Yefim Pivovar: Azərbaycan iqtisadi sahədə postsovet məkanında misilsiz uğurlar qazanıb
02.03.2010 [08:05]
Y.Pivovar deyib ki, Azərbaycan üDM-in artımı və sənaye məhsulu istehsalının həcminə görə lider mövqeyini sabit olaraq saxlayır və bu fakt bir sıra amillərin nəticəsidir. Alim bildirib: “Bunlar, ilk növbədə dövlət rəhbərliyinin bacarıqlı idarəetmə siyasətinin, onun öz gücünə arxalanan və gücdən çox səmərəli, düşünülmüş şəkildə istifadə edilən ardıcıl iqtisadi strategiyasının nəticəsidir. Bu, həm də Azərbaycan xalqının özünün əməksevərliyinin nəticəsidir. Bütün bunlar bütövlükdə Azərbaycan siyasətinin şəksiz uğurudur. Azərbaycan rəhbərliyi ölkə iqtisadiyyatını dirçəltmək üçün çox iş görmüşdür. Bütün bunların nədən başlanmasını xatırlasaq, Heydər Əliyevin xatirəsi önündə baş əyməliyik. ölkədə islahatları o başlamışdı və mən çox şadam ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün bu fəaliyyət xəttini səmərəli şəkildə və bacarıqla davam etdirir”.
Y.Pivovar daha sonra deyib: “İki il bundan əvvəl də Bakıda olmuşdum. ötən müddətdə tikinti bumunun zəifləməməsi, onun davam etməsi və daha səmərəli olması məni sevindirdi. Təməli qoyulmuş obyektlərin çoxu artıq tikilmişdir. Ən başlıcası odur ki, bu proses davam edir. Xoş təsir bağışlayan bir məqam da budur ki, Bakı çox təmiz, səliqəli, müasir və işıqlı şəhərdir. Gecə vaxtı bu gözəllik insanı ümumiyyətlə heyran edir. Hava limanından şəhərə gələn yol öz möhtəşəmliyi ilə misilsiz hesab edilə bilər”.
Yefim Pivovar Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun işində iştirak etmək üçün Bakıya gəlmiş Rusiyanın nüfuzlu nümayəndə heyətinin səfərinin yekunlarını şərh edərək Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü xüsusi vurğulamışdır. RDHU-nun rektoru deyib: “Bu görüş həm mənim üçün, həm də onun digər iştirakçıları üçün çox səmərəli və yaddaqalan oldu. çox səmimi, mehribanlıq şəraitində keçən bu görüş Prezident haqqında çox müsbət təsir yaratdı. Bu görüşdə Rusiya və Azərbaycan xalqları arasında, iki ölkənin prezidentləri arasında əməkdaşlığı möhkəmlətmək ruhu duyulurdu. Bizim liderlərin şəxsi əlaqələri də çox vacibdir. Bu əlaqələr də münasibətlərin inkişafı perspektivlərinə əsas verir. Söhbət zamanı Azərbaycan ilə Dostluq Cəmiyyətinin fəaliyyəti, mədəni, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq barədə bir sıra məsələlər qaldırıldı. Həmin görüşün yekunlarına əsasən qəbul edilmiş bir sıra qərarların populyarlaşdırılması üçün biz artıq bəzi proqramları həyata keçirməyə başlamışıq. Biz MDB ölkələrinin humanitar universitetlərinin rektorlarının və fakültə rəhbərlərinin Azərbaycan paytaxtında keçiriləcək görüşünə çox həssas yanaşırıq və indi bununla əlaqədar təşkilati məsələlər həll edilir. Bütün bunlar onu göstərir ki, müstəqil Azərbaycanın paytaxtı Bakı MDB ölkələrinin humanitar əməkdaşlığı üçün çox mühüm və səmərəli yerdir”.
Ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün Cəmiyyət Rusiyadakı Azərbaycan diasporu ilə iş istiqamətində müəyyən addımlar atır. Azərbaycan ilə Dostluq Cəmiyyətinin sədri deyib: “Biz bu sahədə fəal iş aparacağıq. İndi bu işə təzə başlayırıq. Lakin mənim fikrimcə, burada böyük perspektivlər vardır. Biz, əlbəttə, Rusiya və Azərbaycan biznesinin əməkdaşlığının inkişafını hər vasitə ilə dəstəkləyəcək, bütün mövcud imkanlardan istifadə edəcəyik”.
Y.Pivovar daha sonra deyib: “Azərbaycanın mədəni həyatında maraqlı məqamlar çoxdur, burada muzey işi çox yaxşı təşkil edilmişdir. Mən üç muzeydə oldum, onların hər biri əlamətdar hadisədir. Müasir İncəsənət Muzeyi adamı heyran edir. İxtisasca tarixçi olduğumdan, Heydər Əliyev Fondunun muzey ekspozisiyasında gördüklərim məni çox maraqlandırdı. Bunlar çox maraqlı olmaqla bərabər, mədəni-siyasi və tərbiyəvi əhəmiyyət kəsb edir. Misli-bərabəri olmayan Xalça Muzeyinin məziyyətləri isə hər kəsə məlumdur. Bu muzey hər mənada bənzərsizdir. Bir sözlə, şəhərinizin mənəvi həyatı çox zəngindir”.
Yefim Pivovar Rusiya-Azərbaycan münasibətlərinin perspektivlərindən bəhs edərək deyib ki, iki ölkə arasında əlaqələr daha da möhkəmlənəcəkdir və nəinki Qafqazda, nəinki postsovet məkanında, hətta onun hüdudlarından çox-çox uzaqlarda da bir çox məsələlərin həlli bizim yaxşı münasibətlərdən asılıdır.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

