/ / Klayv Marşal: Azərbaycanda bir çox sahələrdə, o cümlədən media sahəsində inkişaf proseslərinin şahidi oldum
Klayv Marşal: Azərbaycanda bir çox sahələrdə, o cümlədən media sahəsində inkişaf proseslərinin şahidi oldum
08.10.2019 [09:38]
İngilisdilli jurnalistlərin yazı müsabiqəsinin qalibinin müəyyənləşdirilməsi ilə əlaqədar Bakıda keçirilən tədbirdə iştirak etmək üçün Azərbaycana səfərə gələn Böyük Britaniyanın “Press Association” agentliyinin baş icraçı direktoru Klayv Marşal növbəti dəfə ölkəmizdə olmasından məmnunluğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Klayv Marşal səfəri zamanı ölkəmizdə bir çox sahələrdə, o cümlədən media sahəsində inkişafın şahidi olduğunu qeyd edib.
Ötən illər ərzində Azərbaycana bir neçə dəfə səfər etdiyini xatırladan baş icraçı direktor ölkəmizin regionlarını da ziyarət etdiyini vurğulayıb. O, Azərbaycan xalqının qonaqpərvərliyi, həmçinin Xınalıqda gördüyü möhtəşəm təbiət mənzərələri barədə təəssüratlarını bölüşüb.
Klayv Marşal səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşündən məmnunluqla bəhs edib. O, görüş zamanı Azərbaycanda medianın inkişaf perspektivlərinə dair dolğun və səmimi fikir mübadiləsinin aparıldığını vurğulayıb.
Baş icraçı direktor ölkəmizə əvvəlki səfərlərindən danışarkən 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda keçirilən, dünyanın informasiya siyasətini müəyyənləşdirən 100-dən çox xəbər agentliyinin rəhbərlərini və təmsilçilərini, media üzrə tanınmış beynəlxalq ekspertləri bir araya gətirən Dünya Xəbər Agentlikləri Konqresində iştirakını xüsusilə qeyd edib.
Budəfəki səfəri çərçivəsində ADA Universitetində tələbələr qarşısında mühazirə ilə çıxış etdiyini də diqqətə çatdıran Klayv Marşal müasir dövrdə KİV-in, xüsusən informasiya agentliklərinin önəmli rolu, xəbərin dəqiqliyi və operativ yayılmasının əhəmiyyəti barədə fikirlərini bölüşdüyünü bildirib.
Xatırladaq ki, ingilisdilli jurnalistlərin yazı müsabiqəsi Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin və “Press Association” agentliyinin təşkilatçılığı ilə keçirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50

