/ / Məhərrəm Əliyev: Möhtərəm Prezidentimizin daimi diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimiz inkişaf edir, döyüş qabiliyyətini daha da artırır
Məhərrəm Əliyev: Möhtərəm Prezidentimizin daimi diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimiz inkişaf edir, döyüş qabiliyyətini daha da artırır
26.06.2020 [09:25]
“Bildiyiniz kimi, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan korpusunun yarandığı gün - 26 iyun Silahlı Qüvvələr Günü elan olunub. Xalqımız müstəqilliyimizin, suverenliyimizin qarantı olan Azərbaycan Ordusunun 102-cü ildönümünü qeyd etməyə hazırlaşır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyanın Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev deyib.
O bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin son 16 ildən artıq dövrdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ordu quruculuğu və beynəlxalq hərbi-texniki əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm uğurlar əldə olunub: “Son illər ərzində Silahlı Qüvvələrdə bu istiqamətdə çox ciddi və əhəmiyyətli işlər görülüb, müdafiə qabiliyyətimizin artırılması, şəxsi heyətin peşəkarlığının və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, yeni hərbi şəhərçiklərin istifadəyə verilməsi, hərbi qulluqçularımızın sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük nailiyyətlər əldə olunub”.
Məhərrəm Əliyev söyləyib ki, bu gün qarşımızda Silahlı Qüvvələrin, qoşun növlərinin, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin gücləndirilməsi, müdafiə sənayesinin inkişaf etdirilməsi, hərbi idarəetmənin təkmilləşdirilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitinin yüksəldilməsi kimi tapşırıqlar durur: “Azərbaycan Ordusu ən müasir texnika və silahlarla təmin olunub. Paralel olaraq ölkəmizin hərbi sənaye kompleksi inkişaf edir. Beynəlxalq sərgilərdə ölkəmizin hərbi məhsullarına böyük marağın olması bunu deməyə əsas verir. Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Son illər ərzində bir neçə hərbi istehsal müəssisələri yaradılıb. Bu müəssisələrdə ordumuzun təchizatı üçün hərbi təyinatlı müxtəlif məhsullar istehsal edilir. Bundan əlavə ən müasir texnika və silahlar alınıb. Əldə olunmuş müasir zirehli texnikalar, hava hücumundan müdafiə sistemləri, təyyarələr, pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli və yaylım atəşli raket sistemləri bizim hərbi gücümüzü artırır”.
Prezidentin köməkçisi qeyd edib ki, hazırda Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır: “2016-cı ilin Aprel döyüşləri zamanı düşmənə sarsıdıcı zərbələrin endirilməsi nəticəsində Ermənistan tərəfinin atəşkəs rejiminin bərpası üçün israrlı müraciətlər etmək məcburiyyətində qalması, 2018-ci ildə Naxçıvan Muxtar Respublikası istiqamətində əldə olunmuş Günnüt zəfəri Ordumuzun real qüdrətinin mühüm nümayişi olubdur. Bunlarla yanaşı, möhtəşəm hərbi paradlar və təlimlər də Azərbaycan Silahlı Qüvvələrinin potensialını, gücünü əyani surətdə göstərir. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilmiş hərbi paradda Azərbaycan Ordusunun istənilən vəzifəni icra etməyə qadir olduğu, silahlı qüvvələrimizin qüdrəti bütün dünyaya aşkar şəkildə nümayiş etdirildi. Bir sözlə ifadə etsək, Silahlı Qüvvələrimiz qarşısına qoyulan istənilən tapşırığı yüksək peşəkarlıqla yerinə yetirmək iqtidarındadır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daimi diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimiz inkişaf edir, döyüş qabiliyyətini daha da artırır”.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18

