/ / “Resurs” Analitik İnformasiya Mərkəzi Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb
“Resurs” Analitik İnformasiya Mərkəzi Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb
07.02.2020 [09:35]
Fevralın 6-da “Resurs” Analitik İnformasiya Mərkəzi Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar aparılan araşdırmaların nəticələrini açıqlayıb. Mərkəzin rəhbəri Rasim Quliyev parlament seçkiləri ilə bağlı araşdırmaların aparılması nəticəsində maraqlı faktların ortaya çıxdığını deyib. Builki parlament seçkilərində 5 milyon 238 min seçicinin qeydiyyata alındığını deyən R.Quliyev ötən müddət ərzində Azərbaycanda yüksək seçki mədəniyyətinin formalaşdığını diqqətə çatdırıb: “2005-ci il parlament seçkilərində seçici fəallığı 42 faiz, 2010-cu ildə 46 faiz olduğu halda, 2015-ci ildə bu rəqəm 55 faiz olub. Keçən il bələdiyyə seçkilərində isə seçici fəallığı 32,2 faiz təşkil edib. Bu isə onu göstərir ki, bələdiyyə institutu ölkədə yeni olduğundan seçicilərdə bu təsisatla bağlı maarifləndirmə zəifdir. Ölkədə Milli Məclisə seçkilərdə seçici fəallığı sonuncu dəfə 55 faiz olduğu halda, prezident seçkilərində bu göstərici 85 faiz olub”.
Qurumun rəhbəri seçkinin daim yenilənən texnologiya olduğunu bildirib. Onun sözlərinə görə, ən inkişaf etmiş, inkişaf etməmiş və inkişafda olan ölkələrdə də seçki daim inkişaf edən mexanizmdir. “Azərbaycanda ucqar kəndlər istisna olmaqla, bütün məntəqələr kameralarla təchiz olunub və digər hazırlıq işləri görülüb. Seçicilərin barmaqlarına gec pozulan maye vurulması, kamera quraşdırılması seçkinin şəffaf keçirilməsinə şərait yaradır”, - deyən R.Quliyev parlament seçkilərinə namizədliyin irəli sürülməsinin, qeydə alınmasının, seçicilərlə görüşün təmin olunmasının prosesin şəffaf keçirilməsinə hər cür şəraitin yaradılmasından xəbər verdiyini bildirib.
Azərbaycanda seçkiyə hazırlığın bütün hallarda tam qanuni şəkildə həyata keçirildiyini vurğulayan qurumun rəhbəri deyib: “Parlament seçkilərində 19 siyasi partiya, 1 ittifaq və 2 blok tərəfindən 2431 nəfər dairə seçki komissiyalarına müraciət edib. Onlardan 1637 nəfərin namizədliyi qeydə alınıb. Sonradan 312 nəfər namizədliyini geri götürüb. Seçkilərdə iştirak edən namizədlərin yaş bölgüsünə nəzər saldıqda da seçkiyə marağın artması qənaətinə gəlmək olur. Məsələn, budəfəki seçkidə 18-28 yaş arasında 82 namizəd, 29-39 yaş arasında 407 namizəd, 40-45 yaş arasında 542, 56-66 yaş arasında 251, 67 yaşdan yuxarı isə 43 nəfər namizəd iştirak edir. 1998-ci ildə anadan olan 8 nəfər deputatlığa namizədin olması gənclərin seçkiyə inamının artmasının göstəricisidir. Həmçinin seçkidə 1938-ci il təvəllüdlü 2 nəfər də namizədliyini irəli sürüb. Cəmiyyətdə seçkiyə inam var, maraq yüksəkdir. Bu il namizədlərin 22,58 faizi qadındır. 299 qadın seçkilərə namizəd kimi qatılıb və bu, rekorddur”.
Ölkədəki sabit inkişaf prosesinin əhəmiyyətindən danışan R.Quliyev deyib: “Parlament seçkiləri bələdiyyə seçkilərindən dərhal sonra keçirildiyindən bütün dairələr seçkiyə hazırdır. Seçki hazırlığı müasir standartlara uyğundur. Seçkidə iştirak edən namizədlər bildirirlər ki, hazırlıqlar yüksək səviyyədə aparılıb və heç bir namizədə maneə yaradılmayıb”.
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33

