/ / Azərbaycanda aparılan dövlət siyasəti ölkənin inkişafına və vətəndaşların rifah halının yüksəldilməsinə xidmət edir
Azərbaycanda aparılan dövlət siyasəti ölkənin inkişafına və vətəndaşların rifah halının yüksəldilməsinə xidmət edir
12.08.2020 [09:05]
Koronavirus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edildikdən sonra Azərbaycan dövlətinin istər qlobal həmrəylik, istərsə də əhalinin sosial rifahı ilə bağlı həyata keçirdiyi ardıcıl siyasət dünya miqyasında örnək göstərilir. Ölkəmizdə pandemiyadan irəli gələn sosial-iqtisadi problemlərin əhaliyə, iqtisadiyyata təsirinin minimuma endirilməsi ilə bağlı tədbirlər və bu istiqamətdə göstərilən dövlət dəstəyi yüksək səviyyədə təşkil edilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Azərbaycanın koronavirusla mübarizədə nümunəvi ölkələrdən olduğunu diqqətə çatdıran Q.Paşayeva deyib: “Azərbaycan Prezidentinin Sərəncamının icrası ilə bağlı Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 əsas istiqamət üzrə 12 tədbir öz əksini tapıb. Aprelin 17-də isə yeni dəstək tədbirləri ilə əlaqədar 600 milyon manat vəsait ayrılıb. Plan üzrə ayrılan vəsaitin ümumi həcmi təqribən 3,5 milyard manat təşkil edib. Bu tədbirlər sayəsində dövlət və özəl sektorda muzdla çalışanların iş yerləri və əməkhaqqı qorunub saxlanılıb. Aprel-may aylarında 600 minədək, iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı işsiz vətəndaşı əhatə edən (aylıq 190 manat) birdəfəlik ödəmə proqramı icra olunub və bu proses davam etdirilir. İşini itirən vətəndaşların dəstəklənməsi, məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması qərarına uyğun olaraq, artıq 65 min insan əmək müqaviləsi ilə ictimai işlərə cəlb edilib, 20 minədək vətəndaşın işsizlikdən sığorta ödənişi ilə əhatə olunması prosesi aparılır. Bundan başqa, məşğulluq imkanlarının genişləndirilməsi, özünüməşğulluq proqramı çərçivəsində 12 min ailə (təqribən 50 min nəfər) üçün kiçik təsərrüfatların yaradılması işləri aparılır”.
Deputat bildirib ki, dövlətin sosial siyasətinin tərkib hissəsi olaraq 85 min ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilib. Pandemiyaya görə elan olunmuş karantin müddətində 100 minədək aztəminatlı ailəyə ərzaq yardımı çatdırılıb. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin qorunması üçün məqsədyönlü tədbirlər görülüb. Görülən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı artıb.
Ünvanlı sosial yardım alan ailələrin də sayının artdığını da diqqətə çatdıran komitə sədri deyib: “Belə ailələrin sayı artaraq 15 mindən 85 minə çatıb. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur. Eyni zamanda, ünvanlı sosial yardımla bağlı qanunvericilikdə sadələşdirmə və şərtlərin yumşaldılması üçün hazırlanmış qanun layihəsi parlamentdə qəbul olunub. Prezident İlham Əliyev iyulun 14-də “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib. Beləliklə, ölkə üzrə ümumilikdə 1,3 milyon nəfərə yaxın şəxsin pensiyaları üçün 2 milyard 250 milyon manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 24,09 faiz çoxdur. Cari ildə 743 min nəfərə sosial müavinət və təqaüd üçün 475 milyon manat ayrılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,6 faiz çoxdur”.
Qənirə Paşayeva qeyd edib ki, həyata keçirilən sosial-iqtisadi siyasət milyonlarla böyük vəsait tələb edir. Bu vəsaitin əldə olunması isə şübhəsiz ki, düzgün və düşünülmüş dövlət idarəçiliyinin, düzgün iqtisadi siyasətin nəticəsidir. “Necə deyərlər, vaxtında yığılmış vəsait olmasaydı, bu gün xərcləri qarşılamaq, yaxud da dövlət dəstəyi zərflərini qəbul etmək ya mümkün olmazdı, ya da çox çətin olardı. Biz bu gün digər ölkələrdən fərqli olaraq, beynəlxalq maliyyə qurumlarına yardım üçün müraciət etməmişik, öz gücümüz hesabına problemləri həll edə bilirik. Dövlət büdcəmiz, dövlətin malik olduğu maliyyə resursları, yığımlar qarşıdakı aylarda əhalinin sosial müdafiəsini təşkil etməyə imkan verir”, - deyə o əlavə edib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən dövlət siyasəti ölkəmizin davamlı inkişafı və vətəndaşların rifah halının yüksəldilməsinə xidmət edir. Azərbaycanın hər bir vətəndaşının problemlərinin mümkün olan ən qısa zamanda və ən yaxşı şəkildə həlli dövlətimizin başçısının həyata keçirdiyi siyasətin mərkəzində dayanır. “Qlobal pandemiyanın təhdidləri hələ davam edir. Belə vəziyyətdə ölkəmizdə dövlətin malik olduğu resurslardan səmərəli, məqsədyönlü istifadə sahəsində Azərbaycan modeli yaranıb. Bu modelin müəllifi Prezident İlham Əliyevdir. Dövlətimizin başçısının əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir”, - deyən Qənirə Paşayeva vurğulayıb ki, məhz ölkəmizdə aparılan müdrik siyasət nəticəsində vətəndaşlarımız pandemiyadan maksimum şəkildə qoruna bildi. Sosial sahədə atılan mütərəqqi addımlar Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha təsdiqləyir.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31

