Siyavuş Novruzov: Onların məqsədi sırf iğtişaş törətməkdir
02.11.2019 [10:01]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Milli şura” adlanan qondarma qurumun noyabrın 2-də Bakı şəhərinin mərkəzində təyin etdiyi qanunsuz mitinqdən imtina etməsinə münasibət bildirib. YAP İcra katibinin müavini Siyavuş Novruzov SİA-ya eksklüziv açıqlamasında deyib ki, mitinqdən imtina edilməsinə əsas səbəb radikalların elektoratlarının olmaması ilə bağlı idi: “Onlar hesabladılar ki, bu addımı atmaq mümkün deyil, xalq tərəfindən heç bir dəstəyə malik deyillər və ictimai qınaq çox böyükdür. Sən mitinqə nə qədər insan yığsan da belə internetdə, sosial şəbəkələrdə, “facebook”da, o cümlədən internet televiziyalarında gedən məlumatları oxuyan daha çoxdur, nəinki ora gedənlər. Əgər səni maraqlandıran hansısa islahatdırsa, Dağlıq Qarabağ münaqişəsidirsə və yaxud da başqa məsələlərdisə bu fikirləri sadə şəkildə çatdır və insanlar da buna qulaq assınlar. Razılaşan razılaşıb “like” etsin, razılaşmayan isə öz rəyini və fikrini yazsın. Bir sözlə, bu məsələlərdə qarşılıqlı diskussiya olsun. Bu, o halda baş verir ki, internetə qadağa qoyurlar və heç bir sosial şəbəkə işləmir. Onların məqsədi sırf iğtişaş törətməkdir. Qabaqcadan öyrədilmiş insanlar, qadınlar var idi və onlar polisləri özlərinin aqressiv hərəkətlərinə adekvat addım atmağa təhrik etmək istəyirdilər ki, polislər qeyri-qanuni hərəkətlərə yol versin və yaxud da onları özlərindən çıxarsın. Lakin Azərbaycan polisi çox səbir və təmkinlə bu məsələləri öz qaydasına qoydu”.
S.Novruzov digər maraqlı məqamlara da toxunub: “Digər tərəfdən, müxalifət indi bildirir ki, ora dini qruplaşmalar gəlmişdi. Mən mütəmadi olaraq onların başqa-başqa yerlərdə keçirdikləri mitinqlərini izləmişəm. Mitinqlərində hər zaman İranın, İslamın bayraqları dalğalanırdı və dindarlar iştirak edirdi. Orada çıxış edərkən Cəmil Həsənli, Əli Kərimli və digərləri həmişə onları xüsusi salamlayırdılar. Hətta çıxış etdikləri zaman yanlarında həmişə din nümayəndələri də dayanırdı. Amma indi Əli Kərimli deyir ki, guya iqtidar mitinqə dini qruplaşmalar cəlb edərək iğtişaş yaratmaq istəyir. Beynəlxalq təşkilatların nümayəndələri də gördülər ki, bunlar heç bir şeyə qadir deyillər. Bu gün radikal müxalifət siyasi düşüncə ilə deyil, əksinə hava proqnozu ilə işləyir. Bu günlərdə Cəmil Həsənli Vaşinqtonda mətbuat konfransı keçirdi. Mən həmin görüntüləri izlədim. Mətbuat konfransına haradansa 2 erməni tapıb gətirmişdilər. Sevinc Osmanqızı da orada iştirak edirdi. Əgər belə idisə Sevinc Osmanqızı Amerikadan, Cəmil Həsənli də buradan danışardı. Onsuz da bütün günü danışmaqla məşğuldurlar. Axı bunu şou kimi sərgiləməyə, görüntü yaratmağa nə ehtiyac var idi? Təsəvvür edin ki, Amerika Konqresi türklərə qarşı qondarma “erməni soyqırımı”nı tanımaq haqqında qətnamə qəbul etdiyi günün səhərisi özünü “tarixçi”, “alim” hesab edən və tarixdən məlumatı olmayan Cəmil Həsənli bir kəlmə də olsun “erməni soyqırımı” haqqında fikir söyləmədi. Çünki onun yanında oturanlar erməni idi və dərhal verdikləri vəsaiti kəsəcəkdilər”.
Xəbər lenti
Hamısına baxSosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59

