/ / Məşhur jurnalist Arkadi Mamontov: Bizim Prezident Vladimir Putinin İlham Əliyevlə dostluq etməsi təsadüf deyil
Məşhur jurnalist Arkadi Mamontov: Bizim Prezident Vladimir Putinin İlham Əliyevlə dostluq etməsi təsadüf deyil
08.10.2019 [09:38]
Rusiya və Azərbaycan arasında informasiya əməkdaşlığının səviyyəsi: postsovet məkanında bugünkü reallıqları nəzərə alsaq, Rusiya və Azərbaycan cəmiyyətlərinin ehtiyaclarına nə dərəcədə uyğundur?
Media.az saytı Rusiya Televiziya Akademiyasının üzvü, Rusiyanın ən məşhur jurnalistlərindən biri, televiziya aparıcısı, çoxsaylı sənədli filmlərin müəllifi Arkadi Mamontovdan bu mövzuda müsahibə alıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.
- Mən hesab edirəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında informasiya mübadiləsi son dərəcə vacibdir, amma o ürəkaçan deyil.
- Bundan ötrü nə çatışmır?
- Əlbəttə biz, Rusiyada, müasir Bakının indi necə yaşadığını daha yaxşı bilmək istərdik. Şəxsən mənim üçün indi Azərbaycan kinematoqrafının necə inkişaf etdiyini, indi Azərbaycan haqqında nələr danışdıqlarını (Rusiyada - redaksiya) bilmək maraqlı olardı. Hər şeydən əvvəl, deməliyəm ki, sizin dəyərli Prezidentiniz İlham Əliyev çox güclü şəxsiyyət, böyük siyasətçidir. Təsadüfi deyil ki, bizim Prezidentimiz Vladimir Putin İlham Əliyevlə dostluq edir, Onunla bərabərhüquqlu ünsiyyət saxlayır. Onlar, necə deyərlər, eyni dalğadadırlar. Daha bir məqam: yayda Bakıda keçirilən “JARA” festivalı hamıya məlumdur. Sizin dadlı meyvələr, tərəvəzlər də öz yerində.
Mənim üçün, məsələn, Bakı haqqında Azərbaycan sənədli kino istehsalçıları tərəfindən çəkilmiş sənədli filmi görmək maraqlı olardı. Müstəqillik illəri ərzində bu şəhərdə nələr baş verib, o, necə dəyişib? Deyirlər ki, Bakı Şərqin əsl mirvarisinə çevrilib.
Bizim həmyerlilərimizin necə yaşadıqlarını bilmək maraqlı olardı. Yeri gəlmişkən, mən bilirəm ki, azərbaycanlıların əksəriyyəti rusca aksentsiz danışır. Bu, əladır. Bakı beynəlmiləl şəhərdir, mən keçən əsrin 90-cı illərində sizdə olmuşam. Çox xoş xatirələrim qalıb. Ona görə, əgər Rusiya televiziyasında belə filmlər çıxsaydı, bu, çox yaxşı olardı.
Əvvəllər, sovet dövründə sənədli kinonun sistemi vardı, Bakı, Kiyev, Minsk və başqa şəhərlərdə ittifaq kinostudiyaları vardı. Hər respublikanın kinostudiyası həmin respublikanın həyatı haqqında silsilə sənədli filmlər təqdim edirdi. İnsanlar bir-biri ilə bağlı idi. Bu, başqa respublikaların nümayəndələrinə hörmət, beynəlmiləlçilik, bir-birinin adətlərinə və mədəniyyətinə hörmət tərbiyə edirdi. İndiki kimi gərginlik yox idi. Moskvada, Novosibirsk, İrkutsk və başqa şəhərlərdə həyat haqqında rus filmlərini göstərmək də maraqlı olardı.
Azərbaycan və Rusiya televiziya studiyaları arasında mübadilə lazımdır. Deyək ki, Azərbaycan kanalında Rusiya haqqında, Rusiyada isə Azərbaycan haqqında veriliş yayımlanır.
- Müəyyən layihələrin reallaşdırılması üçün sizi Bakıya dəvət etsələr, gələrdinizmi?
- Əlbəttə, məmnuniyyətlə. Məsələ yalnız həmin səfərin tarixinin razılaşdırılmasından asılıdır (gülümsəyir - redaksiya.).
- Bəzən belə fikirlər səslənir ki, Rusiya ilə Azərbaycan arasında informasiya əməkdaşlığının dərinləşməsi üçün hər iki ölkəni birləşdirən hansısa bir ciddi media qurumu yaratmaq lazımdır...
- Bilirsiniz, belə məsələlər bizim ölkələrimizin rəhbərliyi səviyyəsində həll edilir. Amma, əlbəttə, güclü Rusiya-Azərbaycan informasiya agentliyi yaratmaq maraqlı olardı, həmin agentlik Rusiyadan və Azərbaycandan çox yüksək səviyyədə qarşılıqlı xəbərlər verər, telekörpülər yaradardı.
Rusiya və Azərbaycan - müxtəlif və müstəqil dövlətlərdir. Mən bu dövlətləri yenidən birləşməyə çağırmıram. Amma biz qonşularıq, biz iqtisadi cəhətdən indi də bağlıyıq, yaxın gələcəkdə də bağlı olacağıq. Yaşlı nəsil yaxşı xatırlayır ki, biz vaxtilə bir ölkənin tərkibində olmuşuq. Mədəni əlaqələri, informasiya əlaqələrini kəsmək olmaz. Bu, qarşıdakı illərdə yarana biləcək çətinliklərə bizim hamımızın sinə gərib dayanmağımıza imkan verəcək.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

