Azərbaycanda həyata keçirilən sosial siyasətin prioritetləri dəyişməz olaraq qalır
08.08.2020 [00:55]
Ölkədə koronavirus pandemiyasına qarşı mübarizədə genişmiqyaslı işlərin görülməsi ilə yanaşı, məşğulluğa və sosial rifaha dəstək məqsədilə mühüm tədbirlər həyata keçirilir
Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda həyata keçirilən sosial siyasət ölkəmizdə qayğıya ehtiyacı olan bütün insanları əhatə edir. Bu baxımdan, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlər göstərilən qayğı və diqqət xüsusi önəm kəsb edir. Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, bu ilin əvvəlindən pandemiyanın ölkəmizdə yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycanda həyata keçirilən sosial siyasətin prioritetləri dəyişməz olaraq qalır. Təsadüfi deyil ki, ölkəmizdə koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə dövlət başçısı İlham Əliyev bir daha əhalinin məşğulluğu və sosial rifahına dəstək tədbirlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Öz növbəsində məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı proqramı ildən-ilə genişlənir. Deputatın sözlərinə görə, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib: “Pandemiya dövrü olmasına baxmayaraq, bütün sosial proqramlar kimi, bu proqram da genişləndirilir. Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib. Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək”.
E.Məmmədov deyib ki, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır: “Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə tədbirlər geniş vüsət alıb. ƏƏSMN müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub”.
Deputat onu da əlavə edib ki, Qarabağ müharibəsi əlilləri əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdləri ilə də təmin edilirlər: “Bu sosial ödənişlər də ötən dövrdə əhəmiyyətli dərəcədə artırılıb, xüsusilə də 2019-cu ildə müavinət və təqaüdlərdə orta hesabla 100 faiz artım edilib”.
Milli Məclisin üzvü Jalə Əliyeva isə bildirib ki, Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması, onun genişlənməsinə imkan verilməməsi istiqamətində böyük işlər görüb: “Dövlətimizin gördüyü işlər, atdığı bu addımlar hər bir ölkə üçün nümunə ola bilər. Pandemiyanın xüsusilə, iqtisadi inkişafa, iqtisadiyyata böyük zərbələr vurmasına rəğmən, bu çətin və ağır situasiyada da Azərbaycan dövlətinin əsas məqsədin Azərbaycan vətəndaşları, onların sağlamlığının, təhlükəsizliyinin qorunmasıdır”.
Ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə yanaşı, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparıldığını deyən J.Əliyeva 190 manat məbləğində birdəfəlik ödəmənin avqust ayında verilməsini də təqdirəlayiq hal hesab edir: “Təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olunub, 760 min insana lazımi maliyyə dəstəyi göstərilib və onların iş yerləri qorunub. Həmçinin son bir neçə ay ərzində 600 mindən çox insana 190 manat birdəfəlik müavinət verilib. Dövlət başçısının göstərişi ilə Azərbaycanın sərt karantin rejimi tətbiq edilən 13 şəhər və rayonunda avqust ayında da 190 manat məbləğində birdəfəlik müavinət ödəniləcək”.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

