Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyi dəyişməzdir
29.12.2019 [10:05]
Ekspertlərin sözlərinə görə, həm tarixi ədalət, həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişənin həlli məhz bu prinsiplər əsasında mümkün ola bilər
Məlum olduğu kimi, Azərbaycan dövləti uğurlu xarici siyasət həyata keçirir. Regionumuzun lider dövləti olan Azərbaycanın beynəlxalq müstəvidə mövqeləri getdikcə daha da güclənir. Başa çatmaqda olan 2019-cu il də bu baxımdan uğurlu olub. Ümumiyyətlə, bu gün Azərbaycan dünyada böyük etimad qazanan ölkə, etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verən Prezident İlham Əliyev xarici siyasət sahəsində böyük uğurların əldə edildiyini vurğulayıb.
Azərbaycan eyni zamanda, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparıb, Prezident İlham Əliyev mühüm beynəlxalq tribunalardan istifadə edərək həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Dövlətimizin başçısı bəhs olunan müsahibə zamanı deyib: “Ona görə bizim prinsipial mövqeyimiz bundan ibarətdir ki, ərazi bütövlüyü prinsipi üstünlük təşkil etməlidir, bizim ərazimiz bərpa edilməlidir və münaqişə yalnız bu prinsiplər əsasında öz həllini tapmalıdır. Bundan əlavə, beynəlxalq təşkilatların qərar və qətnamələri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurasının oxşar qərar və qətnamələri var”.
Öz növbəsində məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov öncə onu deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı müsahibəsində ölkəmizin 2019-cu ildə uğurlu inkişafı, Azərbaycanın daxili və xarici siyasəti, o cümlədən Avropa İttifaqı ilə əlaqələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, iqtisadi və sosial inkişaf, enerji və nəqliyyat-tranzit layihələri, milli və dini tolerantlıq, həyata keçirilən islahatlar, cəmiyyət həyatının bütün sahələrindən ətraflı bəhs edib. Onun sözlərinə görə, Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir: “Bütövlükdə, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir”.
Millət vəkili söyləyib ki, Azərbaycanın xarici siyasətində başlıca yeri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli tutur. Əsas hədəf münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları əsasında həll olunmasıdır. E.Məmmədov deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır: “Prezident İlham Əliyev yerli jurnalistlərə müsahibəsində bir daha münaqişənin həlli ilə bağlı dövlətimizin prinsipial mövqeyini bəyan etdi. Bu mövqe ondan ibarətdir ki, münaqişə beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. İşğalçı Ermənistan müxtəlif bəhanələrlə münaqişənin həllini uzatmağa çalışır. Amma onlar anlamalıdırlar ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, ərazilərini azad edəcək”.
Milli Məclisin deputatı Tahir Rzayev isə bildirib ki, bu il ölkəmiz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının, dünya dini liderlərinin Zirvə görüşlərinə ev sahibliyi etdi: “Azərbaycan nəinki yerləşdiyi regionda, həm də bütövlükdə Avrasiya geosiyasi məkanında işbirliyinə, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında aparıcı rola malikdir. Təsadüfi deyil ki, açıq dənizə çıxışı olmayan Azərbaycan Avrasiyada nəqliyyat mərkəzinə çevrilib. Bunun qanunauyğun nəticəsidir ki, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir”.
Millət vəkili deyib ki, Azərbaycanın yeganə problemi torpaqlarımızın bir hissəsinin hələ də Ermənistanın işğalı altında olmasıdır. Onun sözlərinə görə, Prezident İlham Əliyev yerli jurnalistlərə müsahibəsində qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz müstəqil ölkə kimi BMT-yə daxil olanda artıq Azərbaycanın ərazi bütövlüyü qəbul edilib, dəstəklənib və təsdiq edilib: “Müsahibədə dövlətimizin başçısı söyləyib ki, həm tarixi ədalət və həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişənin həlli məhz bu prinsiplər əsasında ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır. Ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü məsələsində də ölkə rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi Ermənistan və bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb.
Bütövlükdə, Azərbaycanın həyata keçirdiyi milli maraqlara əsaslanan siyasət və hücum diplomatiyası yeni reallığın yaranmasına səbəb olub. Azərbaycanın qətiyyətli mövqeyinin fonunda beynəlxalq müstəvidə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyi bəyan edilir. Yəni münaqişənin həlli ilə bağlı Azərbaycanın ədalətli və haqlı mövqeyi dəstəklənir, bu mövqe ardıcıl olaraq daha da güclənir. Son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər də Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin əyani ifadəsidir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23

