/ / Ölkəmizdə siyasi sistemin inkişafına xidmət edən məqsədyönlü islahatlar ardıcıl xarakter daşıyır
Ölkəmizdə siyasi sistemin inkişafına xidmət edən məqsədyönlü islahatlar ardıcıl xarakter daşıyır
22.04.2020 [10:48]
Yeni siyasi partiyaların qeydiyyata alınması çoxpartiyalı sistemin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir
Cənubi Qafqaz regionunun lider dövləti olan, ictimai-siyasi sabitliyin, dinamik - dayanıqlı inkişafın təmin olunduğu Azərbaycan demokratik tərəqqi yolunda əmin addımlarla irəliləyir. Xüsusilə də, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlar Azərbaycanın qüdrətinin daha da artmasına xidmət edir.
Siyasi sistemin inkişafına töhfə verən strateji xarakterli addımlar...
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar siyasi sistemi də əhatə edir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, 2020-ci ilin fevralın 9-da ölkəmizdə keçirilmiş azad, demokratik və şəffaf parlament seçkilərindən sonra yeni formalaşan qanunverici orqanda aparılan islahatlar siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib. Bəhs olunan seçkilərdən sonra müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclisin Sədrinin müavini vəzifəsinə, eləcə də müxalifət nümayəndələrinin parlament komitələrinə həm sədr, həm müavin vəzifələrinə seçilmələri bu baxımdan xüsusi qeyd edilməlidir. Şübhəsiz ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış strateji əhəmiyyətli addım kimi səciyyələndirilə bilər.
Siyasi dialoq təşəbbüsü yeni siyasi münasibətlərin formalaşması və inkişafı kontekstində xüsusi önəm kəsb edir
Bu reallıqların fonunda digər mühüm məqamlardan biri həmin vaxt hakimiyyət tərəfindən parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrlə dialoq prosesinə start verilməsidir. Bu təşəbbüs, yuxarıda qeyd edildiyi kimi, siyasi sistemin inkişafına əlavə təkan və töhfə olmaqla yanaşı, yeni siyasi münasibətlərin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Təbii ki, öz fəaliyyətində milli maraqları – dövlətin strateji mənafelərini üstün tutan siyasi qüvvələrin mütləq əksəriyyəti bu dialoq təklifinə müsbət yanaşdılar. Bununla da milli maraqları rəhbər tutan əsl müxalifət partiyaları hakimiyyətin islahatlar strategiyasının tərkib hissəsi olan dialoq təşəbbüsünü təqdirəlayiq hal kimi xarakterizə etdilər.
Azərbaycanın siyasi sistemində yeniləşmənin ikinci fazası...
O da qeyd olunmalıdır ki, hazırda fərqli siyasi baxışlarına baxmayaraq, milli dövlətçilik mənafeyindən, dövlət maraqlarından çıxış edən siyasi qüvvələrlə dialoq daha da dərinləşməkdədir. Yeri gəlmişkən, Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyata alınması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Ekspertlər bəhs olunan siyasi partiyaların qeydiyyata alınmasını ölkəmizdə mövcud olan yeni siyasi münasibətlərin təzahürü kimi dəyərləndirirlər. Eyni zamanda, yuxarıda bəhs olunan islahatların ardınca yeni siyasi partiyaların qeydiyyatı Azərbaycanın siyasi sistemində yeniləşmənin ikinci fazası olaraq xarakterizə edilir.
Nəticə etibarilə, ölkəmizdə siyasi sistemin inkişafına xidmət edən məqsədyönlü islahatlar ardıcıl xarakter daşıyır. Yeni siyasi partiyaların qeydiyyata alınması isə çoxpartiyalı sistemin təkmilləşdirilməsi və siyasi sistemin yeni konfiqurasiyasının formalaşması baxımından mühüm əhəmiyyətə malikdir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25

