böyük rol oynayıb, müsəlman ölkələrinə təcavüzlərə qarşı daim etirazını bildirib. A.Paşazadə Şeyxülislam olaraq öz missiyasını layiqincə yerinə yetirib və yetirir. 1993-cü ildə o, bütün insanları Ulu Öndərin ətrafında birləşməyə çağırdı. Bu da onun vətəndaşlıq mövqeyinin göstəricisidir. Azərbaycan dövləti onun fəaliyyətini layiqincə qiymətləndirib. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev çıxışlarında A.Paşazadənin xidmətlərini dəfələrlə qeyd ediblər.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bu tədbirin çox əlamətdar olduğunu bildirərək qeyd edib ki, Allahşükür Paşazadənin 40 illik şeyxülislamlıq fəaliyyəti dövründə xalqımız, dövlətimiz qarşısında böyük xidmətləri var. O, əsl ağsaqqaldır. A.Paşazadə sübut edib ki, ağsaqqallıq yaşla bağlı deyil, o, hələ 30 yaşında olarkən Şeyx seçilmişdi. Həmin vaxt Naxçıvanda məscidlər tikildi. O, hər zaman Ulu Öndərin yanında idi. Ulu Öndərimizin müstəqil Azərbaycana rəhbərliyə başlamasından sonra ölkəmizdə hər sahədə tərəqqi başladı. Şeyxülislam A.Paşazadə bu işə daim öz dəstəyini göstərib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar A.Paşazadənin Azərbaycan tarixində ən gənc Şeyxülislam olduğunu vurğulayıb. Qeyd edib ki, o, hələ gənc yaşlarında milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına töhfələr verib. Bu gün isə Azərbaycanın tolerantlıq modelinin dünyaya tanıdılmasında əvəzsiz rol oynayır.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov A.Paşazadənin təkcə ictimai xadim deyil, eyni zamanda, siyasi xadim və diplomat olduğunu bildirərək deyib: “Xalqımızın çətin günlərində Azərbaycanda iki nəfər xalqın qarşısına çıxdı, Qorbaçovu ittiham etdi - Ulu Öndər Heydər Əliyev və Şeyxülislam Allahşükür Paşazadə. Ölkəmizdə dini münasibətləri çox düzgün tənzimləyən Şeyxülislam A.Paşazadə dünyada böyük hörmətə malikdir. Bütün cərəyanların nümayəndələri vəhdət namazlarında iştirak edirlər. Bu isə ölkəmizdəki müxtəlif dini cərəyanlara mənsub insanların vahid mərkəzdə birləşdiyini göstərir. Bu gün Azərbaycan beynəlxalq dini tədbirlərin keçirildiyi mərkəzə çevrilib”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxışında bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi multikulturalizm siyasətinin əsasını dinlərarası münasibətlərin qarşılıqlı hörmət əsasında qurulması təşkil edir. Bu siyasətin reallaşmasına QMİ sədri də öz töhfəsini verir. A.Paşazadənin həyat və fəaliyyətindən söhbət açan E.Nəcəfov qeyd edib ki, o, nəinki Azərbaycanda və Qafqazda, eyni zamanda, bütün dünyada böyük nüfuz sahibidir. Ulu Öndər onun xidmətlərindən danışarkən demişdi: Əgər Allahşükür Paşazadə bütün Qafqazın Şeyxidirsə, biz bununla fəxr etməliyik.
Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Azərbaycanda vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində Allahşükür Paşazadənin şəxsiyyəti çox böyük rol oynayıb. O, bütün dinlərə mənsub insanlara eyni məhəbbətlə yanaşır. Bu səmimiyyəti onu bütün dünyada sevdirir. “Bu gün Azərbaycan böyük dini tədbirlərə ev sahibliyi edir. Bunu qısqananlar da var. Lakin bu, bizim həyat tərzimizdir”, - deyə Z.Əsgərov vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Useymin Şeyxülislam Allahşükür Paşazadəni təkcə Azərbaycan üçün deyil, bütün İslam dünyası üçün əvəzolunmaz, dahi şəxsiyyət kimi dəyərləndirib. Qeyd edib ki, A.Paşazadə dahiliyin səsidir, İslam dünyasının ona böyük ehtiyacı var.
Şeyxülislam Allahşükür Paşazadənin xalqımızın etibarını, inamını qazanmış dini lider olduğunu deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, o, bütün Qafqazda dini həmrəyliyin bərqərar olunmasında əvəzsiz rola malikdir. Hər il keçirilən İftar mərasimlərində bütün dinlərə mənsub insanların birgə iştirakı ölkəmizdəki tolerant mühitdən xəbər verir. Ölkəmizdə sülhün, əmin-amanlığın qorunub saxlanılmasında QMİ sədrinin böyük xidmətləri var.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Şeyxülislam Allahşükür Paşazadə ilə bağlı xatirələrini bölüşüb.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev və Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev çıxışlarında ölkəmizdə dinə münasibətdən, multikultural və tolerant mühitdən məmnunluqlarını ifadə ediblər. Bildirilib ki, dini tolerantlığın qorunub saxlanılması daim dövlətin diqqət mərkəzindədir və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir. Bütün dinlərə mənsub insanlar bu ölkədə rahat, sərbəst şəkildə yaşayırlar. Ulu Öndər Heydər Əliyev deyirdi ki, tolerantlıq xalqın yüksək mədəniyyətinin təzahürüdür. Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasət hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir və zənginləşdirilir. Buna görə də Azərbaycandakı bütün xalqlar özlərini sərbəst, rahat hiss edir, dini inanclarına görə mənfi münasibətlərə məruz qalmırlar.
Sonra Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bütün xoş sözlərə görə təşəkkürünü bildirib. O, Azərbaycanda İslam dininin sovet dövründəki çətin vəziyyətindən danışaraq bildirib ki, xalqımız gizli də olsa, öz imanını yaşadıb. Ulu Öndər Heydər Əliyev hələ o dövrdə İslamın inkişafı üçün işlər görür, bu sahədə mütəxəssislərin yetişdirilməsi istiqamətində fəaliyyət göstərirdi.
“Ulu Öndər çox imanlı şəxsiyyət idi. Bu gün Azərbaycanın tolerant ölkə kimi tanınmasının əsasını Ümummilli Lider qoyub. Hazırda isə bu işi Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün İslamın təbliği və tanıdılması üçün hər cür şərait var. Dövlətimiz bu işə xüsusi dəstək göstərir”, - deyə Allahşükür Paşazadə qeyd edib.
Tədbir ziyafətlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

