Milli Məclisin komitələrinin birgə iclası keçirilib
20.11.2019 [10:11]
Noyabrın 19-da Milli Məclisin Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Mədəniyyət komitələrinin birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edib. Komitə sədri daha çox sosialyönümlülüyü ilə diqqət çəkən gələn ilin büdcə layihəsinin peşəkarlıqla hazırlandığını vurğulayıb. Bildirilib ki, son illərdə aparılan islahatlar nəticəsində sosial sahəyə ayrılan vəsaitlərin məbləğinin artırılması, büdcənin əhalinin güzəranının yaxşılaşdırılmasına isiqamətləndirilməsi təqdirəlayiq haldır.
Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə qeyd edib ki, büdcə layihəsi birinci oxunuşda Milli Məclisin müzakirəsindən keçib və deputatlar tərəfindən tutarlı təkliflər verilib. Nazir müavini bu təkliflərin nəzərə alınacağını diqqətə çatdıraraq 2020-ci ilin büdcə parametrlərini yenidən səsləndirib. Qeyd olunub ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 135 milyon manat, xərcləri isə 26 milyard 914 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaqdır ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. Maliyyə nazirinin birinci müavini yeni büdcə layihəsində sosial, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı üçün kifayət qədər vəsait ayrıldığını diqqətə çatdırıb.
Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli yeni dövlət büdcəsi layihəsinin bütün sahələrdə olduğu kimi, ölkənin elm və təhsilinə də böyük töhfə verəcəyindən əminliyini ifadə edib.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov gələn ilin dövlət büdcəsinin 5,1 faizinin səhiyyə sahəsinə ayrılmasını və gələn ilin büdcəsində icbari tibbi sığorta məsələsinə diqqətin artırılmasını humanist addım kimi dəyərləndirib və buna görə dövlətimizin başçısına təşəkkürünü bildirib.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı və Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov da çıxışlarında büdcə layihəsinin təkmil bir şəkildə hazırlandığını vurğulayıblar. 2020-ci il büdcəsinin milli kinonun inkişafına və xalqımızın milli-mənəvi dəyərlərini əks etdirən yeni filmlərin, uşaqlar haqqında cizgi və reklam filmlərinin çəkilməsinə ayrılan vəsaitin artırılmasının vacib məsələ olduğunu qeyd ediblər.
Müzakirələrdə deputatlardan Məlahət İbrahimqızı, Qənirə Paşayeva, Asim Mollazadə, İlham Məmmədov, Rəşad Mahmudov, Novruzəli Aslanov çıxış ediblər.
İclasda iştirak edən İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deputatları maraqlandıran məsələlərə aydınlıq gətirib.
Müzakirələrdən sonra 2020-ci il dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda plenar iclasa tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxGündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15

