Adil Əliyev: ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diktə edir
21.05.2020 [11:16]
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə göndərdiyi təbrik məktub iki ölkə arasındakı əməkdaşlığın mövcud durumundan xəbər verir.
Bu fikri AZƏRTAC-a Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.
Məktubda yer alan fikirlərin çox əhəmiyyətli olduğunu vurğulayan Adil Əliyev deyib: “Birincisi, Ağ ev sahibi məktubunda yazır ki, Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir. İkincisi, Ağ ev sahibi Birləşmiş Ştatların və Azərbaycanın beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq etdiyini xatırladıb. ABŞ Prezidenti Azərbaycanın bu fəaliyyətdə mühüm töhfələr verdiyini yüksək dəyərləndirib. Üçüncüsü, məktubda vurğulanır ki, koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır”.
Milli Məclis Sədrinin müavini qeyd edib ki, məktubda yazılan “iki böyük xalq” ifadəsi ABŞ Prezidentinin Azərbaycan xalqına verdiyi yüksək qiymətdən xəbər verir. ABŞ Azərbaycana strateji tərəfdaş olan ölkələrdəndir. Dövlət başçısı İlham Əliyev Amerikanın Azərbaycanın enerji layihələrinə verdiyi dəstəyi hər zaman yüksək qiymətləndirib. 1990-cı illərin ortalarında Türkiyə ilə birgə ABŞ-ın Bakı-Tbilisi-Ceyhan neft boru xəttinə verdiyi dəstək Azərbaycanın müstəqillik illərində ilk böyük enerji layihəsinin həyata vəsiqə qazanmasını sürətləndirdi. Halbuki, bu layihə ilə bağlı dövlətimizə qarşı açıq və gizli təhdidlər mövcud idi. Bu təhdidlərə baxmayaraq, ümummilli liderimiz Heydər Əliyev həm “Əsrin müqaviləsi”ni, həm də Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikintisi ilə bağlı Sazişi imzaladı. Prezident İlham Əliyev isə Ümummilli Liderin siyasətini davam etdirərək Bakı-Tbilisi-Ceyhan boru xəttinin fəaliyyətə başlamasını, o cümlədən “Əsrin müqaviləsi”nin növbəti 25 il üçün də uzadılmasını təmin etdi. Rəsmi Vaşinqton Prezident İlham Əliyevin Azərbaycan dövlətinin gücləndirilməsinə xidmət edən bu siyasətini dəstəkləyir. Çünki bu siyasət Amerikanın da maraqlarına cavab verir. Digər tərəfdən Azərbaycanın Amerika ilə formalaşdırdığı əməkdaşlıq əsla üçüncü ölkələrə qarşı yönəlməyib.
Adil Əliyev deyib ki, ABŞ Prezidentinin məktubunda da vurğulandığı kimi, iki ölkə arasında strateji əlaqələr bir neçə sahəni əhatə edir. Bu sırada enerji, təhlükəsizlik və iqtisadi əlaqələrin özünəməxsus yeri var. Doğrudur, ABŞ Konqresinin və Dövlət Departamentinin Azərbaycanın maraqları əleyhinə zaman-zaman qəbul etdiyi sənədləri ciddi tənqid edirik. Ancaq Amerikada əsas söz sahibi olan Prezidentin Azərbaycanla əməkdaşlığa verdiyi dəyər bizim üçün daha vacibdir.
“Cənubi Qafqazın hər baxımdan əsas ölkəsi Azərbaycandır. Bunu Vaşinqtonda da anlayırlar. Təsadüfi deyil ki, ABŞ-ın müasir xarici və təhlükəsizlik siyasətinin başlıca ideoloqları Avrasiya bölgəsində dünyəvi müsəlman ölkəsi olan Azərbaycanla strateji əlaqələrin Birləşmiş Ştatların milli təhlükəsizlik siyasətinin maraqlarına cavab verdiyini bildirirlər. Amerikada dəyişən prezidentlər siyasətlərini məhz bu ideologiya əsasında qururlar. Bəzən olur ki, ABŞ-ın hansısa tanınmış siyasətçisi prezident olmamışdan əvvəl erməni lobbisinə hansısa vəd verir. Ancaq həmin siyasətçi prezident seçildikdən sonra ölkəsinin milli və təhlükəsizlik maraqlarından çıxış edir. Həmin maraqlar isə Azərbaycanla strateji tərəfdaşlığı diktə edir”, - deyə parlament Sədrinin müavini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

