Adil Əliyev: Bu günlərdə hər bir vətəndaş öz məsuliyyətini dərk etməlidir
30.06.2020 [09:44]
Koronavirusun ölkəmizdə yayılmağa başladığı ilk gündən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən vaxtında və zəruri tədbirlərin həyata keçirildiyi pandemiyaya qarşı mübarizədə görülən işlərin lazımi səviyyədə idarə olunmasını təmin etmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Pandemiyanın təsirini azaltmaq və zərərçəkmiş sahələrdə inkişafı təmin etmək üçün iqtisadi-sosial paketlər hazırlandı. İşlərin uğurla həyata keçirilməsi üçün dövlət büdcəsindən lazımi vəsait ayrıldı. Cənubi Qafqazda ilk dəfə olan tibbi maska və digər tibbi ləvazimatlar istehsal edən müəssisələr, bu bəlaya qarşı mübarizə məqsədilə modul və stasionar tibb müəssisələri açıldı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis Sədrinin müavini Adil Əliyev KİV-ə açıqlamasında bildirib.
Adil Əliyev deyib: “Təbii ki, görülən işlər bütün dünyada tüğyan edən pandemiyanın ölkəmiz üçün yarada biləcəyi fəsadları minimuma endirməyə hesablanır. Həmin vaxt Birinci-vitse prezident Mehriban xanım Əliyeva növbəti xeyirxahlıq təşəbbüsü ilə çıxış etdi və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu aztəminatlı ailələrə yardımlar göstərməyə başladı. Xeyirxahlıq, vətəndaşların bir-birinə dəstək olması bizim əsas mental xüsusiyyətlərimizdən biri olmaqla yanaşı, vətəndaş cəmiyyəti institutunun prioritet istiqamətlərindəndir. Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən nəcib təşəbbüsə cəmiyyətin hər bir fərdi könüllü olaraq qoşuldu.
Görülən xeyirxah işlərin məntiqi davamı olaraq, deputat seçildiyim 20 saylı Nərimanov ikinci seçki dairəsində yerləşən ofisimdə (Nərimanov rayonu, Atatürk prospekti 33C, telefon: (012) 563-10-89; 561-73-65; (055) 766-21-35) bu sahədə işləri həyata keçirmək məqsədilə Dəstək və Əlaqələndirmə Mərkəzi yaratdıq. Bildiyiniz kimi, hazırda Bakı şəhəri də daxil olmaqla digər iri şəhər və rayonlarımızda karantin rejimi tətbiq olunmaqdadır. Sözügedən karantin rejimi vətəndaşların evdən çıxmaqlarına müəyyən məhdudiyyətlərin tətbiq edilməsini özündə ehtiva edir. Sözsüz ki, qeyd olunan bütün bu növdən olan tədbirlər xəstəliyin qarşısını almaq məqsədilə həyata keçirilir.
Təbii ki, karantin dövrü xüsusilə yaşlılara ehtiyaclarının əldə edilməsində müəyyən çətinliklər yaradır. Bu səbəbdən də mərkəzin əsas funksiyası onlara və aztəminatlı ailələrə ərzaq yardımlarının, ilkin tibbi ləvazimatların verilməsidir. Mərkəz tərəfindən müraciətlər əsasında aztəminatlı ailələrə yardımlar göstərilir, onların məişət qayğılarının və çətinliklərinin həll edilməsi istiqamətində zəruri tədbirlər görülür.
Eyni zamanda, tibbi, kommunal, iaşə və s. çətinliklərlə üzləşən şəxslər mərkəzə müraciət edir, habelə vətəndaşların aidiyyəti qurumlarla əlaqələndirilməsinin həyata keçirilməsi təmin edilir. Mərkəz fəaliyyətə başladığı vaxtdan bu müddət ərzində bir sıra şəxslərin müraciətləri (xüsusilə də alimentin ödənilməməsi, işdən əsassız olaraq çıxarılma) daxil olub, həmin şəxslərə qanunvericiliyin mövcud tələbləri izah edilməklə yanaşı, aidiyyəti qurumlara və məhkəmələrə müraciət etmələri tövsiyə edilib.
Həmçinin, 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar mövcud pandemiya vəziyyəti səbəbindən övladları hərbi xidmətdə olan valideynlər onları ziyarət etmək imkanları olmadığı üçün övladları ilə əlaqə saxlamaq məqsədilə mərkəzə müraciət ediblər. Mərkəz tərəfindən həyata keçirilən “Əsgərimə salam de” layihəsi çərçivəsində onların mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə övladları ilə əlaqə saxlamaları təmin edilib. Tezliklə övladlarına qovuşmaqları üçün tibbi-gigiyena qaydalarına riayət edilməsi tövsiyə edilib.
Bir daha bildiririk ki, ölkə başçısının müxtəlif çıxışlarında dediyi kimi, “Biz birlikdə güclüyük!”, bu səbəbdən də hər birimiz “gözəgörünməz düşmən”ə qarşı mübarizədə öz məsuliyyətimizi dərk etməli, ehtiyac olmadan evdən çıxmamalı, sosial izolyasiyanı həyata keçirməli, zərurət yaranarsa evdən çıxarkən mütləq tibbi maskadan istifadə etməklə ara məsafəsini qorumalıyıq”.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

