Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunan "seçki" şousu iflasla nəticələndi
06.04.2020 [19:51]
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i qətiyyətlə pisləyərək qeyri-legitim və beynəlxalq hüquq normalarına zidd olduğunu bəyan etdi
Xəbər verildiyi kimi, Azərbaycanın işğal olunmuş ərazilərində yenidən "seçki" şousu təşkil olunub. Artıq uzun illərdir ki, Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağda yaradılmış qondarma rejimin legitimləşdirilməsinə daha bir cəhd kimi qiymətləndirilən bu "seçkilər" beynəlxalq hüquq normalarının kobud surətdə pozulması, ərazi bütövlüyünün toxunulmazlığı və suverenlik prinsplərinə hörmətsizliyin ifadəsidir. Yeri gəlmişkən, məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin hərbi işğalının və bu ərazilərdə etnik təmizləmənin davam etdiyi bir vaxtda Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində “seçkilər"in keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən BMT Nizamnaməsinin, ATƏM-in 1975-ci il Helsinki Yekun Aktının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır və bu baxımdan, heç bir hüquqi qüvvəyə malik deyil. Bəyanatda o da vurğulanır ki, Ermənistan respublikası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qurulan qanunsuz rejim təcavüz, etnik təmizləmə və irqi ayrı-seçkiliyin nəticəsidir. O, Ermənistanın rəhbərliyi və nəzarəti altındadır.
Vurğulanmalıdır ki, dünya ictimaiyyəti Ermənistan respublikasının Azərbaycanın işğal olunmuş ərazilərində bundan öncə təşkil etdiyi "seçki" şoularını birmənalı şəkildə rədd edib, etibarsız sayıb. Yeri gəlmişkən, beynəlxalq ictimaiyyət martın 31-də keçirilən "seçki"lərlə bağlı da analoji mövqe sərgiləyib. Yəni seperatçıların keçirdiyi "seçkilər" qeyri-qanuni və hüquqazidd adlandırılıb.
Beynəlxalq təşkilatlar qondarma "seçkilər"in heç bir hüquqi qüvvəyə malik olmadığını bəyan ediblər
Vurğulandığı kimi, beynəlxalq və regional təşkilatlar, o cümlədən Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, NATO, GUAM, Türk Şurası, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri, çoxsaylı dövlətlər bu qondarma "seçkilər"i pisləyən və onların hər hansı hüquqi əsasının olmadığını vurğulayan bəyanatlarla çıxış ediblər. Məsələn, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi rolunda çıxış edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrin nümayəndələri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) martın 31-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "seçkilər"lə bağlı bəyanatlarında vurğulayıblar ki, Dağlıq Qarabağ heç bir həmsədr ölkə və ya başqa bir ölkə tərəfindən müstəqil və suveren dövlət kimi tanınmır: "Həmsədrlər bu "seçkilər"in nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmirlər. Nəticələrin heç bir halda Dağlıq Qarabağın son statusuna və ya davam edən danışıqların nəticəsinə, münaqişənin davamlı və dinc yolla həllinə təsir göstərməyəcəyini bəyan edirlər".
NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay da təmsil etdiyi qurumun bu qondarma “seçkilər"i tanımadığı bildirib. Ceyms Appaturay, həmçinin ATƏT-in Minsk qrupuna və həmsədrlərin bu məsələ ilə bağlı bəyanatına dəstək ifadə edib. NATO ilə yanaşı, Avropa İttifaqı (Aİ) da qondarma "seçkilər"i, eləcə də "seçkilər"in keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımadığını bəyan edib. Bəyanatda bildirilib ki, Aİ ATƏT-in Minsk qrupunun, xüsusilə də onun həmsədrlərinin göstərdikləri cəhdləri dəstəkləyir.
İslam Əməkdaşlıq Təşkilatının yaydığı bəyanatda isə qeyd edilir ki, Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində "seçkilər"in keçirilməsi BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələrinə ziddir.
Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu da Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində təşkil olunmuş qondarma "seçkilər"lə bağlı açıqlama yayıb. BMT-dən sonra ikinci ən böyük siyasi təşkilat olan və sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı ərazilərin güc yolu ilə əldə edilməsinin yolverilməz olduğunu vurğulayaraq, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən qanuni tanınmayacağını bəyan edib. Bununla əlaqədar olaraq Qoşulmama Hərəkatının üzv ölkələri qondarma "seçkilər"i tanımadıqlarını və qanunsuz hesab etdiklərini bildiriblər.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə birmənalı dəstək ifadə olunub
Böyük Britaniya, İtaliya, Almaniya, Türkiyə, Kanada, Avstraliya və digər çoxsaylı ölkələrin səlahiyyətli qurumları və rəsmilərinin yaydıqları bəyanatlarda sözügedən qondarma "seçkilər" Dağlıq Qarabağda separatçı rejimin birtərəfli qaydada qanuniləşdirilməsi cəhdinin bir nümunəsi olduğu vurğulanıb. Həmin dövlətlər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yeni bir pozuntu təşkil edən bu qanunsuz "seçkilər"i tanımadıqlarını bildiriblər. Bəyanatlarda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəkləndiyi birmənalı olaraq əksini tapıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24

