Azərbaycan-Pakistan parlamentlərarası əlaqələri müzakirə olunub
07.09.2019 [09:56]
Sentyabrın 6-da Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Xeybər Paxtunxva Əyalət Assambleyasının Sədri Müştaq Əhməd Qaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov Azərbaycan ilə Pakistanın dost və qardaş ölkələr olduğunu deyib. Bildirib ki, müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, keçirilən görüşlər və aparılan danışıqlar ölkələrimiz arasında mövcud olan əlaqələrin daha da möhkəmlənməsinə təkan verir. Sədrin birinci müavini onu da qeyd edib ki, Pakistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı dəstəkləyir.
Söhbət zamanı Ziyafət Əsgərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. Diqqətə çatdırıb ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasında müvafiq qətnamələr qəbul olunub. Lakin bu qətnamələrə bu günə qədər əməl olunmur. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı da dəfələrlə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətini pisləyib, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə edib.
Xeybər Paxtunxva Əyalət Assambleyasının sədri Müştaq Əhməd Qani deyib ki, Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. O, ölkəmizin müstəqilliyi dövründə inkişaf edən əlaqələrimizdən, Heydər Əliyev Fondunun Pakistandakı xeyriyyəçilik tədbirlərindən məmnunluqla söz açıb. Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanın inkişafında yüksək nəticələr əldə olunduğunu vurğulayıb, iki ölkə arasında əlaqələri genişləndirməyin yaxşı perspektivləri olduğunu diqqətə çatdırıb.
Pakistanda mövcud olan Kəşmir, Azərbaycanda isə Dağlıq Qarabağ münaqişələrindən danışan qonaq bu problemlərin həllində Pakistan və Azərbaycanın həmişə bir-birinə dəstək verməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Ermənistanı bir dövlət kimi tanımır. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ədalətli həllini tapmayana qədər rəsmi İslamabad Ermənistanla heç bir münasibət qurmayacaq.
Xeybər Paxtunxva Əyalətinin İnformasiya naziri Şövkət Əli Yusafzai deyib ki, Azərbaycana gələn nümayəndə heyətinin tərkibində ticarət və biznes təmsilçiləri də var. İnvestorlarımız Azərbaycana sərmayə yatırmaq istəyirlər. Neft-qaz hasilatını genişləndirmək niyyətində olan Pakistan bu sahədə lider dövlət olan Azərbaycanın yardımına ehtiyac duyur. Enerji sahəsində əməkdaşlıq qarşılıqlı faydalı olar.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, 1995-2005-ci illərdə Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik etmiş olan Eldar İbrahimov həmin 10 il ərzində görülən işlərdən, ikitərəfli rəsmi səfərlərdən, əməkdaşlığın inkişafı baxımından nail olunan nəticələrdən danışıb.
Görüşdə parlamentlərarası əlaqələrin inkişafı və tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57

