Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AŞYRHK-nın monitorinq missiyası bələdiyyə seçkilərini müşahidə edib

AŞYRHK-nın monitorinq missiyası bələdiyyə seçkilərini müşahidə edib

24.12.2009 [09:49]

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin (AŞYRHK) nümayəndə heyəti bələdiyyə seçkilərini müşahidə edib. APA-nın məlumatına görə, monitorinq missiyasının rəhbəri Qayə Doğanoğlu ilkin olaraq 36 saylı Xətai seçki dairəsinin 5 saylı məntəqəsində seçkilərin gedişini müşahidə edib. Bu məntəqədə səsvermə vaxtında başlayıb, müşahidəçilər səsvermə başlamazdan əvvəl görülən hazırlıq işləri ilə tanış olublar. Missiya, həmçinin, daşınan seçki qutularının olub-olmadığı, məntəqə üzrə neçə seçicinin qeydiyyatda olduğu  ilə maraqlanıblar. Müşahidə missiyası daha sonra 36 saylı seçki dairəsinin 6,7, 9 və 10 saylı məntəqələrində də seçkilərin gedişini izləyib.
Müşahidə missiyasının üzvü, Yerli Hakimiyyətlər Palatasının icraçı katibi Jan Filipp Bozoulz APA-ya açıqlamasında bildirib ki, seçkilərlə bağlı qənaətlərini bu gün keçiriləcək mətbuat konfransında bölüşəcəklər.

Paylaş:
Baxılıb: 1183 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30