/ / Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
26.01.2020 [09:39]
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Moskva hökumətinin və TASS informasiya agentliyinin dəstəyi ilə təşkil olunan “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə növbəti görüş yanvarın 25-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müasir dünyada dinin çox böyük rol oynadığını, onun bəşəriyyətin mənəvi mədəniyyətinin tərkib hissəsi olduğunu vurğulayaraq deyib: “Din cəmiyyətlərdə kulturoloji rol oynayır, dini mədəniyyətdən ayırmaq mümkün deyil”.
Şeyxülislam qeyd edib ki, Rusiyada və Azərbaycanda dini-mənəvi irsə yüksək səviyyədə hörmət bəslənilir, tolerantlıq ənənələri qədim tarixə malikdir. O deyib: “Ölkəmizdə məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da fəaliyyət göstərir, yeni məbədlər tikilir. Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanlar dövlətin qayğı və himayəsini eyni dərəcədə hiss edirlər. Bu sözləri Rusiyada dini konfessiyaların nümayəndələrinə münasibət barədə də deyə bilərəm. Ölkələrimizin dövlət başçılarının sıx səmimi münasibətləri bu prosesdə mühüm amildir. Rus Pravoslav Kilsəsi həmişə, o cümlədən müsəlmanlara münasibətdə birləşdirici, mühafizəedici rol oynayıb. Zati-müqəddəsləri Patriarx Kirill bu işə böyük zəhmət sərf edib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zati-müqəddəsləri Patriarx Kirillə böyük hörmət bəsləyirlər. O da öz növbəsində Azərbaycana, Azərbaycan xalqına eyni dərəcədə hörmətlə yanaşır”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri xatırladıb ki, keçən ilin noyabrında Azərbaycanın paytaxtında Dünya dini liderlərinin II Bakı Zirvə Görüşü keçirilib. Həmin tədbirin işində dünyanın 5 qitəsinin 70-dən çox ölkəsinin, 25 ənənəvi dininin və dini məzhəblərin nümayəndələri iştirak ediblər: “Dünya dini liderlərinin Zirvə Görüşündə ən nüfuzlu nümayəndə heyəti Rusiyadan gəlmişdi. Patriarx Kirill və mən MDB ölkələri Dinlərarası Şurasının həmsədrləriyik”.
Şeyxülislam Allahşükür Paşazadə Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna yubileyləri münasibətilə hədiyyələr təqdim edib.
Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək deyib: “Biz fəxr edirik ki, Azərbaycanda bütün dini konfessiyaların nümayəndələri arasında qarşılıqlı hörmət, tolerantlıq, əsl əməkdaşlıq ab-havası yaradılıb. Gördüyünüz kimi, burada Rus Pravoslav Kilsəsinin, Katolik Kilsəsinin, yəhudi icmasının rəhbərləri iştirak edirlər. Bu, ölkəmiz üçün reallıqdır. Mənim fikrimcə, bu məsələdə Prezident İlham Əliyevin və Qafqaz Müsəlmanları İdarəsi rəhbərliyinin yürütdüyü siyasət həlledici və çox mühüm rol oynayır”.
Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman xüsusi qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda multikultural dəyərlərin qorunub saxlanmasında müstəsna rol oynayıb. Məhz Ulu Öndər xalqın öz gücünə inamını qaytarmağa, qeyri-titul millətlərin və dini icmaların hüquqlarına və mədəni-mənəvi dəyərlərinə hörmətlə yanaşmaq prinsiplərinə dönmədən riayət edilməsinə nail olub. Prezident İlham Əliyev Ulu Öndərin siyasi xəttini uğurla davam etdirir.
Azərbaycanda müxtəlif millətlərə və dinlərə mənsub insanlar arasında qarşılıqlı anlaşma və hörmətin bərqərar olmasında şeyxülislam Allahşükür Paşazadənin də mühüm rol oynadığı qeyd edilib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, ölkələrimizdə dini mənəvi irsə hörmət yüksək səviyyədədir, tolerantlıq ənənələri qədim tarixə malikdir. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda din ilə dövlət arasında münasibətlərin düzgün qurulduğunu vurğulayan səfir bildirib ki, etnik və dini müxtəliflik ölkəmizin milli sərvətidir. Polad Bülbüloğlu Ümummilli Lider Heydər Əliyevin şeyxülislam Allahşükür Paşazadəyə səmimi münasibəti barədə xatirələrini də bölüşüb.
Tədbir ziyafətlə davam edib.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

