/ / Hikmət Hacıyev: Müvafiq qurumlar vətəndaşlarımızı narahat edən məsələlərlə bağlı dərhal zəruri tədbirlər görürlər
Hikmət Hacıyev: Müvafiq qurumlar vətəndaşlarımızı narahat edən məsələlərlə bağlı dərhal zəruri tədbirlər görürlər
11.07.2020 [10:11]
Xaricdə olan vətəndaşlarımızın təxliyəsi ilə əlaqədar tədbirlər davam etdirilir. Çox müsbət haldır ki, digər ölkələrlə qarşılıqlı razılıq əsasında müntəzəm xarakter daşıyan xüsusi çarter reyslərinin həyata keçirilməsinə dair qərar verilib.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 10-da keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi deyib: “Bu gün İstanbul-Bakı istiqaməti üzrə həftəlik əsasda Azərbaycan Hava Yolları tərəfindən 4, Türk Hava Yolları tərəfindən 4 dəfə olmaqla reyslər həyata keçirilir. Təbii ki, burada da bəlli şərtlər var. Artıq Avropa istiqamətində də uçuş reyslərimiz açılır. Belə ki, Azərbaycan Hava Yollarının Bakı-London istiqamətində uçuşlarla bağlı Britaniyanın müvafiq strukturları ilə apardığı danışıqlar yekunlaşıb. Yaxın vaxtlarda həftədə bir dəfə olmaqla Bakı-London-Bakı istiqaməti üzrə reyslər həyata keçiriləcək. Həmçinin Avropa İttifaqının üzv ölkəsi olan Almaniya ilə Azərbaycan arasında Berlin-Bakı istiqamətində uçuş reyslərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu xüsusda qonşu ölkələrlə, o cümlədən Rusiyanın aidiyyəti strukturları ilə danışıqlar aparılır”.
Azərbaycan-Rusiya sərhədi boyunca tam sabitliyin hökm sürdüyünü söyləyən Hikmət Hacıyev qeyd edib ki, iyulun 6-12-də Azərbaycan-Rusiya sərhədi boyunca 250-dən çox vətəndaşımızın ölkəmizə keçməsi təmin olunub.
“Bu həftə ərzində Moskva-Bakı, Kiyev-Bakı, Ər-Riyad-Bakı, Dubay-Bakı istiqamətləri üzrə reyslər həyata keçirilib. Qarşıdakı həftə ərzində isə Rusiya-Azərbaycan sərhədində 250 vətəndaşımızın, həmçinin İran-Azərbaycan quru sərhədi, Türkiyə-Gürcüstan-Azərbaycan quru sərhədi boyunca digər ölkələrdə olan vətəndaşlarımızın öz şəxsi avtomobilləri, digər şəxsi nəqliyyat vasitələri ilə ölkəmizə gəlməsi nəzərdə tutulub. Bununla yanaşı, Gürcüstanda olan təxminən 200 vətəndaşımızın da ölkəmizə gətirilməsi nəzərdə tutulub. Bu vətəndaşlarımızın testdən keçmələri və 14 günlük karantin rejiminə əməl etmələri vacib şərtlərdən biridir. Həftə ərzində Budapeşt-Bakı, Daşkənd-Bakı, Moskva-Bakı, Yekaterinburq-Bakı və Doha-Bakı istiqaməti üzrə Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi nəzərdə tutulub”, - deyə Prezidentin köməkçisi vurğulayıb.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində və səfirliklərdə çalışan vətəndaşlarımız arasında da yoluxma halları müəyyən olunub. Xüsusilə səfirliklərin əməkdaşları ilə yanaşı, onların ailə üzvləri arasında da yoluxma halları var. Meksikadakı, Moldovadakı və digər ölkələrdəki səfirliklərimizin əməkdaşları arasında yoluxma halları var. Buna baxmayaraq, Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri öz fəaliyyətlərini davam etdirirlər.
Cəzaçəkmə müəssisələrindəki epidemioloji vəziyyət barədə məlumat verən Prezidentin köməkçisi qeyd edib ki, 12 saylı cəzaçəkmə müəssisəsində 11 məhkumda, 14 saylı cəzaçəkmə müəssisəsində 5 məhkumda, 4 saylı cəzaçəkmə müəssisəsində 2 məhkumda testlərin nəticəsi pozitiv olub. Həmçinin Penitensiar Xidmətin əməkdaşları arasında da yoluxma halları müəyyən olunur ki, onlar da dərhal nəzarətə götürülür.
“Sosial mediada yayılan informasiyalar təhlil edilir, vətəndaşlarımız tərəfindən qaldırılan problemlər öyrənilir. Həmçinin konstruktiv tənqidlər də qəbul edilir və nəzarətə götürülür. Hər hansı şikayət, vətəndaşımızı narahat edən məsələ varsa, müvafiq qurumlar tərəfindən dərhal zəruri tədbirlər görülür. Həmişə olduğu kimi, bu məsələdə də dövlətimizlə vətəndaşlarımız arasında konstruktiv dialoq mövcuddur. Əsas məqsəd mövcud vəziyyətdən qısa müddət ərzində çıxış yolu tapmaqdır”, - deyə Hikmət Hacıyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24

